Icma.az
close
up
RU
Ceki Çan Bakıda “Asiya şahini” oldu

Ceki Çan Bakıda “Asiya şahini” oldu

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beynəlxalq kino-macərada Azərbaycan paytaxtının mənzərələri də yer aldı

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 29 may 2025-ci ildə imzaladığı “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” sərəncamın məqsədlərindən biri xarici film istehsalçılarını ölkəmizə cəlb etməkdir. İki həftə əvvəl Hollivud ulduzu – “Oskar” mükafatı almış aktyor, rejissor, ssenarist Ceki Çanın film epizodlarının lentə alınması üçün Bakıya gəlməsi və 10 gün ərzində paytaxtımızda “Tanrının zirehi 4: Ultimatum” adlı beynəlxalq macəra filminin çəkilişlərinin aparılması Bakının kino tarixinə unudulmaz hadisə kimi yazıldı.

Beynəlxalq kino heyətinin səfərinin və ölkə ərazisində çəkiliş prosesinin təşkilinə Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və bir sıra rəsmi qurumlar dəstək göstəriblər. Xüsusilə, əfsanəvi sənətçinin Bakı səfəri tele və video şəbəkələrdə əsl gündəm olub.

Məlumat üçün bildirək ki, Ceki Çan adıçəkilən filmdə baş rolu – “Asiya şahini” obrazını canlandırır. İstehsal prosesinə müxtəlif kino peşələri üzrə 100-dən çox yerli mütəxəssisin cəlb olunduğu ekran işinin Bakıdan əvvəlki hissələrini Çin və Qazaxıstan komandalaırı ərsəyə gətiriblər. Filmin premyerasının 2027-ci ilin 2-ci rübündə olacağı nəzərdə tutulur. Kadrlarda paytaxtımızın İçərişəhəri, Dağüstü parkı, Bakı funikulyoru, Yaşıl Teatr və Fəvvarələr meydanı görünəcək.

İlk gündəcə Bakını gəzib-dolaşan, çəkilişlərin aparıldığı məkanlarda olan kino ulduzu hər yerdə sənətsevərlərin – azərbaycanlı heyranlarının böyük coşğusu ilə qarşılanıb. Onu görmək üçün toplaşan pərəstişkarları ilə səmimi salamlaşıb, ətrafdakılara əl edərək səmimi münasibət göstərib. Avtoqraflar verib, qısa da olsa, sualları cavablandırıb və birgə fotolar çəkdirib. Hətta şam yeməyinə getdiyi restoranda onun şərəfinə səsləndirilən milli musiqimizə həvəslə qulaq asaraq həmin anları öz telefonu ilə videoya alıb.

Artıq 72 yaşı olan honqkonqlu Ceki Çan yeniyetmə ikən Pekin Opera Məktəbində təhsil alaraq, aktyorluq, döyüş sənəti, akrobatika, rəqs, musiqi və səhnə intizamı qaydalarını öyrənib. Məhz bu məktəb sonradan onun kino üslubunun formalaşmasında böyük rol oynayıb. Ceki Çanın filmlərində tamaşaçını heyrətləndirən mürəkkəb döyüş səhnələri, akrobatik hərəkətlər və təhlükəli kaskadyor epizodlarının əsasını məhz həmin illərdə qazandığı bacarıqlar təşkil edirdi. Aktyorun dünya kinosundakı uğurları həm də ona böyük sərvət qazandırıb. Məsələn, “Bronksda savaş” filminə görə, təxminən, 4 milyon, “Şanxay günortası”na görə 5 milyon, “Pik saatı 2” və “Pik saatı 3” filmlərinin hər birinə görə təxminən 15 milyon dollar qonorar aldığı barədə məlumatlar yayılıb. Ümumilikdə, Ceki Çan aktyor kimi 100-dən çox filmdə rol alıb. 2016-cı ildə kino sənətinə verdiyi töhfələrə görə fəxri “Oskar” mükafatına layiq görülüb.

Ceki Çanı yalnız aktyor kimi tanıyanlar üçün daha bir maraqlı fakt: milyonların kumiri həm də peşəkar səviyyədə musiqi ilə məşğul olub. 1980-ci illərdən etibarən o, çoxsaylı mahnılar yazıb və albomlar buraxıb. Bir neçə dildə ifaları yayılıb. Onun filmlərində səslənən bəzi mahnıları da məhz özü ifa edib.

Tanınmış aktyor yaşının çoxluğuna baxmayaraq, əfsanəvi tərzinə sadiq qalmaqda davam edir. Onun hələ də ekstremal səhnələrdə dublyorsuz çəkildiyi, təhlükəli və çətin fiziki hərəkətləri şəxsən yerinə yetirdiyi açıq-aşkar görünür. Ceki Çanın 1998-ci ildə çəkildiyi “Mən kiməm?” filmindəki məşhur “binadan sürüşmə” epizodunu Bakıda da təkrarlaması heyrət doğurub. Bakı İllüziya Muzeyində əylənməsi ilə ruhunun nə qədər cavan qaldığını göstərib.

Aktyorun peşəkarlığını və güclü iradəsini izləyicilər heyranlıqla müşahidə ediblər. Onlardan biri – aktyor Nicat Rəhimov Ceki Çanla birgə fotosunu sosial şəbəkə hesabında paylaşaraq bu sözləri yazıb: “Uşaqlığımın kumiri. Nə vaxtsa desəydilər ki, Ceki Çan ilə şəklim olacaq, özü də Bakıda – buna inanmazdım. Unutmayacağım anlardan oldu”.

Çoxsaylı rəylərdə Ceki Çanın sevilməyə layiq bir əfsanə olduğu vurğulanır və bildirilir ki, onun Bakıya gəlişi tarixi hadisədir. Axı, çoxlarının uşaqlıq və yeniyetməliyi Çanın filmləri ilə keçib.

Xatırladaq ki, Ceki Çanın filmlərinin əsas fərqlərindən biri təhlükəli kadrların çoxunda özünün oynamasıdır. Bu isə aktyorun həyatına dəfələrlə real təhlükə yaradıb. Ceki Çanın karyerası ərzində aldığı xəsarətlərin siyahısı yetərincə uzundur. Sınıqlar, baş və göz zədələri, kəsiklər və s. onu həyatı boyu “müşayiət” edib. O, xatirələrində qeyd edib ki, 1973-cü ildə “Əjdahanın yolu” filmində Bryus Li ilə eyni səhnədə iştirak edib.

Çəkiliş zamanı Brüs Li onu təsadüfən nunçakla (qısa ip və ya metal zəncirlə bir-birinə bağlanmış iki kiçik çubuqdan ibarət ənənəvi şərq döyüş silahı) vurub. Zərbə o qədər güclü olub ki, bu hadisə aktyorun yaddaşında uzun müddət qalıb. Dünyanın iki döyüş sənəti əfsanəsinin eyni çəkiliş meydanında olması isə həmin epizodu kino tarixinin maraqlı hadisələrindən birinə çevirib.

1984-cü ildə isə “Təkər üstündə təkər” filminin çəkilişləri zamanı Ceki Çanın dünya kikboksinq çempionu Benni Urqidezlə döyüş səhnəsi çəkdiyi bildirilir. Bu zaman rəqibinin zərbələrindən biri həqiqətən də aktyora dəyib və onun halı pisləşib. Amma özünə gələn Çan sonradan Urqidezə cavab olaraq rəqibinə bir neçə real zərbə endirib. “Sərxoş ustad” filmi çəkilərkən isə Ceki Çan az qala gözünü itirirəcəkmiş. Döyüş səhnəsində aldığı zərbə nəticəsində onun qaşı yarılmış və göz nahiyəsi ciddi şəkildə zədələnmişdi.

Sosial şəbəkələrdəki videokadrlara görə, Hollivud ulduzu Bakı çəkilişlərində də xəsarət alıb, amma zədəsi yüngül olub və o, çəkiliş meydanını tərk edərkən ətrafa toplaşanlara gülümsəyərək əl edib. Yaxşı ki, hər şey yaxşı qurtarıb.

Sözügedən kinolentdə süjetinin mərkəzində “Asiya şahini”nin yeni missiyası dayanır. O, uğrunda 20 milyon dollardan çox mükafat elan edilmiş və dünyanın müxtəlif güclərinin axtarışına başladıqları qədim Tumar artefaktını tapmalıdır. Çətinliklər bundan ibarətdir ki, mükafatın böyüklüyü bütün dünyadakı xəzinə ovçularını və cinayətkar qruplaşmaları hərəkətə gətirib, necə deyərlər, qlobal bir təqib və axtarış savaşı başlayıb.

Filmin çəkilişlərini beynəlxalq komanda eyni vaxtda bir neçə dövlətin ərazisində aparır. “Ultimatum” artıq kulta çevrilmiş “Tanrının zirehi” franşizasının (əlaqəli seriallar toplusu) 4-cü filmidir. Bakı filmin bədii konsepsiyasına uyğun olaraq çəkiliş məkanı seçilib. Süjetə görə, hekayənin yeni bölümü Xəzər dənizinin ətrafında cərəyan edir.

Nəhayət, qeyd edək ki, filmin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla yekunlaşıb. Bu, ölkəmizdə indiyə qədər reallaşdırılmış ən irimiqyaslı xarici film istehsalı layihəsidir və yerli kino mütəxəssislərinin təcrübə toplaması və beynəlxalq əməkdaşlığı gücləndirməsi baxımından önəmlidir.

Filmin Azərbaycan hissəsinin çəkilişləri başa çatandan sonra Ceki Çanın prosesə dəstək vermiş dövlət qurumlarının və şirkətlərin nümayəndələri ilə görüşü keçirilib. Aktyor layiqli dəstəyə görə bütün qurumlara təşəkkürünü bildirib və xatirə hədiyyələri təqdim edib.

Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Avqust 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see249

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see229

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see224

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see215

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see213

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see186

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see184

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see176

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see167

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see167

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see165

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri