Asiya Olimpiya Şurasının 46 cı Baş Assambleyası Özbəkistanda keçiriləcək
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Asiya Olimpiya Şurasının 46-cı Baş Assambleyası 2026-cı ildə Daşkənddə keçiriləcək.
Newscenter.az "Sputnik Özbıkistan"a istinadən bildirir ki, bu məqsədlə Asiya Olimpiya Şurasının (OCA) 45-ci Baş Assambleyası keçirilib. Özbəkistanın ilk dəfə olaraq qurumun Baş Assambleyasına ev sahibliyi edəcəyi açıqlanıb.
Məlumata görə, Olimpiya Komitəsinin baş direktoru Hüseyn Əl Musəllamın Baş Assambleyanın 2026-cı ildə Daşkənddə keçirilməsi təklifi iclas iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib.
Qeyd edək ki, Baş Assambleya Asiya Olimpiya Şurasının ali idarəetmə orqanıdır və onun işində 45 ölkədən Milli Olimpiya Komitələrinin nümayəndələri iştirak edir. Onlar Asiya idmanı ilə bağlı mühüm qərarları, qitədə idman siyasətini və perspektiv istiqamətləri müzakirə edirlər.
Süleyman

Asiya Olimpiya Şurasının Baş Assambleyası keçiriləcək
17 İyul 2025 10:23
Qırğızıstanda Parlament Assambleyası Şurasının növbədənkənar iclas keçiriləcək
19 May 2025 07:56
Matvienko MDB Parlament Assambleyası Şurasının sədri seçilib
22 Noyabr 2024 15:46
EDSO nun Baş Assambleyası ölkəmizdə keçiriləcək
16 Sentyabr 2025 22:46
OANA nın növbəti Baş Assambleyası Azərbaycanda keçiriləcək
20 İyun 2025 19:10

