Özbəkistan Asiya Olimpiya Şurasının Baş Assambleyasına ev sahibliyi edib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 27 yanvar, AZƏRTAC
Özbəkistan Asiya Olimpiya Şurasının 46-cı Baş Assambleyasına ev sahibliyi edib.
AZƏRTAC rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, yanvarın 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə keçirilən Asiya Olimpiya Şurasının 46-cı Baş Assambleyasında iştirak edib.
Tədbirdə aparıcı beynəlxalq və regional idman təşkilatlarının rəhbərləri və nümayəndələri, o cümlədən Milli Olimpiya Komitələri Assosiasiyasının birinci vitse-prezidenti və Qətər Olimpiya Komitəsinin prezidenti Şeyx Cavan bin Həməd Əl-Tani, Ümumdünya Antidopinq Agentliyinin prezidenti Vitold Banka, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe, Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Məhəmməd Calud, Beynəlxalq Otüstü Xokkeyi Federasiyasının prezidenti Məhəmməd Təyyab İkram, Asiya Paralimpiya Komitəsinin prezidenti Məcid Rəşid, Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov, Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Qunilla Lindberq və Afrika Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mustafa Berraf iştirak edirdilər.
Bundan əlavə, tədbirdə xüsusi qonaqlar və rəsmi şəxslər, o cümlədən Amerika Birləşmiş Ştatları Prezidentinin xüsusi elçisi Paolo Zampolli, Rusiya Federasiyasının idman naziri Mixail Deqtyarev, Səudiyyə Ərəbistanı Krallığının idman naziri Əbdüləziz bin Turki Əl Səud, Qətər Dövlətinin gənclər və idman naziri Şeyx Həməd bin Xəlifə Əl Sani və digərləri iştirak ediblər.
Şavkat Mirziyoyev çıxışında artan qlobal çağırışlar qarşısında dövlətlər arasında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın gücləndirilməsi üçün universal bir vasitə kimi idmanın xüsusi rolunu qeyd edib. Özbəkistan Prezidenti Şeyx Cavan bin Həməd Əl Tanini Asiya Olimpiya Şurasının prezidenti seçilməsi münasibətilə təbrik edib, onun yüksək peşəkarlığını, geniş beynəlxalq təcrübəsini və təkcə Asiyada deyil, bütün dünyada idmanın inkişafına mühüm töhfələrini vurğulayıb. Dövlət başçısı, həmçinin Özbəkistanda bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb. Onun sözlərinə görə, ölkədə üçsəviyyəli kompleks yarışlar sistemi olan “Prezident Olimpiadası” keçirilir, Olimpiya kəndi də daxil olmaqla müasir idman infrastrukturu yaradılıb, habelə yüksəksəviyyəli idmançıların seçilməsi və hazırlanması sistemi genişləndirilir.
Tədbirdə özbək idmançılarının beynəlxalq arenadakı uğurlu çıxışları, o cümlədən onların 2024-cü ildə Parisdə keçirilən Olimpiya və Paralimpiya Oyunlarında qələbələri diqqətə çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 27 Yanvar 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















