Icma.az
close
up
RU
Asiyalıların sağlamlıq iksiri 4 günə dəmlənən KOMBUÇA ÇAYI

Asiyalıların sağlamlıq iksiri 4 günə dəmlənən KOMBUÇA ÇAYI

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

4 gündə dəmlənən kombuça çayı!

Çinlilərin sağlamlıq iksiri adlandırdıqları Kombuça faydaları ilə diqqət çəkir. Müalicəvi çay olan Kombu Asiya ölkələrində Kombuça adlı göbələyi fermentləşdirdikdən sonra istehlak edilir.

2000 il əvvəl Çinlilər tərəfindən tapılan Kombuça əslində Çinlilərin uzunömürlülüyünün sirlərindən biridir.

Bir çox xəstəliyə faydalı olan Kombuçaya sağlamlıq və xoşbəxtlik çayı deyilir.

Bu çayı içməzdən öncə kombuça əvvəlcə fermentasiya edilməlidir.

Qida dəyəri yüksək olan Kombuçanın tərkibində bağırsaqlar üçün faydalı bakteriyalar var. Cəmi 1 stəkan kombuça orta hesabla 30 kalori ehtiva edir.

Bu çayı hazırlayarkən təmiz bankadan istifadə etmək lazımdır.

Su, şəkər, kombuça mayasını təmiz şüşə qabda saxladıqdan sonra istehlaka hazır olan kombuçanın faydalarını belə sadalaya bilərik:

Ürək xəstəliklərinin qarşısını alır və ürək ritmini tənzimləyir. Orqanizmdə olan zəhərli maddələrin və toksinlərin suda həll edilərək çıxarılmasına dəstək olur. Quru dərilər üçün faydalıdır və dərinin itirilmiş nəmini geri qaytarmasına kömək edir. Saçınızın kəpək probleminə aradan qaldırır. Saç maskasına əlavə etdiyiniz kombuça sayəsində saçlarda kəpək probleminin qarşısını ala bilərsiniz. Yüksək qan təzyiqini aşağı salır. Qan təzyiqi problemi olanların istifadə etməsi tövsiyə olunur. Ruhu sakitləşdirir və narahatlığa yaxşı təsir edir. Gün ərzində yaranan stressi azaldır. Piylərin yandırılmasını sürətləndirərək artıq çəkidən qurtulmanıza kömək edir. Kombuçanı müntəzəm və ölçülü içsəniz, sidik yolları və digər növ infeksiyalardan qısa müddətdə xilas ola bilərsiniz. Antioksidant olduğu üçün radiasiyadan qoruyur və sərbəst radikallarla mübarizə aparır. Qış xəstəliklərindən qorunmağa kömək edir. Bu xəstəliklərlə qarşılaşırsınızsa, sağalmağınıza kömək edir. Orqanizmdə olan sidik turşusu və xolesterinin suda həllini və orqanizmdən boşalmasını təmin edir

Necə hazırlanır?

Polad qazana 3 litr su əlavə edin və orta istilikdə qaynadın.

Su qaynayanda şəkər tozunu əlavə edin və qarışdıraraq 5 dəqiqə daha qaynadın.

5 dəqiqədən sonra ocağı söndürün və çay paketlərini qazana əlavə edin.

Çayların dəmlənməsi üçün təxminən 15 dəqiqə gözləyin.

Çaylar dəmlənərkən, çay paketlərini qazandan çıxarın və qarışığı soyumağa qoyun.

Soyudulmuş qarışığı böyük bir bankaya tökün. Kombuça göbələyini ilıq suda yuyun və sonra bankaya əlavə edin.

Bankanın ağzını parça bağlayın və parçanı rezinlə bərkidin.

Bu şəkildə hazırladığınız qarışığı otaq temperaturunda 4-10 gün mayalandırın.

Bu müddət ərzində bankanın birbaşa günəş işığına məruz qalmadığından əmin olun. 4 günün sonunda çayınızı içə bilərsiniz.

Kombuça mikroblar tərəfindən istehsal olunan üzvi turşular, aktiv fermentlər, amin turşuları və polifenolları olan bir çox növ və bakteriya ehtiva edir. Tərkibini yalnız laboratoriya analizi ilə müəyyən etmək olar.

Nə qədər içilməlidir?

Dünyanın ən sağlam içkisi, hətta ən təbii qidası belə, həddindən artıq yeyilməməli, içilməməlidir.

Ona görə də kombuçanın qeyri-məhdud istehlakından danışa bilmərik. Sağlam yetişkin bir insan üçün orta gündəlik doza kilo başına 5 ml-dir.

70 kq çəkisi olan bir insan gündə rahatlıqla 70 x 5 = 350 ml kombuça içə bilər. Təbii ki, bu, orta göstəricidir.

Nə vaxt içməli?

Əvvəla, kombuça dərman deyil, içkidir.

Kombuçanızı istədiyiniz zaman içə bilərsiniz.

Yeməklərlə yanaşı qazlı şəkərli içkilərə alternativ ola bilər, yeməkdən sonra həzmi asanlaşdıra bilər, səhər acqarına sirkə yerinə içmək olar.

Hamiləlik dövründə içmək olarmı?

Hamiləlik dövründə kombuça içmək haqqında çox fərqli fikirlər var. Bu dövrdə içmək tövsiyə edilmir. İçməzdən öncə mütləq həkiminizlə məsləhətləşin.

Ana südü verərkən içmək olarmı?

Süd verərkən kombuça içməməyi məsləhət görürük. Tərkibində az miqdarda kofein və az miqdarda etanol olduğu üçün onu ana südü ilə qidalandırarkən içməmək daha məqsədəuyğundur.

Uşaqlar içə bilərmi?

Ümumi rəy belədir ki, 4 yaşından etibarən hər bir sağlam insan kombuçanı müəyyən miqdarda içə bilər.

Bu ümumi rəyə uyğun olaraq tövsiyələr veririk. 4 yaşından sonra uşaqlara gün ərzində yarım çay stəkanı içmək olar.

Sevinc Hüseynova

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri