Icma.az
close
up
RU
Sumqayıtda asiyalıların rüzgarı

Sumqayıtda asiyalıların rüzgarı

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Sumqayıt – Sabah (Bakı) 3:3 (1:1)
1. Mehdi Cənnətov – 6,0
14. Elvin Bədəlov (k) – 5,5
2. Sərtan Taşkın – 5,5
(7. Rövlan Muradov, 67) – 5,0
17. Murad Xaçayev – 5,0
8. Səbuhi Abdullazadə - 5,5
(77. Casurbek Caloliddinov, 81) – qiymətsiz
20. Ayxan Süleymanlı – 5,5
(99. Silvanus Nimeli, 90+1) – qiymətsiz
19. Roy Kehat – 5,5
5. Alan Dias – 5,0
23. Ronaldo Vaskes – 5,5
(21. Nihad Əhmədzadə, 46) – 5,0
60. Tresor Mossi – 5,0
9. Bobir Abdixolikov – 5,5
(11. Momo Yansane, 81) – 5,5
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
36. Xəyal Fərzullayev
6. Vüqar Mustafayev
29. Qabil Əlizadə
24. Sənan Muradlı
75. Nadir Orucov
95. Miloş Miloviç
Baş məşqçi: Vaqif Cavadov
Komandanın ən yaxşısı: Mehdi Cənnətov
92. Stas Pokatilov – 4,0
17. Tellur Mütəllimov – 5,0
5. Rəhman Daşdəmirov – 5,0
(88. Xəyal Əliyev, 56) – 5,0
15. Seymur Məmmədov – 5,0
(9. Anatoli Nuriyev, 69) – 4,5
32. Elgün Dünyamalıyev – 5,0
18. Pavol Safranko (k) – 5,0
40. İqor Noqeyra – 5,0
70. Cesse Sekidika – 5,0
13. İvan Lepinitsa – 4,5
11. Kahim Parris – 4,5
(7. Boyan Letiç, 56) – 4,5
33. Umarali Raxmonaliyev – 5,5
(8. Ayaz Quliyev, 85) – qiymətsiz
Ehtiyat oyunçular
1. Yusif İmanov
55. Nicat Mehbalıyev
6. Abdulax Xaybulayev
20. Coy-Lens Mikels
4. Sofian Çakla
3. Con İrasabal
99. Neqoş Kupusoviç
83. Stefen Ende
Baş məşqçi: Vasili Berezutski
Komandanın ən yaxşısı: Umarali Raxmonaliyev
Qollar: U.Raxmonaliyev, 6 (0:1, C.Sekidika). R.Vaskes, 18 (1:1, A.Süleymanlı). B.Abdixolikov, 47 (2:1, S.Taşkın). U.Raxmonaliyev, 71 (2:2). T. Mütəllimov, 77 (2:3, X.Əliyev). M.Yansane, 87 (3:3, M.Xaçayev).
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev (hamısı Bakı).
VAR hakimi: Rauf Cabbarov (Bakı).
VAR hakiminin köməkçisi: Akif Əmirəli (Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
29 mart. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 1000 tamaşaçı (9502 yerlik).
Birinsi hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Uzun müddət qol və qələbə üzünə həsrət qalan “Sumqayıt” son iki oyunda qələbə qazanmaqla “qara zolaqdan” çıxdığını subut etmişdi. “Sabah”ın isə yaxşı günlər yaşamadığı hər kəsə bəllidi. Belədə qonaq komandanın Sumqayıtda çətinliklə üzləşəyəcəyi də gözlənilirdi. Oyunun axarı da bu ehtimalları doğrultdu. Baxmayaraq ki, hesabı məhz qonaqlar açdı. Artıq 6-cı dəqiqədə “Sabah” yerli azarkeşləri məyus etdi. Qolun müəllifi Raxmonaliyev oldu. Özbək futbolçu Sekidikanın qapı qarşısına ötürməsini yüngül toxunuşla tora qovuşdurdu. İlk dəqiqələrdən “Sabah” meydanda daha fəal göründüyündən bu qol oyunun məntiqi axarına uyğun idi.
Qoldan sonra “Sumqayıt” irəli atılmaq lazım olduğunu başa düşdü. 17-ci dəqiqədə “kimyaçılar” Vaskeslə qola yaxın oldu. Amma topu ram edə bilməyən legioner hakimlərdən penalti tələb etməyə başladı. İstəyinə nail ola bilməyən dominikanlı hücumçu cəmi bir dəqiqə sonra hesabı açdı. Ayxanın ötürməsini “Sabah”ın müdafiəçilərinin əhatəsində səliqəylə qəbul edən Vaskes hesabı bərabərləşdirdi. Hərəyə bir dəfə fərqlənən komandalar bu qollardan sonra da hücumlarını davam etdirsələr də, fasiləyə qədər hesab dəyişmədi. Xüsusən də “Sabah” azı iki epizodda önə köçmək fürsəti qazandı. Hər iki halda Cənnətov əla qurtarışlarla “Sumqayıt” azarkeşlərinin üzülməsinə imkan vermədi.
Fasilədən dərhal sonra isə hesab dəyişdi. “Sumqayıt”ın 2-ci hissədəki ilk həmləsi qolla nəticələndi. Taşkın sağ cinahdan topu qapı qarşısına göndərdi. Özbəkistan millisinin üzvü Bobir Abdixolikov “Sabah”ın qapıçısının və müdafiəçilərinin çaşqın baxışlarının müşayəti ilə bu ötürməni qola çevirdi. Hər şey o qədər sürətli, eyni zamanda sakit axarda baş verdi ki, qonaqlar nəyin baş verdiyini anlamadılar belə.
Məğlub duruma düşən “Sabah” dərhal toparlanıb, təzyiqi artırmağa başladı. Bu işdə onlara “Sumqayıt” da bir qədər yardım etdi. Vaqif Cavadovun yetirmələri hesabda önə keçəndən sonra müdafiəyə diqqəti artırıb, meydanın özünə aid hissəsində çoxalmağa çalışdılar. Bununla da “Sabah”ın əli-qolu açıldı. Bir çox epizodlarda Mehdinin inamlı oyunu “Sumqayıt”ı qoldan xilas etsə də, hesabın dəyişəcəyini hiss etmək çətin deyildi. Gözlənilən hadisə 71-ci dəqiqədə yaşandı. Görüşdəki ilk qolu vuran Raxmonaliyev yenə də özünü göstərməyi bacardı. Sumqayıtlı müdafiəçilərin uzaqlaşdırmağa çətinlik çəkdikləri top özbək futbolçunun qüvvətli zərbəsindən sonra Cənnətov üçün də əlçatmaz oldu.
Hesabın bərabərləşməsi “Sabah”ı bir qədər də ürəkləndirdi, qonaqlar daha böyük qüvvə ilə irəli atılmağa başladılar. Meydana sonradan çıxam Xəyal Əliyevin ötürməsini Tellur Mütəllimov 77-ci dəqiqədə əla zərbə ilə qapıdan keçirdi. Zərbə o qədər baxımlı alındı ki, kimsə bu qola görə Cənnətovu da günahlandırmadı. Düşünmək olardı ki, bu qol görüşdə sonuncu olacaq və “Sabah” Sumqayıtdan 3 xalla dönəcək. Amma Mərkəzi Asiyadan olan daha bir futbolçu Pokatilov buna imkan vermədi. Qazaxıstanlı qapıçı 87-ci dəqiqədə Yansanenin o qədər də qüvvətli olmayan zərbəsinin qapıya daxil olmasına əngəl ola bilmədi. Bununla da “Sabah”ın qələbə arzusu da puç oldu. 6 qolun vurulduğu qarşılaşmada tərəflər hərəyə 1 xalla kifayətləndilər.
Mövsüm ərzində heç-heçələrinin sayını 15-ə çatdıran “Sabah” isə bu göstəricidə ölkə rekordçusuna çevrildi.
AMAL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Aprel 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri