Icma.az
close
up
RU
ASK: Ölkədə kənd təsərrüfatı məhsulları istehsalının çoxu kiçik və orta sahibkarların payına düşür

ASK: Ölkədə kənd təsərrüfatı məhsulları istehsalının çoxu kiçik və orta sahibkarların payına düşür

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 may, AZƏRTAC

2020-2024-cü illər ərzində kənd təsərrüfatı məhsullarının ixracı 25 faizdən çox artıb ki, bu da sektorun iqtisadiyyata töhfəsinin bariz nümunəsidir. Təkcə 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan sahibkarları xaricə 153,3 milyon dollar dəyərində meyvə-tərəvəz, 14 milyon manat içki məhsulları, 40 milyon manat pambıq lifi ixrac ediblər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti (ASK) Məmməd Musayev “Aqrobiznesin İnkişafı Forumu-4: Harmoniyaya gedən yol” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sahibkarlar aqrar sektorun inkişafında əsas hərəkətverici qüvvədir.

“Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının 99 faizdən çoxu məhz özəl sektorun, xüsusilə kiçik və orta sahibkarların payına düşür. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə bu göstərici 70 faiz səviyyəsində idi. Sahibkarlar təkcə istehsalda deyil, həm də məhsulların emalı, qablaşdırılması və bazara çıxarılmasında mühüm rol oynayır. Onların fəaliyyəti sayəsində yerli məhsulların rəqabət qabiliyyətliliyi artıb. Statistik məlumatlara əsasən, hazırda Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayı 1,4 milyondan çoxdur ki, onların da 37 faizdən və ya 520 mindən çoxu kənd təsərrüfatı sahələrində fəaliyyət göstərirlər. Həmçinin ölkədə kənd təsərrüfatında 12 mindən artıq müəssisə fəaliyyət göstərir”, - deyə o bildirib.

M.Musayev vurğulayıb ki, bu sahədə çox işlər görülsə də kreditləşmə səviyyəsi hələ də kifayət qədər deyil: “Aqrar sektorun ÜDM-də payı 5,7 faiz olduğu halda, bu sahəyə yönələn kreditlərinin payı təxminən 2 faizdir. Hazırda ölkə üzrə real sektora 29,7 milyard manatlıq kredit qoyuluşunun cəmi 584 milyon manatı kənd təsərrüfatına yönəlib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri