Aslan Kərimov: Legioner limitinin ləğvi 10 12 komandalı çempionat üçün...
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Limit ləğv olunmamışdan əvvəl də fikirlərimi bildirmişdim. Düşünürəm ki, legioner limitinin ləğvi 10-12 komandalı çempionat üçün effekti az ola bilər. Bu, yerli futbolçuların oynamaq imkanını əlindən alır". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov bildirib.
Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərarına münasibət bildirən təcrübəli mütəxəssis fikirlərini bölüşüb:
"Qərar qəbul olunanda bəzi nüanslar ortaya çıxdı ki, klublar legionerləri sifariş etmək üçün pul ödəməlidirlər. Pul ödəmək maliyə imkanları yaxşı olmayan klubların qarşısını alacaq. Məncə, yerli futbolçular üçün effektli olmayacaq. Atılacaq addımlara diqqət etməliyik. Klublar yerli oyunçuların inkişafında maraqlı olmasalar, bu qərar birmənalı şəkildə effekt verməyəcək. Onsuz da itirdiyimizi itirmişik. Bir mövsüm müşahidə etməlyik".
Qeyd edək ki, növbəti mövsümdə Premyer Liqada legioner limiti ləğv ediləcək. Bu barədə AFFA İcraiyyə Komitəsinin son iclasında qərar qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 06 Fevral 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















