Icma.az
close
up
RU
Legioner limitinin ləğvi futbolumuzu inkişaf etdirəcək?

Legioner limitinin ləğvi futbolumuzu inkişaf etdirəcək?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Yeni mövsümdən etibarən Azərbaycanda legioner futbolçu limitinin ləğv olunması ilə çox ciddi dəyişikliklər yaşanacaq”.

Bu sözləri “Sportinfo TV” və “CBC Sport” telekanalının aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, keyfiyyətli futbol üçün legioner limitini sərbəst buraxmaq lazım idi:

“Əgər biz keyfiyyətli futbol, yerli futbolçularımızın öz üzərində daha ciddi çalışmağını və millimizə töhfə verməyini istəyiriksə, bu addımı alqışlamalıyıq. Çünki legioner limitinin ləğv olunması onların inkişafına səbəb olacaq.Məsələn, bu gün azərbaycanlı hansısa futbolçu bilir ki, necə oynamağından asılı olmayaraq heyətdə yer alacaq. Üstəlik, buna görə ayda 25-30 min pul qazanır. Ona görə də oynayacağına arxayın olduğu üçün öz üzərində işləmir və meydanda normal çıxış etməsinin kifayət etdiyini düşünür”.

Ekspert qeyd edib ki, klub yerli futbolçuya verilən pulun üzərinə 30-40 min manat əlavə pul qoyaraq daha səviyyəli legioner transfer edə bilər:

“Bundan sonra isə 25-30 min maaş alan futbolçu heyətə düşə bilmək üçün öz üzərində çalışacaq və gələn legionerlə rəqabət aparmağa başlayacaq. Nəticədə, o da, komanda da, millimiz də inkişaf edəcək. Bundan başqa, inkişaf edən futbolçularımız legioner həyatı yaşamaq arzusuna düşəcək. 

Azərbaycanlı futbolçuların xaricə transfer olmamalarının əsas səbəbi buradakı legioner limiti idi. Bütün bunlar birinci liqanın da inkişafına təsir göstərəcək.Çünki Premyer liqada klubda forma şansını itirən futbolçu məcbur olaraq birinci liqada gedib oynayacaq. Bu da həmin liqanın keyfiyyətini artıra bilər”.

Elçin Cəfərov onu da diqqətə çatdırıb ki, legioner limitinin ləğv olunmasından sonra qardaş Türkiyə futbolu inkişaf etdi:

“Bu qərardan qısa müddət sonra onlarla türk futbolçu xarici klublara transfer oldular. Nəticədə həm özləri inkişaf etdi, həm də Türkiyə millisi gücləndi.
Düşünürəm ki, Azərbaycanda da bu proses planlı şəkildə həyata keçirilərsə uğurlu olar. Artıq yerli futbolçularımız formanı qazanmaq üçün mübarizə aparmalı və daha ciddi səylə çalışmalıdırlar.Bu isə ilk növbədə milli komandamızın inkişafına təsir göstərəcək. Ən azından 5-6 il sonra Azərbaycan yığmasında həm legioner həyatı yaşayan futbolçuların daha çox olduğunu şahidi olacağıq. Ancaq klublarımız da pul silmək xətrinə iş görməməlidirlər. Hər bir klubun özünün strategiyası olmalıdır. Sistemi qurmalı və hədəflərini müəyyən etməlidir”. 

Elmir Mustafa
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Aprel 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri