Aslan Kərimov: Saşa İliç “Sumqayıt”a Serbiyadan futbolçular cəlb edə bilər
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 9 iyul, AZƏRTAC
Saşa İliçin “Sumqayıt”da işinin necə alınacağı barədə indidən nəsə demək tezdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov “Sumqayıt”ın yeni baş məşqçisi Saşa İliç barədə danışarkən deyib.
O, serbiyalı mütəxəssisin futbolçu olduğu dövrdə adından söz etdirdiyini bildirib: “Kifayət qədər zəngin karyerası olub. Lakin məşqçi kimi işinə bələd deyiləm. İliç yeni mövsümdə hədəflərinin avrokuboklara vəsiqə qazanmaq olduğunu söyləyib. Bu, çətin olacaq. Çünki liqada “Qarabağ”, “Zirə”, “Sabah”, “Neftçi” və “Araz-Naxçıvan” kimi iddialı komandalar var. Bu rəqiblərlə başabaş mübarizə aparmaq üçün çoxlu transfer lazımdır. Saşa İliç də serb olduğuna görə ölkəsinin futbol bazarına üz tuta bilər. Həmçinin Xorvatiyada və Sloveniyada da “Sumqayıt”da oynaya biləcək individual futbolçular var. Futbol ictimaiyyəti İliçlə bağlı məsələdə səbir etməlidir. Premyer Liqanın bir neçə turundan sonra baş məşqçi barədə aydın fikir yürütmək olar”.
Qeyd edək ki, “Sumqayıt” Saşa İliçlə 1 illik müqavilə imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 09 İyul 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















