Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Aslan Kərimov Sabah a çıxış yolu göstərib

Aslan Kərimov Sabah a çıxış yolu göstərib

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Rəqib keçilməz komanda deyil. Bakıdakı oyunda öz boşluqlarını göstərdi".

İdman.biz xəəbər verir ki, bunu Teleqraf-a açıqlamasında veteran futbolçu Aslan Kərimov Sloveniyada “Selye” və "Sabah" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

52 yaşlı mütəxəssis əvvəlcə Masazır təmsilçisinin Bakıda 2:3 hesabı ilə məğlub olduğu görüşlə bağlı qənaətindən danışıb.

Onun sözlərinə görə, ilk oyunun ədalətli nəticəsi heç-heçə idi: “İlk matç 2:2 hesablı heç-heçə ilə də bitə bilərdi. Son dəqiqədə buraxdığımız qol bu oyunda işimizi bir az çətinə saldı. Yaxşı rəqibə qarşı oynayacaqlar. Xüsusən, yarımmüdafiə xətti, arxadan oyun quruculuğu “Selye”də ispaniyalı baş məşqçi Albert Rieranın rəhbərliyi altında gözəl alınır. Belə demək mümkündürsə, onlar yarımmüdafiədə çoxluq yaratmağı bacarırlar. İlk oyunda “Sabah”ın problemləri bundan sonra yaranırdı. Çünki istənilən halda meydanın mərkəzində çoxluq yaratmaqla “Sabah”ın müdafiəsinin üstünə daha böyük qüvvə, daha çox oyunçu ilə həmlə edə bilirdilər. Etdikləri həmlələrdən sonra kifayət qədər futbolçuları bu imkanları qola çevirə bilərlər”.

Kərimov “bayquşlar”ın mərhələ adlamaq üçün yaxşı fürsətlərinin olduğunu vurğulayıb: “Ən azı standart vəziyyətlər bizim üçün çıxış yollarıdır. Daha sonra bizim cinah oyunçuları rəqibin müdafiə xəttinə təsir göstərə bilirlər. Sürət baxımdan da rəqibin müdafiə xəttini üstələyirlər ki, bu da bizə bir üstünlükdür. İstər-istəməz “Selye” evdə daha öndə oynamalı və daha çox hücum etməli olacaq. Belədə, qapıda o boşluqlar yaranır ki, “bayquşlar” da bundan yararlana bilər. Bir top çox da böyük fərq deyil, geridönüş etmək mümkündür”.

Təcrübəli mütəxəssis Sloveniya təmsilçisi qarşısında “Sabah”ın şansını daha az dəyərləndirib: “Ümumi komandaların potensialını götürsək, yenə də oyunun favoriti “Selye” sayılır. Ən azından matça bir top fərqi ilə öndə başlayacaqlar. Düşünürəm ki, şanslar 55/45 faiz “Selye”nin xeyrinədir. Amma bu məsələ heç də həll olunmayacaq dərəcədə problem deyil. Belə oyunlarda “Sabah”ın qol şansı yüzdə-yüz olur. Amma bunun üçün müdafiədə, ələlxüsus meydanın mərkəzində və hücuma meylli oyunçuların aqressivliyi baxımından rəqib kombinasiyalar qurarkən onlara çoxlu sayda pressinq etmək, aqressiv oynamaq lazım gələcək. Bunun öhdəsindən necə gələcəklərini təxmin edə bilmirəm. Öhdəsindən gəldikləri halda, bu oyundan qalibiyyətlə ayrıla bilərlər”.

Qeyd edək ki, “Sabah” – “Selye” görüşü eyni adlı stadionda təşkil olunacaq. Bolqarıstanlı hakimlər briqadasının idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 İyul 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see696

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see460

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see453

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see419

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see404

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see399

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see361

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see302

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see287

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see285

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see259

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see254

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see243

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see240

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see239

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see235

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see233

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see226

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri