Asmir Beqoviç: Qarabağ oyunu son fitə qədər gərgin saxlaya və şanslarını qoruya bilər
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qarabağ"ı yaxından izləyən insanlar üçün bu nəticələr böyük sürpriz deyil".
Oxu.Az xəbər verir ki, bu barədə "Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç Futbolinfo.az-a müsahibəsində qeyd edib.
O bildirib ki, klub uzun illərdir ki, inkişaf edir:
"Klub uzun illərdir, eyni baş məşqçi ilə, aydın oyun fəlsəfəsi və güclü komanda ruhu ilə ardıcıl şəkildə inkişaf edir. Bəlkə də, geniş futbol ictimaiyyəti üçün bu irəliləyiş gözlənilməz görünür, amma klub daxilində proses çox məntiqlidir".
"Təbii ki, təcrübəsinə və heyətinin dərinliyinə görə favorit "Liverpul"dur. Amma "Qarabağ" son illərdə güclü Avropa komandalarına qarşı rəqabət apara bildiyini dəfələrlə sübut edib. Əgər komanda intizamlı oynasa, səhvləri minimuma endirsə və yaranan imkanlardan düzgün istifadə etsə, oyunu son fitə qədər gərgin saxlaya və şanslarını qoruya bilər", - deyə Beqoviç vurğulayıb.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 28 Yanvar 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















