Icma.az
close
up
RU
AŞPA Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyini davam etdirirsə,....

AŞPA Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyini davam etdirirsə,....

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Donald Trampın təkrar hakimiyyətə gəlişi ilə həm ABŞ-da, həm də bütövlükdə Qərb dünyasında solçu, liberal, qlobalist qüvvələrin diktaturasına ağır zərbə vurulsa da, lakin o qüvvələrin Avropa Şurası, Avropa Parlamenti, ATƏT və s. kimi bir sır beynəlxalq qurumlarda təsir gücü hələ də qalmaqda davam edir. Həmin qurumların məruzəçilərinin və ya təmsilçilərinin "ikili standart"lardan çıxış etmək və Azərbaycana münasibətdə ermənipərəst mövqe nümayiş etdirmək "ənənə"sinə sadiqlikləri də bundan irəli gəlir. Həmçinin, Avropa Şurasının İnsan hüquqları üzrə ali komissarı Maykl O’Flaertinin AŞPA-da (Avropa Şurası Parlament Assambleyası) Azərbaycanın əleyhinə qərəzli fikirlər səsləndirməsi də elə bunun göstəricisidir.
Avropa Şurasının İnsan hüquqları üzrə ali komissarı vəzifəsinin Maykl O’Flaerti kimi qeyri-obyektiv və üstəgəl, tamamilə naşı adama həvalə edilməsi dərin təəssüf hissi doğurur. Bu adam hətta bəlkə də xəritədə Azərbaycan və Ermənistanın yerini göstərə bilməyəcək qədər savadsız və qeyri-kompetentdir. Ona görə də M. O’Flaerti AŞPA-da Ermənistandan olan deputatların suallarını cavablandırarkən məhz onların qulaqlarına xoş gələ biləcək fikirlər səsləndirib və ermənilərin Qarabağa qayıdışı haqda danışdığı halda, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı barədə isə heç nə deməyib. Çox güman ki, Avropa Şrasının ali komissarı Qərbi azərbaycanlıların 1988-ci ildə indiki Ermənistandan zorla deportasiya olunması faktından da, ümumiyyətlə, məlumatsızdır.
Görünən budur ki, Maykl O’Flaertinin gündəmində Azərbaycan həqiqətlərinə əsla yer yoxdur. Onun gündəmini və məruzələrini də böyük ehtimalla erməni lobbisi formalaşdırır, hazırlayır. Belə olmasaydı, Maykl O’Flaerti hazırda Bakıda məhkəməsi davam edən erməni separatçılarının "vəkil"i rolunda çıxış etməz və onların azadlığa buraxılmasını tələb etməzdi. Əslində, Maykl O’Flaertinin anti-Azərbaycan mövqeyindən çıxış etməsində təəccüblü heç nə yoxdur. Bütövlükdə AŞPA özü Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyini hələ də davam etdirirsə, Maykl O’Flaertinin Avropa Şurasının İnsan hüquqları üzrə ali komissarı yox, "erməni hüquqları üzrə ali komissar" kimi davranması da təəccüblü görünmür. Beynəlxalq qurumlar bu cür solçu-liberal ünsürlərdən, erməni lobbisinin nökərlərindən təmizlənmədikcə, özləri haqda obyektiv imic formalaşdıra bilməyəcəklər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Aprel 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri