Icma.az
close
up
RU
Strasburqun Azərbaycana qarşı ədalətsiz qərarı

Strasburqun Azərbaycana qarşı ədalətsiz qərarı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Avropa İnsan Hüquqları Məhkəməsinin ölkəmiz əleyhinə ziddiyyətli mövqeyinin şərhi

Azərbaycana qarşı qəbul edilən ziddiyyətli qərarın imzalandığı gün tə­sadüfü seçilməyib. Həmin gün Azərbaycan Prezidentinin 1998-ci il 18 iyun tarixli sərancamı ilə Dövlət proqramında İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması və Milli İnsan Hüququları Günü kimi qeyd olunur. AİHM-nin qərarına görə, H.T. həmin dövrdə tanınmamış “Dağlıq Qarabağ respublikası”nın silahlı qüvvələrində mayor rütbəsində xidmət edib. Stras­burqa onun valideynləri və bacısı müraciət ediblər. 

Erməni əsilli H.T. döyüş zamanı idarə etdiyi hərbi maşınla pusquya düşür və o, ağır yaralanaraq Azərbaycan hərbçilərinin nəzarətinə keçir. Avropa İnsan Hüquqla­rı Məhkəməsinin qərarında isə H.T.-nin ölümündən əvvəl ağır fiziki zorakılığa mə­ruz qaldığı qeyd olunur və bu halları Avro­pa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinə–yaşamaq hüququna, həmçinin 3-cü maddəsinin–işgəncənin, qeyri-insa­ni və ya ləyaqəti alçaldan rəftarın qada­ğan edilməsi baxımından zidd hesab edir. Qəribədir, Azərbaycan ərazisini işğal edib, xalqımıza qarşı soyqırımla müşahidə olunan əməllərilə qondarma bir ermənicik respub­likanın yaradılmasını bəyan edənlərə qarşı Azərbaycan ordusu necə davranmalı idi? Və məhkəmə iddiaçı: erməni hərbiçisinin valideynlərinın və bacısının xeyrinə 104210 avronun Azərbaycan büdcəsindən alınması barədə qərar qəbul edib. Nə bizim eradan əv­vəl və nə də müasir dünyada bütün bəşəriy­yətin gözü qarşısında davam edən mənasız müharibələri tənzimləyən qanunlar heç vaxt olmayıb. Həmişə məqsəd döyüşü qələbə ilə başa vurmaqdan ibarət olub.Dünya fatehləri tərəfindən qəbul edilən belə bir yazılmamış məcəllənin tələbindən Strasburq hakimləri­nin bixəbər olması inandırıcı görünmür! 

***

Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan əleyhinə qəbul etdiyi qərarda iddiaçının xeyrinə ayrılan məbləğ belə bö­lünüb: 60 min avro H.T.-nin valideynlərinə mənəvi zərərə görə; 30 min avro onun ba­cısına mənəvi zərərə görə; 14 min 210 avro məhkəmə xərcləri və vəkil xərclərinə görə. Beləliklə, ümumi məbləğ 104210 avro təşkil edir. 

AİHM H.T.-nin öldürülməsi ilə kifayət­lənməyib. Onun valideynlərinin və bacı­sının mərhumun bədən üzvlərinin tabutda olmayan itkin hissələrini əldə edə və layiqli dəfn həyata keçirə bilmədiklərinə görə cid­di mənəvi iztirab keçirdiklərini Konvensi­yanın 3-cü maddəsində təsbit olunanlara zidd hesab edib. Digər mühüm məsələ isə AİHM-in Azərbaycanın həmin məkanda yurisdiksiya məsələsidir. Məhkəmə 2016-cı ilin Aprel döyüşləri zamanı həmin ərazilər üzərində Azərbaycanın “effektiv nəzarə­ti”nin olub-olmadığını müəyyən etməyib. Lakin konkret H.T. ilə bağlı vəziyyətdə Azərbaycan dövlətinin yurisdiksiyasını “dövlət agenti və nəzarəti” prinsipi əsasında qəbul edib. Qeyd olunur ki, H.T. pusquya düşərkən ağır yaralandığından döyüşmək bacarığı və ya özünü müdafiə imkanı tam tükəndiyindən, faktiki olaraq, erməni hər­biçisi üzərində Azərbaycan hərbiçilərinin “hakimiyyət üstünlüyü” yaranıb. Ona görə də AİHM silahlı münaqişə şəraitində belə, artıq döyüş qabiliyyətini itirmiş şəxsin öl­dürülməsini və ona qarşı ağır zorakılığı Av­ropa İnsan Hüquqları Konvensiyasının 2 və 3-cü maddələri kontekstində qiymətləndirib (?). 

Amma bu, AİHM-in 2016-cı il Aprel döyüşləri üzrə ümumi hökmü deyil. Konk­ret H.T.-nin ölümü və onun ailə üzvlərinin şikayətləri üzrə fərdi bir işdir. AİHM-in rəs­mi məlumatına görə, hazırda buna bənzər 21 digər ərizələrin də, məhkəmədə baxılacağı gözlənilir. Onların taleyi necə olacaq, bilin­mir. Qərar 18 iyun 2026-cı ildə elan olunsa da, Palata qərarıdır və hələ yekun məhkəmə aktı sayılmır. Konvensiyanın 44-cü maddə­sinə əsasən, tərəflərin Böyük Palataya müra­ciət etməsi üçün üç ay müddəti var. Bu qəra­rın hüquqi məntiqi həqiqətən maraqlıdır və bəzi mühüm detallar yayılan məlumatlardan fərqlənir.

AİHM belə qənaətə gəlib ki, H.T. öldü­rüldüyü an artıq yaralı, hərəkətsiz və döyüş qabiliyyətini itirmiş şəxs olub. Məhkəmənin hüquqi xülasəsində H.T. yaralandıqdan və artıq özünü müdafiə edə və müstəqil hərəkət edə bilmədikdən sonra Azərbaycan hərbçiləri tərəfindən öldürüldüyü bildirilib. Məhkəmə bunu beynəlxalq humanitar hüquqla uyğun olmayan davranış kimi qiymətləndirib, yəni beynəlxalq humanitar hüquqda “hors de combat”–hərbi əməliyyatda iştirak edə bil­məyən, ağır yaralanmış və ya əsir götürül­müş şəxsin xüsusi müdafiə statusu pozulub. Məhkəmənin məntiqi belədir ki, döyüş za­manı yaralanıb döyüş qabiliyyətini itirməklə qarşı tərəfin nəzarətinə keçməkdən sonra həmin şəxsin öldürülməsi artıq adi döyüş əməliyyatının nəticəsi kimi qiymətləndirilə bilməz. Qərarın ən ağır hissəsi AİHM-nin H.T.-nin ölümündən əvvəl ağır fiziki zo­rakılığa məruz qalması qənaətinə gəlməsi­dir. Erməni tərəfinin təqdim etdiyi istintaq materialları və guya ekspert rəyi bu faktı təsdiq edir. Amma AİHM 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda 8 ailənin tamamilə məhv edilməsini, 613 nəfərin, o cümlədən 63-ü uşaq, 106-sı qa­dın, 70-i isə ahıl şəxslərin erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülməsini unu­dur. Zati-alilərinə demək istəyirəm: Təkcə 27 sentyabr - 10 noyabr 2020-ci ilə qədər erməni hərbiçiləri tərəfindən 93 dinc əhali - AİHM təbirincə desək, “hors de combat”, hərbi əməliyyatlarda iştirak edə bilməyən şəxslər genosid niyyətilə qətlə yetirilib. AİHM-nin qəbul etdiyi qərarın ən maraq­lı hüquqi tərəfi də diqqət çəkir. Hadisələr Azərbaycanın həmin vaxt faktiki nəzarətin­də olmayan ərazidə–keçmiş Dağlıq Qarabağ münaqişəsi zonasının yaxınlığında baş verib. AİHM, 2016-cı ilin Aprel döyüşləri zamanı həmin ərazilər üzərində Azərbaycanın və ya Ermənistanın “effektiv nəzarəti” olduğunu təsdiqləyən kifayət qədər əsasın olmadığı­nı xüsusi olaraq vurğulasa da, amma yenə Azərbaycanın məsuliyyətini (bu məsələdə) aradan qaldırmağa hüquqi cəsarət tapmayıb. 

Məhkəmə özünün hüquq düşüncəsinə uyğun bir hüquqi mexanizm tətbiq edir: Azərbaycan hərbçiləri H.T.-yə münasibətdə Konvensiyaya görə yurisdiksiyası yaranır. Məhkəmə konkret olaraq bu əməldə Azər­baycan hərbçilərinin H.T. üzərindəki fiziki hakimiyyətini və nəzarətini əsas götürüb(?).

Məsələyə Azərbaycan hökumətinin mövqeyi də bəllidir. AİHM-nin qeydinə görə, Azərbaycan hökumətinin AİHM-ə yazılı müşahidələri təqdim olunub və məh­kəmə onları nəzərdən keçirib. Ermənistan hökuməti də işə müdaxilə edərək öz mövqe­yini təqdim edib. AİHM qəbul etdiyi qərarın hüquqi xülasəsində iddianın “plausible and substantially accurate” - yəni kifayət qədər əsaslı və mahiyyət etibarilə doğru olduğu qənaətinə gəldiyini göstərir. Bir növ pre­zumpsiyaya söykənir, zənnə qapılaraq qərar qəbul edir. 

AİHM erməni tərəfinin iddiasını araşdı­ran zaman bir nəfərin məruz qaldığı rəftara, onun ailə üzvlərinin mənəvi iztirabına daha çox diqqəti yönəldib, sübyektiv yanaşma nümayiş etdirib. Lakin Azərbaycanın 30 il ərzində Avropanın, BMT-nin göz yum­duğu, susqunluq nümayiş etdirdiyi erməni təcavüzü nəticəsində 20 min şəhidə görə, minlərlə itkin düşmüş şəxslər və bu gün də mina terrorundan həyatını və əzalarını itirənlərə görə çəkilən iztirabları görmür, naləni eşitmir. Sanki kar, kor və laldırlar! Bəs minalardan və hərbi sursatların part­laması nəticəsində qurbana çevrilən 437 Azərbaycan vətəndaşlarının taleyi niyə unu­dulur? Qarabağ müharibəsi nəticəsində 15 min şəhid və ya 4000 nəfər itkin düşmüş, 250 nəşin təhvil verildiyi ailələrin iztirabları niyə eşidilmir? 

Yuxarıda qeyd etdiyim kimi, 18 iyun 2026-cı il tarixli qərar Palata (Chamber) qərarıdır və hələ yekun qərar sayılmır. Kon­vensiyanın 43 və 44-cü maddələrinə əsasən tərəflər qərarın elanından üç ay ərzində Bö­yük Palataya müraciət edə bilərlər. Müraciət olunmazsa, qərar qüvvəsini alacaq və onun icrasına Avropa Şurasının Nazirlər Komitəsi nəzarət edəcək. 

Diqqətçəkən digər məqam ondan ibarət­dir ki, Aprel döyüşləri zamanı oxşar iddia­larla bağlı daha 21 ərizə hazırda AİH məh­kəməsinin icraatındadır. Bu səbəbdən 18 iyun tarixli qərar hüquqi qüvvəsini alarsa, gələcək analoji işlər üçün hüquqi presedent daşıya bilər. 

AİHM hadisə ilə bağlı Azərbaycan Hö­kümətinin mövqeyini də təqdim edir:

– Hadisənin baş verdiyi ərazi uzun illər Azərbaycan dövlətinin faktiki nəzarətində yox, Ermənistan qüvvələrinin nəzarətində olub.

– Həmin vaxt Azərbaycan hərbçiləri Talış kəndinə deyil, ətrafdakı yüksəkliklərə nəzarət edirdi.

– AİHM-nin araşdırılması nəticəsində Azərbaycan hərbçilərinin H.T.-yə fiziki nə­zarət etməsi və onun öldürülməsində iştirak etməsi faktı səhih prosessual mənbələrə söy­kənmir. 

– Ailənin baş vermiş hadisə üzrə Azər­baycan daxilində hüquqi müdafiə vasitələ­rindən istifadə etməsi ilə bağlı hər hansı bir müraciəti olmayıb. 

Yəni hadisənin Azərbaycan hərbçiləri tərə­findən törədilməsi hamıya bəlli faktlarla sübut olunmayıb. AİHM isə Azərbaycanın təqdim etdiyi arqumentini qəbul etməmişdir.Yenə “niyə?” sualı cavabsız qalır. Məhkəmə “State agent authority and control”, yəni dövlət agent­lərinin konkret şəxs üzərində hakimiyyəti və nə­zarət prinsipini əsas götürmüşdür. Başqa sözlə ifadə etsəm, AİHM bir tərəfin–erməni tərəfinin iztirablarına üz tutur, onu ÖZÜNÜNKÜLƏŞ­DİRİR! Lakin “H.T.” əgər Azərbaycan hərbi­çilərinin pusqusuna düşməsəydi, daha neçə azərbaycanlı ailəsini ağrılara, mənəvi əzablara və iztirablara məruz qoyacaqdı, - gözlənilənləri qulaqardına vurur. Düşmən əsgərinin pusquya düşdüyü ana qədər və ya pusquya düşməsəydi hansı ağır və xüsusilə ağır cinayətlərin törə­dilməsini proqnozlaşdırmayıb, nə keçmiş, nə də gələcək zamanda törədilə biləcək xüsusilə ağır əməllərinə məhəl qoyulmayıb. Nə üçün? AİH Məhkəməsinin mövcud sübutların qiy­mətləndirilməsi də çox maraqlıdır. Azərbay­can Respublikası Müdafiə Nazirliyi açıqla­malarında qeyd edir ki, Azərbaycan 2 aprel 2016-cı ildə Talış ətrafındakı yüksəkliklər və hərbi mövqelər “düşmən qüvvələrindən tam təmizlənmişdir”. Məhkəmə də, faktiki olaraq, Azərbaycan tərəfinin Talış ərazisində hərbi işti­rakını təsdiqləyən məlumatları nəzərə alıb. La­kin AİHM qərarında ehtimallara söykənərək hadisə yerinin xüsusiyyətləri barədə qeyd edir: H.T.-nin olduğu hərbi maşın (hərbi maşın H.T-nin yaşadığı həyətində olsaydı, məhkəmə ilə razılaşmaq olardı. Amma Azərbaycana qarşı döyüş bölgəsində, xidmətdə olub) hücuma mə­ruz qalmış, sonra onun meyiti maşından təx­minən 30 metr aralıda tapılmışdır. AİHM faktı digər sübutlarla birlikdə qiymətləndirib. Qəra­rın qəbul edilməsində mübahisəli sübut növü kimi yayılan bir fotonun olmasıdır.

AİHM-in xüsusi diqqət yetirdiyi sübut­lardan biri Azərbaycan əsgəri olduğu ehti­mal edilən R.A. adlı şəxsin Facebook pay­laşımı olub. Paylaşımda H.T.-nin kəsilmiş başının və biləklərinin olduğu, həmin şəx­sin isə azərbaycanca “I have got one” məz­mununda yazı yazdığı göstərilir. AİHM-nin “möhtərəmləri” ermənilərin və yaxud digər millətlərdən olanların da azərbaycan dilində yaxşı danışdıqlarının fərqində olmalıydılar. Ona görə də fotonun azərbaycanlı hərbiçiyə məxsus olması ehtimala söykəndiyindən əsas sübut faktı kimi qəbul edilə bilməz!

***

Ən mühüm hüquqi məqam: Qərarın hüquqşünas üçün ən maraqlı hissələrindən biri sübutetmə yükünün kimə həvalə edilmə­sidir. Qəribədir, AİHM ərizəçilərin hüquqi əsaslara uyğun olmayan versiyasını “pla­usible” inandırıcı və ağlabatan hesab edir (?), Azərbaycan tərəfinin təqdim etdiklərini isə iş üçün əhəmiyyət daşımadığı qənaətinə gəlir (?). 

Sonra AİHM belə nəticəyə gəlib ki, Azərbaycan hökuməti həmin versiyanı tək­zib edən real alternativ izahat və konkret sübutlar təqdim etməyib. Məhkəmə faktiki olaraq ərizəçilərin fərziyələrini, bir tərəfin marağını ifadə edən tibbi ekspertizanın rə­yini, hadisə yerinin müayinəsi ilə bağlı ma­terialları və yenə bir tərəfin marağını körük­ləyən şahidlərin ifadələrinə istinad edərək Azərbaycan hərbçilərinin həmin ərazidə olması barədə məlumatları, fotonun kimə məxsus olması və ya fotonu nümayiş etdirə­nin kimliyi barədə təkzibolunmaz mənbələrə istinad etmədən, məhkəmə üçün qeyri-ciddi sübut növlərini ciddi və inandırıcı sübut kompleksi kimi qəbul edib (?). Çox təəssüf!

AİHM-nin belə yanaşması “sadəcə erməni tərəfinin iddiasına inanıldı” kimi sadələşdirilmiş izahdan başqa bir şey deyil­dir, - qənaətini hasil edir. Bəs, Azərbaycan tərəfi “H.T. döyüş zamanı öldürülüb”, - deyə bilərdimi? Bu, işin mahiyyətini dəyişən əsas sualdır. 

AİHM H.T.-nin öldürülməsini bey­nəlxalq humanitar hüquqa zidd hərəkət hesab edib. Amma beynəlxalq hüququn ha­mılıqla tanınan 10 prinsipinin 30 il ərzində hər gün və bu gün də pozulduğunu guya gör­mürlər? Niyə susqunluq nümayiş etdirilir? 

AİHM hesab edib ki, əllərin sağ ikən kəsilməsi və ardınca başın kəsilməsi son dərəcə ağır fiziki zorakılıqdır. Məhkəmə bu rəftarı sadəcə “qeyri-insani rəftar” səviyyə­sində saxlamayıb. Konvensiyanın 3-cü mad­dəsi baxımından “işgəncə” kimi qiymətlən­dirir və Azərbaycan hərbçilərinin H.T. ilə bağlı hərəkətləri xarakterinə görə yüksək dərəcəli qəddarlıq adlandırılır. Yenə bir fikir önə çıxır: 30 il ərzində Azərbaycana qarşı soyqırım cinayətlərinə niyə göz yumulub? Minalardan əziyyət çəkən, dünyasını itirən­lərlə bağlı Azərbaycan tərəfinin bəyanatları­na niyə məhəl qoyulmur? 

***

Nəhayət, müharibədə zəfər qazanan Azərbaycan hərbi qulluqçularının məsu­liyyətə cəlb edilməsi hüquqi nihilizmdən başqa bir şey deyil! Erməni vəhşiliyi nəti­cəsində - xüsusilə ağır qətliamlar 17 fevral 1992-ci ildə Qaradağlı kəndində baş verən­lər nəticəsində 80-dən çox azərbaycanlı, Ağdaban qətliamında 8 aprel 1992-ci ildə baş verənlər nəticəsində 67 dinc sakin, Bal­lıqaya qətliamında 28 avqust 1992-ci ildə törədilən xüsusi amansızlıqla törədilən,xü­susilə ağır əməllər nəticəsində 24 nəfər və 6 uşaq vəhşicəsinə öldürülüb. Bağanis-Ay­rımda 24 mart 1990-cı ildə erməni hərbi­çilərin xüsusi amansızlığı nəticəsində isə 9 nəfər, 39 günlük körpə də qətlə yetirilib. Qeyd etdiklərim qətliamın canlı sübutudur. 

AİHM Azərbaycan hökumətinin, - “ərizə­çilər Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət etməyiblər və Azərbaycan Cinayət Məcəlləsində müharibə cinayətləri və meyitin təhqir olunmasına görə məsuliyyət nəzərdə tutulur” - arqumentini qəbul etmir, səbəbi­ni isə aşağıdakı xüsusatlarla əlaqələndirir: “- Azərbaycan və Ermənistan arasında dip­lomatik münasibətlər bərpa olunmamışdır”. Məhkəmə, həmçinin həmin dövrdə münaqişə zonasının Azərbaycan dövlətinin effektiv nəzarətində olduğunu da müəyyən etməyib. Bəlkə də ehtiyac duymayıb. Lakin Azərbay­can hökumətinin yurisdiksiyanı konkret H.T-nin əsir düşdüyü zaman üzərində qurub və müəyyən edib. 

Səsvermə zamanı qərar yekdilliklə qəbul edilməyib, AİHM-nin 7 hakimdən ibarət tər­kibin Birinci Bölməsində 6 hakimi pozuntu olduğu qənaətində, 1 hakim isə əleyhinə olub. Bu həm 2-ci maddə üzrə, həm H.T.-yə işgəncə ilə bağlı 3-cü maddə üzrə, həm də ailə üzvlərinin özlərinin məruz qaldığı rəf­tarla bağlı 3-cü maddə üzrə göstərilib. 

Qərar “Azərbaycan Aprel döyüşlərinə görə məsuliyyət daşıyır”, - anlamına gəl­mir. Konkret olaraq H.T. işi üzrə Azərbay­canın Konvensiya yurisdiksiyasını və konkret hüquq pozuntularını müəyyən edib (?). AİHM-in məlumatına görə, Aprel döyüşləri ilə əlaqəli daha 21 oxşar ərizə məhkəmənin qarşısındadır. 

Şəmsəddin ƏLİYEV,
hüquqşünas

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri