Icma.az
close
up
RU
“AŞPA yeni reallıqları qəbul etmir”

“AŞPA yeni reallıqları qəbul etmir”

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana münasibətdə nümayiş etdirdiyi ikili standartlar qəbuledilməzdir. IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin Avropa Şurası ilə bağlı səsləndirdiyi fikirlər də təşkilatın ölkəmizə münasibətdə illərdir davam etdirdiyi qərəzli siyasətə verilən obyektiv siyasi qiymət idi”.

Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva Xalqcəbhəsi.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan gələcəkdə Avropa Şurasından tam şəkildə çıxmaq qərarı versə belə, bunun ölkənin daxili inkişafına ciddi təsiri olmayacaq: “Bu yanaşma Azərbaycanın müstəqil siyasət yürütmək imkanlarının və beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvü kimi təşkilatın fəaliyyətində iştirak edib, hüquqi islahatlar, insan hüquqları və demokratik institutların inkişafı istiqamətində müxtəlif proqramlarda fəal rol oynayıb. Lakin bütün bunlara baxmayaraq, AŞPA uzun illərdir ölkəmizə münasibətdə selektiv və qərəzli mövqe nümayiş etdirir.Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə Assambleya beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunması istiqamətində prinsipial mövqe sərgiləmədi. İşğala göz yuman qurumun Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra nümayəndə heyətimizin səsvermə hüququnu məhdudlaşdırması isə siyasi sifarişdən başqa bir şey deyildi”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, əgər məsələ həqiqətən insan hüquqları ilə bağlı olsaydı, bu qərar 2023-cü ildən sonra deyil, daha əvvəl qəbul edilərdi. Bu isə onu göstərir ki, AŞPA-nın qərarı hüquqi deyil, sırf siyasi xarakter daşıyırdı və Azərbaycanın qazandığı tarixi Zəfərə görə ölkəni cəzalandırmaq məqsədi güdürdü: “Belə bir şəraitdə Azərbaycan nümayəndə heyətinin Assambleyanın fəaliyyətində iştirakını dayandırması tamamilə məntiqi və prinsipial addım idi. Çünki səsvermə hüququndan məhrum edilmiş nümayəndə heyətinin təşkilatda iştirak etməsinin heç bir siyasi və hüquqi mənası yoxdur. Son illərdə AŞPA daxilində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarında bəzi deputatlar xüsusi fəallıq göstərirlər. Bu sırada almaniyalı deputat Frank Şvabenin adı xüsusilə diqqət çəkir. Frank Şvabenin Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli yanaşma artıq sistemli xarakter alıb. Onun insan hüquqları, demokratiya və beynəlxalq münasibətlərlə bağlı səsləndirdiyi prinsiplərlə siyasi fəaliyyəti arasında ciddi ziddiyyət mövcuddur. Xüsusilə COP29 ərəfəsində Azərbaycanın ev sahibliyinə qarşı apardığı kampaniya bunun açıq nümunəsi idi”, – deyə deputat bildirib”.

Deputatın sözlərinə görə, Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlar beynəlxalq təşkilatların fəaliyyətinə də yeni yanaşma tələb edir: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi, regionda həyata keçirilən nəqliyyat və enerji layihələri, eləcə də Avropanın enerji təhlükəsizliyində artan rolu artıq nəzərə alınmalı olan mühüm amillərdir. Köhnə siyasi stereotiplərlə hərəkət edən qurumlar regionda baş verən dəyişiklikləri düzgün qiymətləndirə bilmirlər. AŞPA da hələ də Cənubi Qafqazda yaranmış yeni reallıqları həzm edə bilmir və buna görə də Azərbaycana münasibətdə qərəzli yanaşmasını davam etdirir. Azərbaycan Avropa Şurası ilə münasibətlərinin gələcək formatını milli maraqlar və qarşılıqlı hörmət prinsipləri əsasında qiymətləndirir. Onun fikrincə, münasibətlərin normallaşması yalnız Avropa Şurasının bütün üzv dövlətlərə eyni hüquqi meyarlarla yanaşması, siyasi selektivlikdən və ikili standartlardan imtina etməsi şəraitində mümkün ola bilər.

Günel Elxan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 İyul 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri