Icma.az
close
up
RU
Aşqabadda qala konsert keçirilib Fotolar

Aşqabadda qala konsert keçirilib Fotolar

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 5-də Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında incəsənət ustalarımızın iştirakı ilə möhtəşəm qala konsert təşkil olunub.

Axşam.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları sarayın foyesində Azərbaycan Fotoqraflar Birliyi tərəfindən təşkil edilən “Qarabağ – milli irsin yaddaşı” adlı fotosərgi ilə tanış olublar. 

Məlumat verilib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatı ilə azad olunan ərazilərimizdə otuzillik işğal zamanı erməni vandalizminə məruz qalmış tarix-mədəniyyət abidələri və digər infrastruktur obyektlərinin dağıdılmış vəziyyəti öz əksini tapıb. İşğaldan sonra Azərbaycan dövləti tərəfindən azad torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq prosesi də təqdim olunan fotolarda yer alıb. 

Sonra Muğamlar Sarayının böyük zalında qala konsert başlanıb.

Konserti Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova, iki ölkənin mədəniyyət nazirləri Adil Kərimli, Atageldi Şamuradov, mədəniyyət, elm xadimləri və ictimaiyyət nümayəndələri izləyiblər. 

Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova çıxış edərək iki ölkə arasında əlaqələrin köklü tarixə malik olduğunu bildirib. Deyib ki, Türkmənistan ilə Azərbaycanı birləşdirən çox amillər var. Lakin bunların arasında mədəniyyət amili xüsusi əhəmiyyət kəsb edir. Bahar Seyidova Azərbaycanın incəsənət ustalarına uğurlar arzulayıb.

Mədəniyyət naziri Adil Kərimli çıxışında Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə qardaş ölkənin hökumətinə minnətdarlığını bildirib.

Qeyd olunub ki, iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr ildən-ilə inkişaf edir. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi mədəni əlaqələrin daha da dərinləşməsinə böyük töhfə verir.

Sonra səhnə incəsənət ustalarımızın ixtiyarına verilib.

Konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Gülyaz və Gülyanaq Məmmədovalar, Faiq Ağayev, Əməkdar artist Gülüstan Əliyeva, solistlər Nərmin Nərimanlı, Rəvanə Qurbanova, Samirə Rəcəbli, Əmrah və Aişə Orucovlar, Fatimə Cəfərzadə, Röya Mürsəlova və Sahib İsmiyev çıxış ediblər. 

Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (dirijor: Mustafa Aşurov), Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə), “Savalan” qrupu rəngarəng musiqi və rəqs nömrələri ilə gecəyə xüsusi rəng qatıblar.

Türkmən xalq mahnılarının da yer aldığı proqram tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. 

Azərbaycanın zəngin musiqi və rəqs mədəniyyətinin yüksək səviyyədə təqdim olunduğu gecə türkmən tamaşaçılarına unudulmaz sənət zövqü yaşadıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://axsam.az
archiveBu xəbər 06 İyun 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri