Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Aşqabadda beynəlxalq forum keçirilib

Aşqabadda beynəlxalq forum keçirilib

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edib

Dekabrın 12-də Aşqabadda “Beynəlxalq sülh və etimad ili (2025)”, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş beynəlxalq forum keçirilib. Tədbirdə Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edib.

Əli Əsədov Sərdar Berdiməhəmmədov və İrakli Kobaxidze ilə görüşüb

Aşqabada işgüzar səfər çərçivəsində Əli Əsədov əvvəlcə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb. Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və Türkmənistanın daimi neytrallığının 30 illiyi münasibətilə təbriklərini bu ölkənin dövlət başçısına çatdırıb. Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına və təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanın Baş naziri səfər çərçivəsində, həmçinin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb. Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb. İ.Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran aktual məsələlərə xüsusi diqqət yetirilib.

Baş nazir: Azərbaycan Türkmənistanın neytrallıq siyasətinə hörmətlə yanaşır

“Beynəlxalq sülh və etimad ili (2025)”, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş beynəlxalq forumun plenar iclasında Azərbaycanın Baş naziri Əli Əsədov çıxış edib. Ə.Əsədov bildirib ki, Azərbaycan Türkmənistanın BMT tərəfindən tanınan daimi neytrallıq siyasətinə böyük hörmətlə yanaşır. Ölkəmizin neytrallıqla bağlı Türkmənistan tərəfindən BMT-də irəli sürülən qətnamələri daim dəstəklədiyi və “Beynəlxalq sülh və etimad ili - 2025” qətnaməsinə həmmüəllif qismində qoşulduğu bildirilib.

Ölkəmiz Neytrallıq Universitetinin yaradılmasını dəstəkləyir

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Türkmənistanın BMT-nin himayəsi altında Neytrallıq Universitetinin yaradılması ilə bağlı təşəbbüsünü də yüksək qiymətləndirir və universitetin işində fəal iştirak etməyə hazırdır. Qeyd olunub ki, Azərbaycan və Türkmənistan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının fəal üzvləridir və hər iki ölkə Hərəkatın dialoq və həmrəylik prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Azərbaycan-Türkmənistan əlaqələrinə toxunan Baş nazir iki ölkə arasında dərin tarixi köklərə, mənəvi və mədəni dəyərlərə söykənən ənənəvi dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib. Dövlətlərarası münasibətlərin son illərdə dinamik inkişaf yolu keçdiyi diqqətə çatdırılıb. Bildirilib ki, iki ölkə liderləri arasında son dövrdə baş tutmuş qarşılıqlı səfərlər və görüşlər ikitərəfli münasibətlərdə yeni səhifə açıb, onları strateji tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəsinə yüksəldib. Bu kontekstdə cari ilin avqust ayında Azərbaycan Prezidenti İlham Əliyevin  Türkmənistana işgüzar səfərinin önəmi xüsusi qeyd edilib. Səfər çərçivəsində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında keçirilən yüksəksəviyyəli görüşün regional əməkdaşlığın genişləndirilməsi və çoxşaxəli qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün mühüm platformaya çevrildiyi diqqətə çatdırılıb.

Həmçinin iyul ayında Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərinin, səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərini ziyarət etməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, cari ilin oktyabr ayında Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində Füzulidə təməli qoyulan məscidin inşası ilə bağlı təşəbbüsə görə Türkmənistan tərəfinə minnətdarlıq ifadə olunub.

Ə.Əsədov Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlər barədə də bəhs edib. Bu baxımdan,  Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı qismində qəbul edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd edək ki, Baş nazir Əli Əsədov Aşqabadda Neytrallıq Abidəsinin önünə gül dəstəsi qoyub. Baş nazir ölkəmizin Türkmənistandakı səfirliyinə də gedərək Ümummilli Lider Heydər Əliyevin buradakı büstü önünə gül dəstəsi düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad edib. 

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Dekabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see657

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see467

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see329

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see326

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see325

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see312

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see295

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see277

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see267

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see251

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see242

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see236

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see229

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see229

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see225

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see209

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see206

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see202

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see196

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri