Icma.az
close
up
RU
Asqırmaq haqda maraqlı faktlar...

Asqırmaq haqda maraqlı faktlar...

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Asqırmaq - insan orqanizminin qıcıqlandırıcı maddələr və allergenlərə qarşı olan qoruyucu reaksiyasıdır.

Bu qoruyucu refleks, insan və heyvanlara aiddir. Asqırmaq, həmçinin bir sıra respirator və allergik xəstəliklərin əlamətləri ola bilər. Bu məqaləmizdə sizə, insan niyə asqırır, asqırmağın mexanizmi və asqırmaq haqda bir sıra maraqlı faktları təqdim edirik:

1. Asqırmağa ən çox səbəb olan əlamətlər;

- Müxtəlif allergenlər: bir çox insanlarda allergiya yaradan bitkilərin tozcuqları, adi toz, kəpək, müxtəlif heyvanların tükləri və s.

- Kəskin qoxu: tütün tüstüsü, aerozollar, parfümeriya məhsulları, yuyucu və təmizləyici  vasitələr, çirkli hava və s.

- Burunda  poliplər.

- Ətraf mühitdə temperaturun kəskin dəyişməsi.

- Bəzi hallarda fiziki yüklənmə hallarında,  hiperventilyasiya (intensiv nəfəsalma) zamanı burun yolu və ağız quruduqda.

- Gözlərin parlaq işıqdan qıcıqlanmas( əsasən günəş işığından)

- Soyuq havalarda, asqırmaq adətən soyuqdəymə və ya yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri zamanı.

- Həmçinin hamiləlik zamanı baş verir ki, buna səbəb  hormonal dəyişikliklərdir.

2. Asqırmanın mərkəzi - uzunsov beyin sayılır. Uzunsov beyin həmçinin, öskürmə, qusma, göz yaşının ifraz olunması və göz qırpması kimi müdafiə reflekslərinin mərkəzidir. Beyinin bu hissəsi zədələndikdə, bu refleksləri itirmək mümkündür.

3. Asqırmaq, anadangəlmə refleks olduğuna görə, başladıqda onu dayandırmaq mümkün deyil. Proses qeyri ixtiyari başlayıb, heç bir kontrola tabe olmur.

4. Asqırmanı saxlmaq ziyandır. Burunu sıxıb, ağzınızı bağlayaraq, asqırmanı saxladıqda, siz, qulaq pərdəsini  zədələmə təhlükəsi yaradırsınız. Çünki təzyiq burun- udlaqla orta qulağı birləşdirən, Evstaxiev borusuna yönlənir. Bu prosesi saxladıqda, qan damarlarının partlaması, burundan qan axma, baş ağrısı, bəzi hallarda görmə qabiliyyətini itirmə kimi hallara rast gəlinir. Bundan əlavə asqırma zamanı orqanizm mikrob və allergenlərdən azad olur.

5. Yuxuda asqırmamağımızın səbəbi odur ki, asqırmağa cavab verən sinirlər də bu zaman istirahət edir.

6. Asqırma zamanı nə baş verir? İlk olaraq, qıcıqlanma baş verir, dərin nəfəs alınır, ciyərlər hava ilə dolur, asqırma zamanı gözlər və səs bağları qapanır, qabırğarası əzələlər, diafraqma, udlaq əzələləri  və qarın əzələləri yığılır,döşdaxili təzyiq kəski n artır və nəhayət səs bağları açılaraq, burun- udlağın açılması ilə kəskin nəfəs vermə baş verir.

7. Asqırma zamanı havaya 100000 mikroorqanizm atılır. İnsan asqırdıqda burun və ağzını tutmadıqda ətrafında olan 150 insana bakteriya ötürə bilər.

8. Sonda isə bu təbii bir refleks olduğuna görə, aydın olur ki nahaq yerə baş vermir. Bu proses orqanizmi qoruyur və immun prosesin əsasını təşkil edir. Asqırmaq, yuxarı  tənəffüs yollarından bakteriyalar və yad cisimlərin qovulmasını təmin edərək, sağlamlığımızı qoruyur.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri