Icma.az
close
up
RU
Astanada Qazaxıstanın COP29 iqlim sammitində iştirakının nəticələrinə yekun vurulub

Astanada Qazaxıstanın COP29 iqlim sammitində iştirakının nəticələrinə yekun vurulub

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bakıda keçirilən COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin müzakirəsi və birgə həllərin işlənib hazırlanması üçün mühüm platformaya çevrilib”. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri Mərkəzinin İdarə Heyətinin sədr müavini Bekejan Jakeyev bildirib.Astanada “BMT-nin əsas iqlim sammitinin nəticələri - COP29” mövzusunda keçirilən mətbuat konfransında o, Qazaxıstanın konfransda fəal iştirak etdiyini bildirib. Ölkə iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişafa keçid sahəsində öz təşəbbüslərini və nailiyyətlərini təqdim edib.“COP29-un hazırlanması və keçirilməsi çərçivəsində Beynəlxalq Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri Mərkəzi “Qazaxıstan” pavilyonunun işini əlaqələndirib və onun informasiya məzmununu təmin edib. O, iqlim gündəliyinin əsas aspektləri üzrə bir sıra tədbirlər, təqdimatlar və müzakirələrin keçirilməsi üçün platformaya çevrilib”, - deyə o bildirib.Bekejan Jakeyev qeyd edib ki, pavilyonda Qazaxıstan iqtisadiyyatının karbonsuzlaşdırılması sahəsində təşəbbüslər, o cümlədən bərpaolunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması, sənayenin modernləşdirilməsi və 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq planları təqdim olunub.Qazaxıstan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Siyasəti Departamentinin iqlim dəyişikliyinə uyğunlaşma şöbəsinin müdiri Şattık Tastemirova bildirib ki, “Qazaxıstan” pavilyonunda beynəlxalq tərəfdaşların iştirakı ilə 33 tematik sessiya keçirilib.O, vurğulayıb ki, COP29-un nəticələrinə əsasən, 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard dollar vəsait ayrılması qərara alınıb.Mətbuat konfransında çıxış edənlər COP29-da iştirakla bağlı təcrübələrindən danışıblar. Onlar Qazaxıstanın təqdim etdiyi təşəbbüsləri bölüşüb, beynəlxalq tərəfdaşlarla fəal qarşılıqlı əlaqəni və milli pavilyonda tematik tədbirlərin təşkilini vurğulayıblar.Qeyd edək ki, Beynəlxalq Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri Mərkəzi Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan təşkilat olmaqla, Qazaxıstanda “yaşıl” layihələrin inkişafı üçün uzunmüddətli bazanın formalaşdırılması üzərində fəal işləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Noyabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see242

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see143

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see131

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see123

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see121

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see121

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see119

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see119

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri