Astarada 43 yaşlı şəxs 62 kq narkotiklə saxlanılıb
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astara rayonunda əməliyyat keçirilib.
Reyting.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir. Astara rayonunda keçirilən əməliyyat zamanı əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 43 yaşlı Anar Novruzov və onunla əlbir olan 39 yaşlı Taleh Məmmədov tutulublar.
Saxlanılan şəxslərdən ümumilikdə 62 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb. Onlar ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisində gizlədilən yerdən götürdüklərini və maddi gəlir qazanmaq üçün ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdıqlarını etiraf ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Astarada 46 yaşlı şəxs 23 kq narkotiklə tutulub
12 İyun 2025 16:53
Astarada 62 yaşlı kişi dənizdə boğularaq ölüb FOTO
07 Avqust 2025 14:10
62 kq narkotiklə tutuldular
28 Yanvar 2025 13:29
Astarada əməliyyat 48 yaşlı şəxs 55 kq narrkotiklə tutulub
09 Oktyabr 2025 17:23
Astarada 21 yaşlı şəxs 66 yaşlı kişini öldürüb
18 Avqust 2025 12:59
Baxış sayı:93
Bu xəbər 27 Noyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















