Astarada 62 yaşlı kişi dənizdə boğularaq ölüb FOTO
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astara rayon sakini dənizdə boğulub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Astara rayon Şahağac kənd sakini 1963-cü il təvəllüdlü Xanoğlan Museyib oğlu Əsədullayev günorta saatlarında çimmək üçün evlərinin yanındakı çimərliyə gedib.
Bir az dərinə üzən X.Əsədullayev dənizdə boğularaq ölüb. Ətrafdakıların köməyi ilə o, batdığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə aparılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Astarada 72 yaşlı kişi dənizdə boğularaq ölüb
24 Avqust 2025 21:24
Astarada tələbə dənizdə boğularaq ölüb YENİLƏNİB
02 İyun 2025 19:16
Astarada balıqçı dənizdə boğularaq öldü
07 Avqust 2025 15:36
Astarada 15 yaşlı yeniyetmə su anbarında boğularaq ölüb
03 İyul 2025 21:10
Astarada kişi küçədə ölüb
10 Yanvar 2025 08:54

