Icma.az
close
up
RU
Astarada arvadını yataq otağından qovan kişi cərimə olundu TƏFƏRRÜAT

Astarada arvadını yataq otağından qovan kişi cərimə olundu TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Astara rayonunda 1984-cü il təvəllüdlü Nuru ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Könülə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 30 dekabr 2024-cü ildə Astara rayonunun kəndlərindən birində baş verib. Nuru həmin gün səhər saat 7 radələrində birgə yaşadıqları evdə həyat yoldaşı ilə arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı onun sağ göz nahiyəsinə bir dəfə yumruqla zərbə vurub. Ona xəsarətlər yetirib. 
Hadisəni törədən Nurunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nuru ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, ara-bir spirtli içki qəbul edir, buna görə də həyat yoldaşı ilə aralarında narazılıq yaranır: “Hadisədən bir gün əvvəl, axşam saat 22 radələrində evdə spirtli içki qəbul etdim. Arvadıma “musiqiyə qulaq asmaq istəyirəm” dedim. Arvadım da yataq otağından çıxdı. Ertəsi gün, səhər saat 7 radələrində arvadım yatdığı otağa daxil oldu. Ona “niyə özbaşına yataq otağına daxil olmusan” deyə arvadımdan soruşdum. O, isə “bu otaq bizim ümumi yataq otağımızdır, haraya gedim” deyə cavab verdi. Bu səbəbdən də aramızda baş verən mübahisə zamanı bir dəfə onun üz nahiyəsindən zərbə vurdum”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Könülün sözlərinə görə, həyat yoldaşı Nuru heç bir yerdə işləmir, spirtli içki aludəçisidir, buna görə də ailədə tez-tez narazılıq yaranır, mübahisələri olur: “Sonuncu dəfə dekabrın 29-da, axşam saat 22 radələrində Nuru evdə spirtli içki qəbul etdi, yataq otağından məni qovdu, musiqiyə qulaq asmaq istədiyini, yataq otağından evin digər otağına keçərək orada yatmağımı bildirdi. Ertəsi gün, səhər saat 7 radələrində Nurunun yatdığı otağa daxil olaraq paltarlarımı götürəndə məni gördü. Mənə niyə yataq otağıma özbaşına daxil olmağımı soruşdu. Bu otaq bizim ümumi yataq otağımız olduğu cavabını verdim. Bu dediklərim Nurunun xoşuna gəlmədi. Bu səbəbdən də aramızda baş verən mübahisə zamanı Nuru yumruqla üz  nahiyəmdən bir dəfə zərbə vurdu”.
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nuru 1000 manat miqdarında cərimə cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Aprel 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri