Astarada DƏHŞƏT Qızını təhqir edən şəxsi məscidin önündə bıçaqladı
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astara Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Ceyhun Zəkiyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media “pravda.az”, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 23 may 2025-ci il tarixdə, saat 16:08 radələrində Astara şəhərində yerləşən “Giləkəran” məscidinin qarşısında qeydə alınıb.
Belə ki, Ceyhun Zəkiyev tanışı, zərərçəkmiş Azad Quliyevlə (soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin onun qızının ünvanına nalayiq ifadələr işlətməsi olub. Bu zaman təqsirləndirilən şəxs Azadı söyüb, turist bıçağı ilə onun sol əlinə zərbə vurub. Sonra zərərçəkmiş şəxs məscidin həyətinə girib, qapını içəridən bağlayıb.
Hadisədən təxminən 20 dəqiqə keçdikdən sonra Ceyhun yenidən məscidin qarşısına gəlib, həmin bıçaqla Azada bir neçə dəfə zərbə vuraraq ona yüngül dərəcəli bədən xəsarətləri yetirib. Daha sonra Ceyhun Zəkiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 29 Avqust 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















