Icma.az
close
up
RU
Bakıda DƏHŞƏT! Ata qızını...

Bakıda DƏHŞƏT! Ata qızını...

Icma.az, News24 portalına istinadən məlumat verir.

Bakıda ata qızına qarşı seksual hərəkətlər edib.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilib.

Belə ki, Qabil Əliyev (ad şərtidir) 1981-ci ildə Gəncə şəhərində dünyaya gəlib.  Göygöl rayonu, Üçtəpə kəndində qeydiyyatda olub. Lakin işlə əlaqədar ailəsi ilə birlikdə Bakı şəhərində kirayə mənzildə yaşayıblar. 2021-ci ilin yanvar ayından 2024-cü ilin mart ayına qədər 17 yaşlı qızı Lamiyə Əliyevaya (ad şərtidir) qarşı seksual hərəkətlər edib. Bu hadisələr Lamiyənin 13 yaşı olduğu zaman başlayıb. Arvadı Gülçin Əliyevanın (ad şərtidir) evdə olmadığı vaxtlardan istifadə edərək, Qabil cinsi ehtirasını ödəmək üçün qızından istifadə edib.

Qabil Əliyev Azərbaycan Respublikası CM-nin 150.3.3-cü (14 yaşına çatmayan şəxsə qarşı seksual hərəkət) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Qabil Əliyev özünü təqsirli bilməyib. İfadəsində göstərib:

“Qızım mənə böhtan atır. Böhtan atmağa da onu əmisi, yəni qardaşım vadar edib. Həm də qızım cavan oğlanlarla əlaqə saxladığı və ərə getmək istədiyi üçün onu 2 dəfə döymüşəm. Buna görə məndən heyf çıxır”.

Məhkəmə iclasında zərərçəkmiş Lamiyə Əliyeva ifadə verib:

“Atamın bu addımı ilk dəfə 2021-ci ildə olub. O zaman mənim 13 yaşım vardı. Anam səhər 5-6 arası durub işə getdi. Atam otağıma gələrək əlini bədənimə toxundurub sığallamağa başladı. Ona olmaz belə şey dedim. Bu sözdən sonra mənə əsəbiləşib otaqdan çıxıb getdi. 14 yaşım olandan sonra yenə eyni qaydada atam gəlib mənə seksual hərəkətlər etmək istədi. Amma icazə vermədiyim üçün məqsədinə nail ola bilmirdi.

2022-ci ilin avqust ayında atam otağıma gələrək mənə mobil telefon hədiyyə edəcəyini, əvəzində isə onun istəyini yerinə yetirməyimi dedi. Yenə razı olmadım. 2024-cü ildə yenə otağıma gəlib bu dəfə döyərək istəyini yerinə yetirməyə başladı. Həmin il balaca qardaşım öldüyü üçün atam bir gün otağıma gəldi. Dedi ki, baxıcıya gedib və ona bəd-nəzərin götürülməsi üçün mənim bədənimdən öpülməsi bildirilib. Buna razı olmasam da, atam məni döyərək məcbur etdi. Bədənimdən öpməyə, sığallamağa başladı.

Bir gün telefonda mənim başıma gələn hadisənin başqa qızın da yaşadığını gördüm. Həmin qız atasını ifşa etmək üçün səs yazısını qeydə alıb. Mən də eyni onun kimi etdim. Atamın mənimlə birlikdə olmaq istədiyini dediyi zaman səsini yazdım. Daha sonra polisə şikayət etdim.  O, düzgün ifadə vermir. Əmim atama qarşı ifadə verməyim üçün heç bir təzyiq etməyib”.

Məhkəmə iclasında şahid qismində dindirilən Lamiyə Əliyevanın anası Gülçin Əliyeva deyir ki, ərinin qızına qarşı etdiyi hərəkətlərdən məlumatı olmayıb:

“JEK-də xadimə işlədiyim üçün səhər saat 5-dən ərazini yığışdırmağa gedirəm. Ərim və uşaqlarım isə evdə qalırdı. 2024-cü ilin mart ayında axşam vaxtı polis əməkdaşları məni və ərimi bölməyə dəvət etdikdən sonra hadisədən xəbərim olub. Qızıma inanıram, ərimə isə layiqli cəza verilməsini tələb edirəm”.

Məhkəmədə səs yazılar olan disk tədqiq edilib. Səs yazılarında olan məlumatla Qabil Əliyevin törətdiyi cinayət təsdiqini tapıb. Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Qabil Əliyev 17 il müddətində azadlıqdan məhrum edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:369
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 Yanvar 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri