Icma.az
close
up
RU
Astarada kivi yığımı davam edir Fermerlər son illərin ən yüksək məhsulunu əldə ediblər

Astarada kivi yığımı davam edir Fermerlər son illərin ən yüksək məhsulunu əldə ediblər

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Astara, 5 noyabr, İlkin Adıyev, AZƏRTAC

Astara rayonunda kivi bağlarında bu il məhsul bolluğu müşahidə olunur. Fermerlərin sözlərinə görə, 2025-ci il mövsümü əvvəlki illərlə müqayisədə daha məhsuldar keçib və bağlarda son illərin ən bol kivisi yetişdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yüksək məhsuldarlığın əldə edilməsində hava şəraitinin əlverişli keçməsi və aqrotexniki qulluq işlərinin vaxtında aparılması mühüm rol oynayıb.

Fermer Rəşad Həsənov bildirib ki, bu il məhsulun əsas hissəsi yerli bazarlara çıxarılır. Lakin ötən illə müqayisədə bazarlarda alıcı sayının az olması qiymətlərə bir qədər təsir göstərib. “Bu il bağlarımızda bol məhsul yetişib. Amma bazarda alıcı nisbətən azdır. Məhsul çox olanda, təbii ki, qiymətlər də aşağı düşür. Bununla belə, ümid edirik ki, yaxın günlərdə bazarda canlanma olacaq və məhsulumuzu daha sərfəli qiymətə sata biləcəyik”, – deyə fermer vurğulayıb.

Rəşad Həsənov əlavə edib ki, kivi bağlarına göstərilən diqqət, torpağın düzgün becərilməsi, xəstəliklərə qarşı mübarizə və müasir suvarma sistemlərinin tətbiqi də məhsuldarlığın artmasında əsas amillərdən olub. Onun sözlərinə görə, Astaranın torpaq-iqlim şəraiti kivi yetişdirilməsi üçün çox münasibdir və əgər satış bazarları genişlənərsə, gələcək illərdə daha böyük nəticələr əldə etmək mümkündür.

Hazırda rayonun bir çox kəndlərində – Siyəkü, Şahağacı, Pensər və digər ərazilərdə kivi yığımı davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri