Icma.az
close
up
RU
Astarada naringi yığımı davam edir: məhsuldarlıq yüksək, qiymətlər isə münasibdir

Astarada naringi yığımı davam edir: məhsuldarlıq yüksək, qiymətlər isə münasibdir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Astara, 14 noyabr, İlkin Adıyev, AZƏRTAC

Astara rayonunda sitrus bağlarında naringi yığımı davam edir. Hazırda məhsul yığımı rayonun təxminən otuza yaxın kəndində, daha çox dağətəyi ərazilərdə aparılır. Bu zonalar iqlim şəraiti baxımından naringi üçün daha əlverişli hesab olunur.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, mövsümün ilk günlərində 2 manata satılan naringinin qiyməti hazırda təxminən 1 manat civarında dəyişir. Fermerlər bunu məhsul bolluğu ilə əlaqələndirirlər. Onların sözlərinə görə, bu günə qədər yalnız “karli” sortundan 2000 tondan çox məhsul yığılıb və yığım davam etdikcə bu rəqəmin daha da yüksələcəyi gözlənilir.

Fermerlər bildirirlər ki, bu il məhsuldarlıq ötən illərlə müqayisədə çoxdur. Onlar bunu həm hava şəraitinin əlverişli keçməsi, həm də vaxtında görülən aqrotexniki tədbirlərlə izah edirlər. Yaxşı gübrələmə, suvarma, xəstəlik və zərərvericilərə qarşı aparılan mübarizə tədbirləri nəticənin uğurlu olmasına səbəb olub.

Bağ sahibi Qılman Kazımov da builki məhsuldarlıqdan razıdır. Onun sözlərinə görə, məhsul bol olduğuna görə, qiymətlərdə enmə müşahidə edilir.

“Təxminən 20 gündür tez yetişən "karli" sortunun yığımını aparırıq. Məhsullarımızı təkcə yerli bazara deyil, eyni zamanda, xarici bazarlara da tədarük edirik. Bu il məhsul kifayət qədər bol oldu, əziyyətimiz də, xərclərimiz də hədər getmədi”, - deyə o bildirib.

Fermer öz bağında yığılan naringilərin daha uzun müddət qalması üçün saxlanc yeri də inşa edib. Bu üsul həm məhsul itkisini minimuma endirir, həm də fermerlərə gəlirlərini tənzimləmək imkanı verir: "Həyətimdə sitrus meyvələrini saxlamaq üçün saxlanc yeri düzəltmişəm. Məhsullarımızı orada rahat şəkildə saxlayırıq. Belə anbarlar həm meyvəni xarab olmaqdan qoruyur, həm də bazarda qiymətlər sabitləşəndə məhsulu daha əlverişli qiymətə çıxarmağa şərait yaradır”.

Qeyd edək ki, bir neçə gündür bağlarda “yerli” və “elit” sort naringilərin yığımına da başlanılıb. Bu isə o deməkdir ki, bölgədə sitrus mövsümünün ən məhsuldar və eyni zamanda ən gəlirli dövrünə qədəm qoyulub. Yığımın növbəti həftələrdə daha intensiv şəkildə davam edəcəyi, məhsul bolluğunun isə həm daxili bazara, həm də ixraca müsbət təsir göstərəcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri