Icma.az
close
up
RU
“Aston Martin” Ferstappenə milyardlıq müqavilə təklif edib?

“Aston Martin” Ferstappenə milyardlıq müqavilə təklif edib?

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Formula-1” üzrə dünya çempionatının son mövsümündə ardıcıl 4-cü çempionluğu bayram edən Maks Ferstappen “Aston Martin”in ona dəyəri 1 milyard funt sterlinq olan uzunmüddətli müqavilə təklif etməsi ilə bağlı şayiələrə münasibət bildirib.

"Football-plus.az" xəbər verir ki, 2016-cı ildən “Red Bull”un şərəfini qoruyan niderlandlı pilot belə deyib:

“Böyük puldu. Düzünü desəm, mən bu haqda yalnız mətbuatda oxumuşam”.


27 yaşlı niderlandlı bildirib ki, həqiqətən “Aston Martin”lə təmas qurub, ancaq bu komandanın heyətində mümkün çıxışla bağlı yox:

“Aston Martin”lə bu il yeganə təmasım GT3 ilə bağlı olub. Özüm pilotluq etməyəcəm. Bu il öz komandamı yaratmağı planlaşdırıram, odu ki, əlbəttə, bəzi məsələləri müzakirə etmək lazım idi”.


Ferstappen dünya çempionatının yeni mövsümü ilə bağlı gözləntilərini də bölüşüb:

“Mersedes”, “Ferrari”, “Maklaren” və “Red Bull”u bərabər dərəcədə fəxri kürsü və qələbələr uğrunda mübarizə aparacaq dörd komanda saymaq olarmı? İndi bu suala cavab vermək mümkünsüzdü. Mən hələ ki bolidin sükanı arxasına keçməmişəm, başqa maşınları da görməmişəm, bu üzdən yalnız gümanlar irəli sürə bilərəm. Düzünə qalsa, indi bu haqda düşünmək boşuna vaxt itkisidi”.


“Aston Martin”in icraçı direktoru və rəhbəri Endi Kouell komandasının Ferstappenə maraq göstərməsi ilə bağlı sualı cavablamaq istəməyib:

“Pilotlar baxımından bəxtimiz gətirib. Lens Stroll və Fernando Alonso çox təcrübəli pilotlardı, onlarla uzunmüddətli müqaviləmiz var. İndi komandanın əsas vəzifəsi sürətli maşın qurmaqdı, ötən il bunu bacarmadıq. Əminəm ki, rəqabətədavamlı maşın təqdim edəcəyimiz təqdirdə Stroll və Alonso uğura nail ola biləcək”.


“Red Bull”un rəhbəri Kristian Horner də Ferstappenə milyardlıq müqavilə təklif olunmasıyla bağlı xəbərlərə münasibət bildirib:

“Qulas asın, hər birinizin qış dövründə xəbər lentini doldurmaq istəyinizi anlayıram. Ancaq bir milyard funt sterlinq hədsiz böyük məbləğdi. Başqa komandaların maliyyə durumunu şərh edə bilmərəm. Ancaq fikrimcə, “Red Bull” dünya çempionatının başqa iştirakçıları ilə müqayisədə maliyyə baxımından daha yaxşı vəziyyətdədi. Artıq dedim ki, Maksın bütün komanda üzvləri ilə münasibətləri yaxşıdı. Vəzifəmiz rəqabətədavamlı maşın qurmaq və Ferstappenə son 10 ildə nail olduğu yüksək nəticələri göstərmək üçün platforma qazandırmaqdı”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Fevral 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri