Yeni arenada qolsuz siftə
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqasının IX turunun son matçında “Sabah” “Qarabağ”la üz-üzə gəldi. Mərdəkanda baş tutan görüş qolsuz başa çatdı.
“Sabah” yeni məkanı – “Sabah Arena”da siftəni bir xalla etdi. Qeyd edək ki, “bayquşlar” bundan sonra ev oyunlarını məhz burada keçirəcək.
Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə ağır oyundan sonra bu matçda rotasiyalara əl atacağı gözlənilən Valdas Dambrauskas düşünülənin əksini etdi. Əsas heyətlə meydana çıxan “futuristlər” ilk hissəni üstün tərəf kimi keçirdi. “Sabah” erkən qol vursa da, epizod ofsayd səbəbiylə qeydə alınmadı. Bundan sonra da daha çox hücum edən meydan sahibləri rəqib müdafiəsini yarmaqda çətinlik çəkdi.
Görüşün ikinci hissəsi isə başa-baş keçdi. Bəzi anlarda “Sabah”, bəzilərində isə “Qarabağ” üstün oynadı. Nəticə meydanda sərgilənən futbola uyğun oldu.
0:0 hesabı tərəfləri məmnun etməlidir. Nə meydan sahibləri, nə də qonaqlar çox güc sərf etmədən razı qalaacaqları nəticəni qazandı.
“Sabah” məğlubiyyətsiz yoluna davam edir. Sıx qrafikdən üzüağ çıxan “bayquşlar” turnir cədvəlinin zirvəsindəki yerini qorudu.
“Qarabağ” isə əvvəlki formasına qayıtmaq üzrədir. Müdafiədə etibarlı oynayan, cinahlardan hücumlarda effekt yarada bilən “atlılar” son iki matçdır, pozitiv siqnallar verməkdədir.
“Dördlüy”ün bir xal qazandığı turda tablonun zirvəsindəki vəziyyət dəyişmədi.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 26 Oktyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















