Icma.az
close
up
RU
Ata, oğul, qız və gəlin eyni məktəbdə müəllim işləyir 52 ildir şagird yetişdirir

Ata, oğul, qız və gəlin eyni məktəbdə müəllim işləyir 52 ildir şagird yetişdirir

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Yarım əsirdir müəllimlik edən, yüzlərlə şagirdin həyatına toxunan 72 yaşlı müəllim Sabri Murat, özü kimi müəllim olan qızı, oğlu və gəlinilə eyni məktəbdə çalışır.

Sherg.az xəbər verir ki, Türkiyənin bir çox bölgəsində Türk dili müəllimi olaraq çalışan 72 yaşlı Murat, düz 52 ildir ki, şagirdlərini ilk günkü həyəcanla yetişdirir.

Təhsil sahəsində həm də idarəçi olaraq yüzlərlə şagirdə təsir göstərən Muratın oğlu, qızı və gəlininin də müəllimlik peşəsini seçdiyi bildirilir.

Murat hazırda yarım əsri aşan müəllimlik həyatında oğlu, gəlin və qızı ilə eyni məktəbdə çalışır.

1953-cü ildə altı uşaqlı bir ailədə - fermer ananın və sürücü atanın övladı olaraq dünyaya gələn Murat, Elazığda bir kənd məktəbində təhsil həyatına başlayıb. O, dərs keçdiyi sinifdə keçmişindən danışaraq deyib:

“Kənd məktəbində oxudum. Orta məktəb və liseyi Elazığda oxudum, evimiz olmadığı üçün qohumlarımızın yanında qaldım. Orta məktəb və lisey illərində heç vaxt nahar yeməmişəm.”

“Qohumların evinə gedəndə ac olub-olmadığımı soruşurdular, amma utanıb ‘ac deyiləm’ deyirdim. Axşam onların uşaqları gələndə birlikdə yemək yeyirdik. Bu şəkildə 6 il keçdi.”

Atatürk Universitetinin Ədəbiyyat Fakültəsinin Türk dili və ədəbiyyatı ixtisasını qazanan Sabri Murat 1974-cü ildə universiteti bitirib və o vaxtdan bəri müəllimlik edir.

Universitetdən sonra Türk dili müəllimi kimi işləməyə başlayan Muratın ilk təyinatı Elazığ Atatürk Liseyinə olub. 1980-ci il çevrilişi zamanı da Elazığda olub. 1982-ci ildə təyinatı Sinop şəhərinə çıxıb, orada 2 ay müəllimlik etdikdən sonra dərs kurslarında çalışıb.

Elazığ, Diyarbakır, Malatya, Adana və İstanbulda müəllimlik edən Murat, hazırda İstanbul Ataşəhərdəki özəl bir liseydə dərs deyir. O bildirir:

“Yaşıma baxmayaraq gündə 8 saat dərsə girib aslanlar kimi dərsimi izah edirəm. Fiziki cəhətdən çətin ola bilər, amma ruhən güclüyəm. Şagirdlərlə motivasiya məşğələləri edirəm, valideynlərlə görüşürəm. Valideyn olmağı öyrətmirəm, amma təcrübəmi danışıram.”

Murat uğurlu müəllimin xüsusiyyətlərini belə açıqlayır:

“Davranışınız, yerişiniz, danışığınız, liderliyinizlə müəllim rolunu ən yaxşı şəkildə icra etməlisiniz. Məncə müəllim önəmlidir, amma ondan əvvəl dəyərlidir. Müəllim dəyərlidirsə, şagirdinə də onun dəyərli olduğunu hiss etdirir.”

Murat övladları ilə eyni məktəbdə işləməsi barədə belə deyib:

“Oğlum və gəlinim mənim kimi Türk dili müəllimidir. Qızım isə ibtidai sinif müəllimidir. Heç vaxt onlara ‘mütləq müəllim olun’ deməmişəm. Nümunə olsanız, sizi izləyərlər.”

“Mən 50 dəfə dünyaya gəlsəm yenə müəllim olaram. Çünki mən müəllimliklə insanlığı öyrəndim. Başqa peşələrə hörmətim böyükdür, amma hər kəsin bir müəllimə ehtiyacı var. Müəllimsiz və rəhbərsiz yol getmək çətindir.”

“Övladlarım bu peşəni özləri seçdi. Amma mənim nümunə olmağımın təsiri ola bilər.”

Murat deyir:

“Bizim malımız-mülkümüz yoxdur. Ən böyük sərmayəmiz şagirdlərimizdir.”

Onun sözlərinə görə, bu günədək ən azı 10 min nəfərə burs veriblər. Müəllim üçün əsas məqsəd və iradədir, maddiyyat deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Noyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri