Icma.az
close
up
RU
Şagird istirahətdə, müəllim məktəbdə?!

Şagird istirahətdə, müəllim məktəbdə?!

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kamran Əsədov: “Müəllim tətil zamanı işə çağırılmamalıdır”  



Orta məktəblərdə hazırda payız tətilidir. Və bu, son illərdəki ən uzun payız tətili hesab edilir. Tam 17 gün. Nazirlər Kabinetinin qərarı ilə orta məktəblərdə noyabrın 12-dən 22-dək  payız tətilidir.  Amma noyabrın 8-i Zəfər bayramı, 9-u Dövlət Bayrağı günü olduğundan və istirahət günləri ilə iş günlərinin yeri dəyişdiyindən məktəblər tətilə noyabrın 8-dən etibarən çıxdı. Altıgünlük iş həftəsi olan məktəblərdə dərslər noyabrın 23-ü, beşgünlük dərs həftəsi olan məktəblərdə isə noyabrın 25-i başlayacaq.  Deməli, şagirdlər tətildədir, istirahət edir. Bəs müəllimlər? Müəllimlər üçün payız tətili yalnız faktiki tədrisin olmamasıyla məhduddur. Bundan əlavə müəlimlərə heç bir güzəşt-filan da yoxdur. Müəllumlərdən tətil günlərində də məktəbə gəlmək tələb olunur. Məktəb rəhbərləri bildirir ki, “o qədər işiniz var, tətil günlərində gəlin, işinizi görün!” Bu iş də nədən ibarətdir, elektron jurnal yazmaqdan. KSQ, BSQ qiymətləri “düzməkdən” və ya “düzəltməkdən”. Yaxşı, müəllim bu işlərə 1-2, lap 3 gün sərf etsin. Bəs qalan günlər müəllim niyə məktəbə gəlməlidir? Bəzi ekspertlər hətta tələsik “tətil şagirdlər üçündür, müəllim üçün deyil”, tipli açıqlamalar da verir.  


ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, fəlsəfə doktoru Kamran Əsədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, tətillər müəllimlərin də zehni və fiziki istirahəti üçün vacibdir, müəllimləri tətil günlərində məktəbə gəlməyə məcbur etmək absurddur: 


 - Müəllimlər tədris ili boyunca həm tədrislə məşğuldur, həm də şagirdlərin inkişafı, onların tərbiyəsi və təhsili üçün davamlı olaraq düşünür və çalışırlar. Hər gün şagirdlərlə işləyən müəllim əslində böyük bir mənəvi yük daşıyır. Bu qədər məsuliyyətli işin öhdəsindən gələn müəllimlər tətil dövründə dincəlməyə və şəxsi ehtiyaclarını qarşılamağa ehtiyac duyurlar. Bu tətillər müəllimlərin də yalnız fiziki olaraq deyil, eyni zamanda zehni olaraq da yenilənməsi üçün əhəmiyyətlidir. Tədris ilində dərslərin sıx qrafiki və məsuliyyətlər, müəllimlərə şəxsi məsələlərini həll etməyə imkan vermir. Müəllim də insandır və onun da sosial həyatı var, olmalıdır. Heç olmasa tətildən istifadə edib tibbi yoxlanışdan keçərlər. Tətil dövründə sosial həyatlarına, ailə üzvlərinə vaxt ayırsınlar. Amma müəllimi tətil günlərində israrla məktəbə çağırmaq, onların bu imkanlarını əllərindən alır. Müəllimlər tətil vaxtı da dincəlmir. Bu isə müəllimin tətildən sonrakı tədris müddətinə yorğun, zehni istirahət etməmiş vəziyyətdə qayıtması deməkdir. Digər sahələrdə çalışan işçilərə müxtəlif zamanlarda məzuniyyət verilir və bu məzuniyyətlər hissə-hissə alına bilir. Lakin müəllimlər yalnız yayda toplu şəkildə məzuniyyət əldə edə bilir ki, bu da onların şəxsi planlamalarını çətinləşdirir. Qış və yaz tətili dövrlərində müəllimlərə də hissə-hissə məzuniyyət verilməsi qanunvericiliyə daxil edilsə, bu, onların iş həyatında daha rahat və balanslı bir vəziyyət yarada bilər. Müəllimlərin tətil dövrlərində işə çağırılmaması, onların şagirdlərə olan marağını və qayğısını daha da gücləndirə bilər, nəticədə tədris prosesi daha sağlam və səmərəli olar. Müəllimlərə bu tətil dövrlərində məktəbdən kənar qalmaq imkanı verilməli, onların dincəlmək hüququna hörmət edilməlidir. Bu, müəllimlərə əlavə motivasiya verərdi. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Noyabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see547

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see467

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see365

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see307

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see298

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see250

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see240

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see226

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see221

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see221

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see219

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see218

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see217

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see213

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see207

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see198

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see191

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see170

Vahid məktəbli forması: Dünyəvilik, nizam intizam, sosial bərabərlik TƏHLİL

11 Oktyabr 2026 17:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri