Icma.az
close
up
RU
“Atalanta”nın seriyası paytaxtda qırıldı!

“Atalanta”nın seriyası paytaxtda qırıldı!

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın son, yanvarın ilk günlərində A seriyasında keçirilən 18-ci və 19-cu turların oyunlarından sonra liderlər qrupunda vəziyyət dəyişdi.

"Football-plus.az" xəbər verir ki, “Atalanta”nın büdrəməsindən və “Yuventus” ilə oyununun təxirə salınmasından maksimum yararlanan “Napoli” liderliyi ələ aldı.
15-ci turdan vahid lider mövqeyində olan “Atalanta” qələbə seriyasını davam etdirə bilmədi. Bunu ehtimal etmək olardı: Can Pyero Qasperininin komandası mövsümü çox yaxşı keçirən “Latsio”nun qonağı oldu. Romalılar dekabrın 16-da keçirilən sonuncu ev oyununda “İnter”ə rüsvayçı məğlubiyyətdən (0:6) sonra azarkeşlərinin könlünüalmaq üçün əllərindən gələni etdilər. İlk dəqiqələrdən əhəmiyyətli üstünlüyə malik olan Marko Baroninin komandası erkən qola çox yaxın oldu. Lakin Karnesekki Kastelyanosun iki zərbəsinin qarşısını aldı, Genduzi isə topu dirəyə tuşladı. Ev sahibləri istəyinə hissənin ortalarında Dele-Başirunun dəqiq zərbəsi ilə çatdılar. Fasiləyə qədər hücumda, demək olar ki, heç nə ilə yadda qalmayan berqamolular ikinci hissədə özlərinə bənzədilər. Nəticəyə Qasperininin əvəzləmələrinin çox təsiri oldu. Kuadrado komandasının oyununu fəallaşdırdı. Ümumiyyətlə, matçın həlledici hissəsi qarşılıqlı hücumlar şəraitində keçdi. Qonaqların qol vurmaq şansı daha çox oldu və meydana 84-cü dəqiqədə çıxan Breşianini beqamoluları məğlubiyyətdən qurtardı.
Liderin əsas izləyicisi “Napoli”nin evdə “Venetsiya”dan maksimum xal alacağı gözlənilirdi. Amma qələbə cənublulara heç də asan başa gəlmədi. Lukaku 37-ci dəqiqədə penaltini boşa verdi. Onun zərbəsinin qarşısını alan Stankoviç daha bir neçə epizodda əla oynadı. Ancaq qonaq komanda çətin səfərdən əliboş döndü: meydana 70-ci dəqiqədə çıxan Raspadori sensasiyaya imkan vermədi. Antonio Kontenin komandası üçün Florensiyaya səfərin daha çətin kecəyəyini güman etmək olardı. Neapolluların bu mövsüm çox yaxşı nəticələr göstərən “Fiorentina”dan Kvaratsxeliya və Politano kimi aparıcı hücumameyilli oyunçularsız neçə xal alacağı maraq doğururdu. Cənublular ilk dəqiqələrdən oyuna hakim olmaqla rəqibi çox çətin vəziyyətə saldılar. Neres, Lukaku və Maktomineyin vurduğu qollar onlara inamlı qələbə qazandırdı. Ardıcıl 4-cü qələbə və “Atalanta”nın “Yuventus” ilə oyununun təxirə salınması “Napoli”nin vahid liderliyə yüksəlməsinə şərait yaratdı.
Əvvəlki turda “Montsa”ya qalib gəlməklə (2:1) 4 oyunluq heç-heçə seriyasına son qoyan “Yuventus” bu sindromdan heç cür qurtula bilmir. Turinlilər 18-ci turun ev oyununda “Fiorentina” ilə də “sülh”ə razılaşdılar - 2:2. Bu mövsüm çempionatda məğlub olmasa da, 11 dəfə heç-heçə edən “qoca sinyora” artıq liderlər qrupundan uzaq düşüb. Yeni lider “Napoli” indi Tyaqo Mottanın çalışdırdığı komandanı 12 xal qabaqlayır.
İtaliyanın digər nəhəngi də qeyri-sabit çıxışını davam etdirir. “Milan” 18-ci turun ev oyununda problemləri başdan aşan “Roma”dan bir xal ala bildi. 1:1 hesabı Paulu Fonsekanın baş məşqçi vəzifəsindəki son nəticəsi oldu. Bu posta yayda təyinat alan portuqaliyalının “Milan”dakı fəaliyyəti cəmi 6 ay çəkdi.
Paytaxtın eyniadlı komandası üçün növbəti tur daha uğurlu alındı. “Roma” derbidə əzəli rəqibi “Latsio”nu iki cavabsız qolla məğlub etdi. Bu da var ki, Klaudio Ranyerinin təyinatından sonra tədricən özünə gələn “canavarlar” ilk dövrəni 10-cu yerdə başa vurdular.
18-ci tur
Latsio – Atalanta 1:1
Dele-Başiru, 27 - Breşianini, 88. (48000)
Latsio: Provedel, Tavareş (Luka Pelleqrini, 63), Romanyoli, Xila, Maruşiç, Rovella, Genduzi, Zakkanyi (Dia, 70), Çauna (İsaksen, 63), Dele-Başiru, Kastelyanos (Kastrovilli, 63).
Atalanta: Karnesekki, Kolaşinats (Breşianini, 84), Hin (Kuadrado, 46), Cimşiti, Zappakosta (Kossunu, 46), Ederson, Bellanova, De Roon, De Ketelare (Zanyolo, 76), Paşaliç (Samarciç, 56), Lukman.
Napoli – Venetsiya 1:0
Raspadori, 79. (51199)
Napoli: Meret, Olivera (Spinatsola, 88), Juan Jezus, Rrahmani, Di Lorentso, Maktominey, Lobotka, Zambo Angissa (Raspadori, 70), Kvaratsxeliya (Politano, 75), Neres, Lukaku.
Kalyari – İnter 0:3
Bastoni, 53. Lautaro Martines, 71. Çalhanoğlu, 78-p. (16412)
İnter: Zommer, Dimarko (Auqusto, 73), De Vrey, Bissek, Bastoni, Dyumfris, Barella (Zyelinski, 63), Mxitaryan (Asllani, 80), Çalhanoğlu (Frattezi, 80), Lautaro Martines, M.Türam (Taremi, 79).
Yuventus – Fiorentina 2:2
K.Türam, 20; 48 – Ken, 38. Sottil, 87. (41188)
Yuventus: Di Qreqorio, Makkenni (Kambyaso, 63), Kalulu, Qatti (Facoli, 89), Savona, Lokatelli, Koopmeyners, K.Türam (Duqlas Luis, 89), Mbanqula (Yıldız, 63), Konseysao, D.Vlahoviç (Qonsales, 82).
Fiorentina: De Xea, Parizi (Qosens, 76), Ranyeri, Dodo, Komutso, Adli (Riçardson, 76), Kataldi (Mandraqora, 65), Sottil, Qudmundsson (Beltran, 59), Kolpani (İkone, 76), Ken.
Milan – Roma 1:1
Reynders, 16 - Dibala, 23. (74283)
Milan: Menyan, Ximenes, Tiav, Qabbya, Ernandes, Emerson, Reynders, Çukvueze (Abraham, 62), F.Terraçano (Bennaser, 62), Fofana, Morata (Kamarda, 86).
Roma: Svilar, Ndika, Hummels (Lorentso, Pelleqrini, 46), Mançini, Anxelinyo, Kone (Çelik, 46), Paredes, Salemakers (Əl-Şaaravi, 79), Pizilli, Dibala, Dovbik (Şomurodov, 86).
Bolonya – Verona 2:3
Dominges, 20; 58 – Sarr, 38. Tenqstedt, 45+2. Kastro, 88-öz qapısına. (26454)
Bolonya: Skorupski, Miranda, Lukumi, Beukema, Holm (De Silvestri, 89), Pobeqa, Fröyler, Dominges (Ndoy, 80), Odqor (Dallinqa, 89), Fabbian (Orsolini, 89), Kastro.
Empoli – Cenoa 1:2
Espozito, 74 – Badel, 46. Ekuban, 68. (12657)
Parma – Montsa 2:1
Ernani, 56-p. Valenti, 90+8 – Pedro Pereyra, 85. (17499)
Udineze – Torino 2:2
Ture, 41. Lukka, 49 – Adams, 53. Riççi, 69. (23082)
Komo – Leççe 2:0
Pas, 49. Kutrone, 79. (12000)
19-cu tur
Fiorentina – Napoli 0:3
Neres, 29. Lukaku, 54-p. Maktominey, 68. (21685)
Fiorentina: De Xea, Parizi (Qosens, 59), Ranyeri, Dodo, Komutso, Adli (Kataldi, 79), Mandraqora (Riçardson, 73), Sottil, Beltran (Kuame, 79), Moreno (Kolpani, 59), Ken.
Napoli: Meret, Olivera (Gilmor, 79), Juan Jezus, Rrahmani, Di Lorentso, Maktominey, Zambo Angissa, Lobotka (Raspadori, 89), Spinatsola (Matsokki, 86), Neres (Nqonq, 86), Lukaku (Simeone, 73).
Roma – Latsio 2:0
Lorentso Pelleqrini, 10. Salemakers, 18. (65042)
Roma: Svilar, Ndika, Hummels, Mançini, Anxelinyo, Kone, Paredes, Salemakers (Pizilli, 67), Lorentso Pelleqrini (Əl-Şaaravi, 67), Dibala (Baldantsi, 74), Dovbik (Şomurodov, 74).
Latsio: Provedel, Tavareş (Luka Pelleqrini, 89), Romanyoli, Xila, Maruşiç (Latsari, 79), Rovella, Genduzi, Zakkanyi (Noslin, 89), Dele-Başiru (Dia, 46), İsaksen (Çauna, 46), Kastelyanos.
Venetsiya – Empoli 1:1
Pohyanpalo, 5 – Espozito, 32. (10591)
Verona – Udineze 0:0
(23663)
Montsa – Kalyari 1:2
Kaprari, 6-p. – Zortea, 22. Pikkoli, 57. (10982)
Leççe – Cenoa 0:0
(26436)
Torino – Parma 0:0
(19744)
“Komo” – “Milan” və “Atalanta” – “Yuventus” oyunları yanvarın 14-nə, “İnter” – “Bolonya” oyunu isə yanvarın 15-nə təxirə salınıb.
1. Napoli 19 14 2 3 30-12 44
2. Atalanta 18 13 2 3 43-20 41
3. İnter 17 12 4 1 45-15 40
4. Latsio 19 11 2 6 33-27 35
5. Yuventus 18 7 11 0 30-15 32
6. Fiorentina 18 9 5 4 31-18 32
7. Bolonya 17 7 7 3 25-21 28
8. Milan 17 7 6 4 26-17 27
9. Udineze 19 7 4 8 23-28 25
10. Roma 19 6 5 8 26-24 23
11. Torino 19 5 6 8 19-24 21
12. Empoli 19 4 8 7 18-22 20
13. Cenoa 19 4 8 7 16-27 20
14. Parma 19 4 7 8 25-34 19
15. Verona 19 6 1 12 24-42 19
16. Komo 18 4 6 8 20-30 18
17. Leççe 19 4 5 10 11-31 17
18. Kalyari 19 4 5 10 18-32 17
19. Venetsiya 19 3 5 11 18-32 14
20. Montsa 19 1 7 11 17-27 10
Bombardirlər: Retegi (Atalanta), M.Türam (İnter) - 12, Ken (Fiorentina) - 11, Lukman (Atalanta) - 9.
Növbəti turun oyunları yanvarın 10-13-ü aralığında keçiriləcək: Latsio – Komo, Empoli – Leççe, Udineze - Atalanta, Torino - Yuventus, Milan – Kalyari, Cenoa – Parma, Venetsiya - İnter, Bolonya - Roma, Napoli – Verona, Montsa - Fiorentina.
Turun rəqəmi
11 – nəhayət, “Atalanta”nı dayandıran tapıldı. “Latsio” ilə heç-heçəyə razılaşan berqamoluların çempionatdakı 11 oyunluq qələbə seriyası qırıldı. Qeyd edək ki, bu seriya “Atalanta” üçün A seriyasında rekord göstəricidi.
Turun ulduzu
Kefren Türam (Yuventus) - hücumameyilli futbolçuların oyunu alınmayanda digər ampluada çıxış edənlər rəqib qapısında qol axtarmağa çalışırlar. Türam “Fiorentina” ilə matçda bu missiyanı üzərinə götürdü. Məhz dayaq yarımmüdafiəçisinin vurduğu iki qol “Yuventus”a xal qazandırdı. 23 yaşlı Kefrenin A seriyasında qol hesabını açdığını da qeyd edək.
Turun sitatı
Paulu Fonseka, “Milan”nin baş məşqçisi: “Qələbə üçün kifayət qədər imkanımız oldu. Sadəcə, şanslardan yararlana bilmədik. Yaxşı oynadıq, yüksək pressinq sayəsində topu rəqibdən adıq, ancaq qol imkanlarını boşa verdik. Doğrudu, mən “Milan”ı tərk edirəm. Həyat belədi. Vicdanım təmizdi, çünki mən bu komandada işlədiyim müddətdə əlimdən gələni etdim”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Yanvar 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva: Evinizə bolluq, bərəkət və ruzi dolu günlər arzulayıram

27 May 2026 01:19see184

Zehni və sinir sisteminizi necə gücləndirmək olar..?

26 May 2026 20:49see182

Tbilisidə Röya Ayxan coşğusu!

27 May 2026 03:20see179

Zelenski elan etdi: Müharibə bu tarixdə başa çatacaq!

26 May 2026 07:00see176

Yekun sənədi imzalayacağıq Mirzoyandan TRİPP AÇIQLAMASI

26 May 2026 23:17see167

Komandanı liqada saxladı: İstefaya göndərildi

26 May 2026 08:55see164

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

27 May 2026 09:46see163

Masada 3 ssenari var: Hansı ağır gələcək?

26 May 2026 19:36see162

Azərbaycanda Qurban bayramı qeyd olunur

27 May 2026 00:03see161

Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

27 May 2026 01:41see161

Yastığın yuxuya təsiri

26 May 2026 09:38see159

NASA hər ay Yerin peykinə pilotsuz gəmilər göndərəcək

27 May 2026 06:14see155

Aviabiletləri Azərbaycan dövlətini istəməyənlər bahalaşdırır AZAL la bağlı elə şeylər açıqlandı ki… KONKRET

27 May 2026 15:14see154

“Lill”in baş məşqçisi “Fənərbağça” ilə oyundan danışdı

27 May 2026 14:43see152

Belarusda işçilər “yoxa çıxır”...

26 May 2026 21:15see152

SEPAH Hörmüzdəki 25 gəmi ilə bağlı qərarını verdi

27 May 2026 01:08see150

ABŞ ordusu yenidən İranı vurdu

26 May 2026 05:45see150

Saul Alvares Kroufordla revanş döyüşü keçirmək istədiyini bildirib

26 May 2026 05:17see148

Nəriman milliyə dəvət olundu FOTO

27 May 2026 22:21see146

Azərbaycan liderinə təbriklər gəlməkdədir

27 May 2026 01:14see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri