Icma.az
close
up
RU
“Atalanta”nın qələbə seriyası 11ə çatdı!

“Atalanta”nın qələbə seriyası 11ə çatdı!

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

A seriyasında 17-ci turdan sonra liderlər qrupunda vəziyyət dəyişmədi. Həm “Atalanta”, həm də liderin əsas izləyicisi “Napoli” növbəti qələbəsini qazandı. Nəticədə bu komandalar arasındakı iki xal fərqi olduğu kimi qaldı.

15-ci turdan vahid liderliyi ələ alan “Atalanta” həftəiçi İtaliya kubokunun 1/8 final matçında “Çezena”nı 6:1 hesabıyla darmadağın etmişdi. Maraqlıdı ki, Can Pyero Qasperini B seriyası təmsilçisinə qarşı ev oyununda əksər aparıcı futbolçulardan yararlanmağı lazım bilmişdi. Berqamolular “Empoli” ilə matçda bir qədər çətinə düşsələr də, uğurlu oyunlar seriyasını davam etdirdilər - 3:2. Qasperininin komandası ölkə çempionatında ardıcıl 11-ci qələbəsini qazanmaqla öz rekordunu yenilədi.
Xatırladaq ki, “Atalanta” 2020-ci ilin fevralından iyuluna qədər ardıcıl 9 matçda xal itirməmişdi. Onu da qeyd edək ki, A seriyasının lideri bütün turnirlərdə keçirdiyi son 13 oyunda 12-ci qələbəsini qazandı. Qasperininin komandası oktyabrın 26-dan ötən müddətdə yalnız Çempionlar Liqasında (ÇL) “Real”a uduzub (2:3).
Liderin əsas izləyicisi “Napoli” üçün Genuyaya səfərinin asan keçməyəcəyi aydın idi. “Cenoa” mövsümə zəif start versə də, Patrik Vieyranın baş məşqçi təyin edilməsindən sonra nəticələr nisbətən yaxşılaşmışdı. Neapollular ilk hissədə daha yaxşı oyun sərgiləməklə fasiləyə iki topluq üstünlüklə yollandılar. Maraqlıdı ki, həm Zambo Angissa, həm də Rrahmani qapıya başı ilə yol tapdı. Amma ev sahibləri ikinci hissədə cənubluların işini xeyli çətinə saldılar. 51-ci dəqiqədə Pinamonti fərqi azaltmaqla komandasını ruhlandırdı. “Cenoa” bununla kifayətlənmyib rəqibi müdafiə olunmağa vadar etdi.
Sona yaxın 34 yaşlı məşhur hücumçu Balotellinin meydana çıxması qonaqların qapısı qarşısında gərginliyi daha da artırdı. Amma dirək və qapıçı Meretin bir neçə epizodda inamlı oyunu Antonio Kontenin komandasının Neapola maksimum nəticə ilə qayıtmasını təmin etdi. “Napoli” çempionatda son 5 oyunda 4-cü qələbə ilə liderlə xal fərqinin artmasına imkan vermədi.
Tur “Latsio” üçün də uğurlu alındı. Paytaxt komandası Leççedə eyniadlı rəqibindən 3 xalı 2:1 hesablı qələbə ilə aldı. Fasilə ərəfəsində Jilberin cərimə meydançasında qaydanı pozması ev sahiblərinə baha başa gəldi: müdafiəçi qırmızı vərəqə ilə meydanı tərk etdi, Kastelyanos isə penalti ilə hesabı açdı. Amma leççelilər azlıqda cavab qolunu vurmağı bacardılar. Bununla belə, son dəqiqələrdə Maruşiçin qoluna mane ola bilmədilər.
Paytaxtın eyniadlı komandası da qələbə qazandı. “Roma” evdə “Parma”nın 5 cavabsız qolla məğlub etdi. Darmadağında qapıya iki dəfə yol tapmaqla rol oynayan Dibala A seriyasındakı qollarının sayını 127-yə çatdırdı. 31 yaşlı hücumçu Qonsalo İquaynı (125) arxada qoyaraq bu liqada qol vuran argentinalılar arasında “təmiz” 3-cü yeri təmin etdi. İtaliyada 2012-ci ildən çıxış edən Paulo Qabriel Batistuta (184) və Ernan Krespodan (153) geri qalır. Onun 17 oyuna 19 xalla 10-cu yeri tutan komandası isə “ÇL zonası”ndan 15 xal geridədi.
Nəhayət, “Yuventus” 4 oyunluq heç-heçə sindromuna son qoydu. Turinlilər bu tur “Montsa”nı məğlub etməyi bacardılar. Amma liqanın autsayderlərindən olan rəqib üzərində qələbə də çətinlilə reallaşdı. İlk hissədə vurulan 3 qol “qoca sinyora”nın 2:1 hesablı qələbəsini təmin etdi. Tyaqo Mottanın çalışdırdığı komanda hələ də A seriyasının ən “sülhpərvər” iştirakçısıdı. İlk 17 oyunda 10 dəfə heç-heçəyə razılaşan “Yuventus” hələ uduzmasa da, lider “Atalanta”dan 9 xal geri qalır.
İtaliyanın digər nəhəngi də qeyri-sabit çıxışını davam etdirir. “Milan” üçün Veronaya səfər uğurlu alındı. Ev sahibləri əvvəlki 4 oyunda 5 xal toplayan lombardiyalılardan xal qoparmaq üçün çox çalışdılar. Lakin Reyndersin vurduğu yeganə qol milanlılara çətin qələbə gətirdi. Maraqlıdı ki, “Verona” mövsümün ilk 17 turunda heç-heçəyə razılaşmayıb. “Ya qələbə, ya da məğlubiyyət” prinsipi ilə hərəkət edən Paolo Zanettinin komandası təhlükəli zonanın biraddımlığındadı.
17-ci tur
Atalanta – Empoli 3:2
De Ketelare, 34; 86. Lukman, 45+1 – Kolombo, 13. Espozito, 56-p. (22163)
Atalanta: Karnesekki, Kolaşinats, Cimşiti (Hin, 70), Kossunu, Zappakosta (Rucceri, 70), Ederson, Paşaliç, Bellanova (Kuadrado, 80), Lukman (Samarciç, 70), De Ketelare, Retegi (Zanyolo, 21).
Cenoa – Napoli 1:2
Pinamonti, 51 - Zambo Angissa, 15. Rrahmani, 23. (33435)
Napoli: Meret, Olivera, Juan Jezus, Rrahmani, Di Lorentso, Maktominey, Lobotka, Zambo Angissa, Neres (Kvaratsxeliya, 73), Politano (Spinatsola, 87), Lukaku (Simeone, 73).
Verona – Milan 0:1
Reynders, 56. (24000)
Milan: Menyan, Ximenes, Tiav, Qabbya, Emerson (Tomori, 89), Reynders, F.Terraçano, Fofana, Leao (Ernandes, 32), Çukvueze (Kalabriya, 70), Abraham.
Leççe – Latsio 1:2
Morente, 50 – Kastelyanos, 45+3-p. Maruşiç, 87. (30000)
Latsio: Provedel, Tavareş (Luka Pelleqrini, 70), Romanyoli, Xila, Latsari (Maruşiç, 83), Rovella, Genduzi, Zakkanyi (Noslin, 83), Dia (Pedro, 64), İsaksen (Çauna, 70), Kastelyanos.
Torino – Bolonya 0:2
Dallinqa, 71. Pobeqa, 80. (19860)
Bolonya: Ravalya, Miranda (Likoyannis, 79), Lukumi, Beukema, Holm, Pobeqa, Fröyler, Dominges (Fabbian, 46), Ferqyuson (Orsolini, 46), Odqor (Kazale, 89), Kastro (Dallinqa, 70).
Roma – Parma 5:0
Dibala, 8-p.; 51. Salemakers, 13. Paredes, 74-p. Dovbik, 83. (62968)
Roma: Svilar, Ndika, Hummels, Mançini, Anxelinyo, Kone, Paredes, Salemakers, Əl-Şaaravi, Dibala, Dovbik.
Montsa – Yuventus 1:2
Birindelli, 22 – Makkenni, 14. Qonsales, 39. (15479)
Yuventus: Di Qreqorio, Makkenni (Facoli, 90+1), Kalulu, Qatti, Savona, Lokatelli, Koopmeyners (K.Türam, 46), Qonsales (Kambyaso, 64), Yıldız, Konseysao (Mbanqula, 85), D.Vlahoviç (Aciç, 85).
Venetsiya – Kalyari 2:1
Zampano, 38. Şverko, 68 – Pavoletti, 76. (9713)
Fiorentina – Udineze 1:2
Ken, 8-p. – Lukka, 49. Toven, 57. (20505)
İnter – Komo 2:0
Auqusto, 48. M.Türam, 90+2.
1. Atalanta 17 13 1 3 42-19 40
2. Napoli 17 12 2 3 26-12 38
3. İnter 16 11 4 1 42-15 37
4. Latsio 17 11 1 5 32-24 34
5. Fiorentina 16 9 4 3 29-13 31
6. Yuventus 17 7 10 0 28-13 31
7. Bolonya 16 7 7 2 23-18 28
8. Milan 16 7 5 4 25-16 26
9. Udineze 17 7 2 8 21-26 23
10. Roma 17 5 4 8 23-23 19
11. Empoli 17 4 7 6 16-19 19
12. Torino 17 5 4 8 17-22 19
13. Cenoa 17 3 7 7 14-26 16
14. Leççe 17 4 4 9 11-29 16
15. Parma 17 3 6 8 23-33 15
16. Komo 17 3 6 8 18-30 15
17. Verona 17 5 0 12 21-40 15
18. Kalyari 17 3 5 9 16-28 14
19. Venetsiya 17 3 4 10 17-30 13
20. Montsa 17 1 7 9 15-23 10
Bombardirlər: Retegi (Atalanta), M.Türam (İnter) - 12, Ken (Fiorentina) - 10, Lukman (Atalanta) - 9.
Turun rəqəmi
11 – Klaudio Ranyeri “Parma” ilə matçın gedişində əvəzləməyə əl atmadı. “Roma” bu mövsüm A seriyasında oyunu 11 nəfərlə keçirən ilk komanda oldu.
Turun ulduzu
Şarl De Ketelare (Atalanta) - o, Berqamoda keçirilən matçda əla çıxışı ilə komandasının xal itirməsinə mane oldu. De Ketelare “Empoli”nin qapısına iki dəfə yol tapmaqla hücum planında böyük potensiala malik olduğunu bir daha göstərdi. 23 yaşlı belçikalı yarımmüdafiəçinin cərimə meydançasına daxil olaraq reyd etdikdən sonra vurduği ikinci qolu izləməyə dəyərdi.
Turun sitatı
Antonio Konte, “Napoli”nin baş məşqçisi:

“İlk hissədəki çıxışımızdan çox razı qaldım, ancaq ikinci yarıdakı oyunumuz bizim üçün dərs olmalıdı. Oyunçulara fasilədən sonra göstərdiyimiz oyunun təkrarlanmamalı olduğunu dedim. İkinci hissədə oyuna nəzarəti itirdik, buna görə qələbəni ən absurd şəkildə əldən verə bilərdik. Ambisayaya malikiksə və çempionatda mükafatlar uğrunda mübarizə aparmaq istəyiriksə, matçın 95 dəqiqəsi boyunca konsentrasiyanı itirməməliyik. Bizim üçün ən yaxşı müdafiə hücum olmalıdı: arxaya çəkilməklə rəqibə təşəbbüsə yiyələnmək imkanı verməməliyik. Fasilədən sonra bəxtimiz gətirdi. Sonda böyük məyusluq yaşaya bilərdik, bu isə mənə lazım deyil”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Dekabr 2024 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri