Icma.az
close
up
RU
“Atam anam nəvə görsün” düşüncəsi tələdir! Murad Arif

“Atam anam nəvə görsün” düşüncəsi tələdir! Murad Arif

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Kasıblıq resursun olmamasıdır. Amma resurs yalnız pul deyil. Əlin-ayağın yeriyirsə, başın işləyirsə, gəncsənsə, məqsədlərin, arzuların varsa, nəsə öyrənə bilirsənsə, sən çox imkanlısan. Sadəcə bu resursları səfərbər edib, pula çevirməyi bacarmalısan. Kasıblığı yaradan əsas səbəblərdən biri də, mentalitetin “Evlənmək” adətidir.

Redaktor.az "Yeni Sabah"a istinadən xəbər verir ki, bunu bəstəkar-müğənni Murad Arif bildirib.

O əlavə edib: "Sən bu həyatı anlamadan, özünü dərk etmədən, öz ayaqların üzərində dayanmadan evlənirsənsə, imkansızlığa imza atırsan. Başa düş! Problemi dərinləşdirməyə ilk addımdır bu.

İzləyicilərim arasında gənclər, yeniyetmələr çoxdur. Onlara səslənirəm, ailə qurmaq gözəldir. Amma buna heç vaxt tələsməyin. Ailəni daşımaq lazımdır. “Atam-anam nəvə görsün” düşüncəsi tələdir... Bu tələdir!

Oturun bir normal gənc ailənin aylıq xərclərini hesablayın və bu xərcləri irəliləyən(ən azı) 5-10 il ərzində qarşılaya biləcəyin öz gəlirinizi düşünün. Allah-Allahla, bəxtə-xuda ayağınızı daşıya bilməyəcəyiniz məsuliyyətə bağlamayın. Arvad-uşağın tələbi var. Sən onları yaşatmalısan... Evlənmək - qız tapıb, hərisini alıb, üzüyünü taxıb, dostlarınla kartej qurub, toyda hoppanıb-düşmək deyil. Toyxananın da pulunu qonaqlar çıxaracaq. Bu ən asanıdır! Bununla bitmir e, əksinə hər şey başlayır.

Nə qədər ki, təksən, ayağın yeriyir, qolunda güc var, başın işləyir, demək ki, imkanlısan. Bu imkanları özün üçün dəyərləndir hələ. (Axı sən də insansan)

Daşıya bilməyəcəyin yükünü bir az da ağırlaşdırma. Özünü axtar, inkişaf et, məqsədlərini, hədəflərini bəlli et, stabil və qarantiyalı qazancın yolunu tap, sonra ailə qur. Kişi üçün 30-35 aralığı yaxşıdır.

İndi gəlib yazacaqlar “Mən evlənəndə heş nəyim yox idi...”, “Uşağın ruzisi göydən gəlir...”, “Evləndim sonra varlandım...” filan. Bunu bil ki, onların sadəcə bəxti gətirib. Belə sistem yoxdur təbiətdə. Bu nağıllara inanma.

Məsuliyyəti dərk et!”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Dekabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri