Icma.az
close
up
RU
“Atam həbs olunanda 17 yalançı şahidi vardı” Sevda

“Atam həbs olunanda 17 yalançı şahidi vardı” Sevda

Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq.

“Atam həbs olunanda 17 yalançı şahidi vardı” - Sevda

Əməkdar artist Sevda Ələkbərzadə mərhum atası, Xalq yazıçısı Çingiz Ələkbərzadədən söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Afaqla 10lar” verilişində danışıb.

Sənətçi illər əvvəl mərhum valideyninin həbsinin pərdəarxası məqamlarını bu sözlərlə nəql edib:

“Biz uşaq idik. Bu bizim üçün böyük stress idi. İkincisi, nənəm artıq 30 yaşlı bir övladını itirmişdi. Atam Çingiz onun ikinci övladı idi. Babamın vəfatından heç 40 gün çıxmamışdır atamı şərləyib, həbs edəndə. Bu çox böyük stresslərdir. Bunları bizim ailə yaşadı. Biz hər zaman atamızın yanında olduq. Biz heç zaman onun tək, yalnız buraxmadıq. Bir insan üçün böhtan və şərdən betər nə olar bilər? Bu insanın qırır. Atam həbsdən çox əsəbi çıxdı. O bəraət qazandı. Amma onun bu yolda sağlamlığı əldən getdi. Bu hadisələri ailəmiz çox pis keçirtdi. Hələ də bu söhbətlər gedir. 2025-ci ildir amma hələ də bu mövzu danışılır. Demək ki, bu insanın içində olan səsidir. Onun övladları nə qədər ki, yaşayır, bu sənəti təbliğ edir... O yazıçı olub, biz isə musiqiçiyik. Bu da sənətin başqa bir qoludur. Təbii ki, o qədər də atamız yaşayır. Bu normal haldır. Anamız çox mülayim bir insan olub. O öz ailəsi üçün yaşayıb. Anamız bizə sevgi bəxş edib. Bizdə bu sevgini bir-birimizə ötürmüşük. Ona görə də bizim ailəmiz mehriban ailə olub”

Proqramın aparıcısı Afaq Gəncəlinin “Kimlər ki, sizin atanız Çingiz Ələkbərzadəni şərləmişdir, o insanlar sonra sizdən gəlib üzr istədilər? Öz günahlarını boyunlarına aldılar?” sualına verilişdə qonaq olan Sevdanın bacısı Əməkdar artist Elmira (Emma) Ələkbərzadə belə cavab verib: 

“Bunu edənlər – kimlər ağır qəzaya düşdülər, xəstəxanada, reanimasiyada əlini göyə qaldırıb dedi ki, Allahım bağışla məni. Çingizin övladlarını atasız qoyduq. Kimsə qəfildən rəhmətə getdi. Onlar hamısı bir-bir bu dünyadan getdi. Nə edirsən et amma sonda hər şeyin cavabını verəcəksən. Biz Allahın bəndələri, quluyuq. Allah çox gözəl bilir kimə nə edir”.

Emmanın bu sözlərinə Sevda bildirib ki, atası həbs olunarkən 17 yalançı şahidi olub:

“Ən betər cəza Allahdan gələndir. Atamın o zaman 17 yalançı şahidi vardı. Atamın bir operatoru vardı. O şəxs evimizin içi idi. Ona atam çox yaxşılıqlar etmişdi. Yadımdadır ki, mən uşaq idim atam həbsxanadan çıxandan sonra o şəxs bizə gəldi. O atamın önündə diz çöküb, üzr istədi. Dedi ki, məni bağışla, başıma tapancanı dirəmişdirlər. Mən isə bundan çox qorxdum. Ona görə də yalandan sənin üzünə durmağa məcbur qaldım. Atam o şəxsi bağışladı. O şəxsin bu hərəkəti etməyə kişiliyi, cəsarəti çatdı. Bu alçaqlığı edən insan vicdanı olmaz. Onlar bunu etməsələr yəgin normal yaşaya bilməz. Çünki onlar pisliklə yaşayırlar. Təbii ki, digər insanlardan biz üzr görmədik. Düşünürəm ki, Allah özü bilər onlarla. Onlar artıq sağ deyillər”.

Qeyd edək ki, Elmira Ələkbərzadə müsahibələrinin birində atası yazıçı-publisist Çingiz Ələkbərzadənin illər əvvəl müəyyən dairələrin sifarişi əsasında həbs edildiyini bildirib: “Atamı Sovet dövründə şərlədilər. Belə ki, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Günün ekranı” redaksiyasında telejurnalist kimi çalışdığı zaman, durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etməsi həbs olunmasına səbəb oldu. 2 il 8 ay günahsız yerə həbs həyatı yaşadı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:280
embedMənbə:https://olay.az
archiveBu xəbər 24 Fevral 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri