Icma.az
close
up
RU
Atan kazaklardır Rusiyada baş verənlər 100 il sonra da mövcud olan rasizmin təzahürüdür

Atan kazaklardır Rusiyada baş verənlər 100 il sonra da mövcud olan rasizmin təzahürüdür

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Rusiyada FTX əməkdaşlarının azərbaycanlılara qarşı həyata keçirdiyi qanlı əməliyyat sadəcə məişət kriminalı deyil — bu, dövlət zorakılığıdır və beynəlxalq hüququn açıq şəkildə tapdanmasıdır”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Yekaterinburq şəhərində azərbaycanlıların Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən döyülərək öldürülməsi barədə danışarkən deyib.

Deputat qanlı olayı qətiyyətlə pisləyərək bildirib ki, bu ağır kriminal hadisəsi olmaqla yanaşı, həm də dövlət tərəfindən idarə olunan uzunmüddətli nifrət siyasətinin nəticəsidir.

"Yekaterinburqda azərbaycanlılara qarşı törədilən amansızlıq, hüquq-mühafizə adı altında həyata keçirilən qanunsuz zorakılıq faktları Rusiyanın milli konstitusiyasına, həmçinin bu ölkənin imzaladığı beynəlxalq insan hüquqları müqavilələrinə də ziddir. Məhkəmə qərarı olmadan binalara zorla daxil olunması, şəxslərin yerindəcə öldürülməsi və cəsədlərin ailələrə verilməməsi — bu, açıq hüquq pozuntusudur”, deyə millət vəkili vurğulayıb.

E.Akimova sosial-psixoloji və ideoloji aspektə toxunaraq əlavə edib ki, Rusiyada "kavkazets” stereotipi hələ də qüvvədədir. Lakin bu, artıq sadəcə etnik nifrət deyil — islamofobiya ilə də müşayiət olunur: Kremlə yaxın təbliğatçılar, xüsusilə Solovyov kimi şəxslər açıq anti-Azərbaycan çağırışları səsləndirir, müsəlman icmasına qarşı nifrəti körükləyirlər. Burada təsadüf yoxdur: bu, mərkəzdən idarə olunan nifrət kampaniyasıdır.”

Baş verən faciənin Rusiyanın geopolitik kontekstə nüfuzuna böyük zərbə vuduğunu xatırladan deputat qeyd edib ki, bu gün Ermənistanda Koçaryan, Sarkisyan və digər Moskvaya bağlı qruplar daha sərt revanşist ritorika ilə çıxış edirlər. 

"Məqsəd aydındır: Cənubi Qafqazı yenidən hərbi qarşıdurma ocağına çevirmək və Azərbaycanın strateji mövqeyini sarsıtmaq. Yekaterinburqdakı hadisələr bu böyük ssenarinin yalnız bir epizodudur”,- deyə millət vəkili bildirib.

Onun sözlərinə görə, Rusiyada baş verən bu ağır cinayətə cavab olaraq Azərbaycan yalnız diplomatik bəyanatlarla kifayətlənməməlidir: 

"Bu məsələ ölkəmizin beynəlxalq hüququn tribunallarında, o cümlədən AİHM-də sistemli şəkildə müdafiə edilməli, diaspor təşkilatlarımız isə hüquqi maarifləndirmə və informasiya müstəvisində daha fəal olmalıdır. Çünki bu, tək bir cinayət hadisəsi deyil — bu, bütün millətin təhlükəsizlik məsələsidir.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 İyun 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see188

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see182

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see178

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see145

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see130

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see129

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri