Icma.az
close
up
RU
Atan yorulub, Asiya Məktəbi də, müəllimlərini də sev...

Atan yorulub, Asiya Məktəbi də, müəllimlərini də sev...

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Məktəb cəhalət dərdinin dərmanı, mərifət bağının xiyabanıdır”.

Bunu hələ o zaman milləti cəhalətdən xilas etmək üçün çarpışan, ələlxüsus da qızların təhsil alması üçün mollaların hücumlarına baxmayaraq, həyatını riskə atıb məktəblər açan, mərifət bağlarını gözünün nuru ilə sulayan maarifçi Məhəmməd Tağı Sidqi demişdi. O eyni zamanda publisist, şair idi.

Dünən isə yazıçı, şair, publisist, jurnalist Sərdar Amin “Ata, məni məktəbdən qoru” başlıqlı mətn yazıb, məktəbi, təhsili guya tənqid edib.

“Qızım mənə “ata, məni məktəbdən qoru”, – dedi, mən də ona “YouTube”dan “Məktəbdən qorunma duası”nı dinlə və bir-iki fənd var, onu da atan öyrədər”, – nəsihətini etdim”,– yazır.

Avraam Linkolnun oğlunun müəlliminə, Çarli Çaplinin qızına yazdığı məktubları oxumamış olmazsan, Sərdar Amin. Şiddətlə tövsiyə edirəm, yenə oxu!

Bəlkə, ancaq o zaman başa düşərsən... Anlayarsan ki, bir atanın qızına verəcəyi ən böyük hədiyyə təhsil və tərbiyədir. Məktəb, müəllim barədə bir qızcığazın düşüncəsində yanlış fikirlər formalaşdırmaq, onu ucaltmaz, onu daha tərbiyəli, daha savadlı etməz, Sərdar Amin!

“Bu mətni yazmadan əvvəl sosial şəbəkədə test yazısı paylaşdım. Ən birinci hayqıranlar müəllimlər oldu”, - yazırsan. “Müəllim” və “hayqırmaq” sözlərini eyni cümlədə sənə yazdıran nədir?! Əlindən tutub sənə yazmağı öyrədən müəllimlərinə olan vəfa borcunmu?!

Asiyanın “dərsdə məni yuxu basır, yoruluram” sözləri mənə məktəb illərimi xatırlatdı. Hələ 2-ci sinifdə ikən orta məktəb dərslərimi bitirib, musiqi öyrənmək üçün günortadan sonra kənddən rayon mərkəzinə 12 kilometr yol qət edir, qışda, qar-boranda axşam saatlarında evə qayıdır, gecələri isə lampa işığında sabahın dərslərinə hazırlaşırdım. Asiya, yəqin, evinin yaxınlığındakı məktəbə gedir, günorta da evinə qayıdır. Bəlkə də, bu qədər çətinlik görməz.

Ona “Qızım, həyat mübarizədir, bilik göydən zənbillə düşmür! Əlbəttə ki, çətin mövzular olacaq, amma səbirlə dərsləri dinlə, yuxun gəlirsə, mürgüləyirsənsə, axşam erkən saatlarda yat”, - deyə tövsiyə etməyin daha yaxşı olardı!

Ona “Məktəb evdir, məktəb ailədir, məktəb dostluqdur, sevgidir, həyatı, çətinlikləri, ən əsası da səbri öyrəndiyimiz yerdir", - deyə nəsihət et. Səbirli olmağı öyrət!

Məktəbin mənasız olduğunu, körpə beyinləri korşaltdığını yazırsan. Mənasız olan nədir? Riyaziyyatmı? Coğrafiyamı? Dilimizmi? Yoxsa Vətənimizin tarixi? 

Ona məktəb olmayan vaxtlarda necə olduğumuzdan, “Həzrət Abbasa məktub yazıb çaya atan və bunun Bağdada çatacağına” inanan beyinlərin təsirində qaldığımız günlərdən danış! Mirzə Cəlillərdən, Abdulla Şaiqlərdən, Firudin bəy Köçərlilərdən, Sürəyya xanım Ağaoğludan danış!

Sadəcə bir şeyi anla ki, zaman keçmişə axmır, gələcəyə axır. İndi kompüter, süni intellekt dövrüdür. Hər şeyi öz arşınınla ölçmə. Əminəm ki, Asiya “Tutu, topu tut”u artıq 1 yaşından bilirlər. Zamanla ayaqlaşa bilməsi üçün ona yeni biliklər, yeni məlumatlar, yeni bacarıqlar lazımdır. Məktəb də, dərslər də, dərsliklər də bunun üçün yenilənir, təkmilləşir. Müəllimləri də Asiyanı daha parlaq, daha işıq gənc kimi yetişdirmək üçün çalışırlar.

Görünür atan yorğun olduğu üçün belə deyib, gözəl Asiya! Ona görə də, verdiyi tövsiyə bir qədər korşalmış ola bilər. 
Atanı sev,

ananı sev, 

Vətənini sev!

Məktəbini sev, 

müəllimlərini sev!

Çünki, 

"Müəllim sözünə qulaq asmayan tarixdə heç zaman ucalmamışdır!"

Çingiz Səfərli,

“Azərbaycan müəllimi” qəzetinin baş redaktorunun müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Sentyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri