Icma.az
close
up
RU
İrəvanda Azərbaycan məktəbi

İrəvanda Azərbaycan məktəbi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tariximizin xüsusi məqsədlərlə təhrif olunmuş və inkar edilmiş, saxtalaşdırılmış, üstüörtülü qalmış səhifələrinin, məqamlarının saf-çürük edilməsi üçün yeni imkanlar yarandı. Bu gün Qərbi Azərbaycan həqiqətlərinin yeni elmi yanaşmalar əsasında dərindən və əhatəli şəkildə araşdırılmasına, tarixi gerçəkliklərin aşkara çıxarılıb geniş elmi ictimaiyyətə təqdim olunmasına həmişəkindən daha çox ehtiyac var.

Cənubi Qafqaz Rusiya tərəfindən işğal edilənədək Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərində milli təhsil irsimizin araşdırılıb dəyərləndirməsi elmi aktuallıq kəsb etməklə yanaşı, həm də geostrateji gerçəklər baxımından strateji zərurətdir. Qərbi Azərbaycanşünas alim, İrəvanda milli təhsil tariximizin tanınmış ilk peşəkar tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin böyük zəhmət hesabına ərsəyə gətirdiyi “İrəvanda Azərbaycan təhsil tarixi” adlı fundamental əsəri həm də siyasi-strateji əhəmiyyətə malikdir.

Cəlal Allahverdiyev 2000-ci illərdən başlayaraq İrəvan ədəbi-mədəni mühiti ilə bağlı ardıcıl və sistemli tədqiqatlar aparmış, “İrəvan ədəbi mühiti” (2010), “İrəvan pedaqoji məktəbi” (2015), “İrəvan. Ensiklopedik foto toplu” (2017), “İrəvanda milli maarifçilik mühiti” (2017), “Ömrün illəri” (2021), “İrəvan Müəllimlər Seminariyası” (2022) və digər əsərlərində milli təhsil irsimizlə bağlı faktları, mütləq həqiqəti qələmə almışdır.

Kitab “İrəvanda Azərbaycan təhsilinin inkişaf mərhələləri” ilə başlayır. Müəllif qədim tarixə, zəngin mədəniyyətə və ədəbi irsə malik olan İrəvan şəhərində təhsilin çox-çox əzəllərdən təşəkkül tapdığını, xalqımızın dövrün xüsusiyyətlərinə uyğun tədris ocaqları yaratdığını qeyd edir. Tədqiqatçı məscid, mədrəsə və camelərdə milli-mənəvi dəyərlərin yetişən gənc nəslə aşılanması işində yeganə vasitə olan bu tədris-təlim ocaqları haqqında tarixi məlumatları sistemləşdirmişdir.

Kitabda müxtəlif dövrlərdə İrəvanda yaşayıb-yaratmış Mirzə Abbas Məhəmmədzadə, Axund Məhəmmədbağır Qazızadə, Mirzə Hüseyn Həsənzadə İrəvani, Axund Əbdülhəsən Qazızadə, Cəfər bəy Cəfərbəyov, İsfəndiyar bəy Sultanov, Mirməhəmməd Mirfətullayev, Mustafa Rəcəbov, Mehdi Kazımov, Mirzə Əbdülsəttar Kazımov, Yusif Heydərzadə, Bülbül Kazımova, Kərim bəy İsmayılov, Əkbər Rzayev, Tərlan xanım Sultanova, Həqiqət Abbasova, Fərrux Rzayev və başqa tanınmış maarif xadimləri haqqında məlumatlar onların pedaqoji və elmi fəaliyyətləri ilə bağlı geniş təsəvvür formalaşdırır.

Tədqiqatda Rusiyanın Cənubi Qafqazı işğal etdikdən sonra İrəvanda ilk qəza məktəbinin, İrəvan progimnaziyasının, İrəvan Oğlanlar Gimnaziyasının, İrəvan şəhər ibtidai məktəbinin, İrəvan rus-Azərbaycan (tatar) məktəbinin yaranması, inkişafı və bu təhsil ocaqlarında şagird kontingentinin milli tərkibi, azərbaycanlı müəllimlər və sair məsələlər haqqında məlumatlar arxiv sənədləri əsasında təqdim edilir. İrəvan Müəllimlər Seminariyasının nəinki Qərbi Azərbaycanda, o cümlədən Cənubi Qafqazda milli pedaqoji fikrin inkişafındakı xidmətlərinə də geniş yer ayrılıb. XIX əsrin sonu XX əsrin əvvəllərində irəvanlı maarifçilər – Mirzə Ələkbər Elxanov, Mirzə Hüseyn Həsənzadə İrəvani, Mirzə Abbas Məhəmmədzadə, Mirzə Cabbar Məmmədzadə, Axund Məhəmmədbağır Qazızadə, Həsən bəy Qazıyev ana dili dərsliklərinin yazılmasında və milli maarifçiliyimizin inkişafında böyük xidmətlər göstərmişlər.

Müəllif İrəvanda qadın təhsili və azərbaycanlı xanım ziyalıların maarif və mədəniyyət tariximizdəki rolunu, onların maarifçilik missiyasını diqqətlə nəzərdən keçirmiş, İrəvanda yaşayıb-yaradan azərbaycanlı maarifpərvər qadınların təhsil sahəsindəki nəcib xidmətlərini və onların ictimai fəallıqlarını geniş şəkildə diqqətə çatdırmışdır. Cənubi Qafqazda azərbaycanlı qızlar məktəbinin 1862-ci ildə məhz ilk dəfə İrəvanın yaxınlığındakı Uluxanlıda açıldığını faktlar əsasında üzə çıxarmışdır.

Kitabda ali və orta ixtisas təhsilli milli pedaqoji kadrlar hazırlayan İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin, İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun, İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin tarixinin araşdırılması fonunda həm də dövrün ictimai-siyasi mənzərəsi özünəməxsus çalarları ilə öz əksini tapır. Bu təhsil ocaqlarında təhsil almış ixtisaslı kadrların Qərbi Azərbaycanda milli maarifçilik tarixində, ictimai-siyasi həyatında, pedaqoji və ictimai fikrin inkişafında ayrı-ayrı sahələrdəki fəaliyyətləri haqqında verilmiş məlumatlar da təqdirəlayiqdir.

Bir məsələni də qeyd etmək yerinə düşər ki, müəllif tədqiq etdiyi mövzu ilə bağlı həmin dövrə aid yaddaşlarda olanlardan, xatirələrdən indiyədək təhsil tariximizə məlum olmayan sənədlərdən, fotoşəkillərdən istifadə etməklə əsərinin elmi sanbalını daha da artırmışdır.

Kitabın sonuncu bölməsi ermənilərin Qərbi Azərbaycanda milli təhsilimizə qarşı həyata keçirdikləri urbisid aktları barədədir. Burada ermənilərin milli təhsilimizə qarşı törətdikləri sosial-mənəvi terror aktları ardıcıllıqla sadalanır və bütün çalarları ilə təsvir olunur. Müəllif bu bölmənin sonunda “İrəvanda təhsil tarixi”mizlə bağlı fikirlərini bu sözlərlə yekunlaşdırır: “Biz əminik ki, yenə də öz tarixi və əzəli yurd yerlərimizə qayıdıb, vaxtilə o fədakar maarifçilərimizin, müəllimlərimizin Qərbi Azərbaycanda milli maarifçilik mühitində yandırdığı maarif şöləsini yenidən alovlandıracağıq”.

Kitab Vətənə, xalqa dərin məhəbbətin təzahürüdür. 20-yə qədər kitabın, 1 dərsliyin və 2 dərs vəsaitinin, 300-ə qədər elmi-publisistik məqalənin müəllifi, 4 kitabın tərtibçisi, bir sıra kitabların redaktoru və rəyçisi, İrəvanda milli maarifçilik mühitinin peşəkar araşdırmaçısı Cəlal Allahverdiyevin “İrəvanda Azərbaycan təhsili tarixi” kitabı bütövlükdə Azərbaycan təhsil tarixinə dəyərli töhfədir.

Almaz ÜLVİ,
filologiya elmləri doktoru, professor, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Aprel 2026 02:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see357

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see208

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri