Icma.az
close
up
RU
Atanın bir cümləsi uşağın özünə inamını 30 il sarsıda bilər

Atanın bir cümləsi uşağın özünə inamını 30 il sarsıda bilər

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Uşaqları ilə səmimi və yaxın münasibət quran valideynləri digərlərindən fərqləndirən beş əsas davranış var.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, uşağa sevgini yalnız sözlərlə deyil, gündəlik münasibət və davranışlarla da göstərmək mümkündür. Sadə ailə qaydaları dərin etimad yaratmağa, uşağı stress və psixoloji gərginlikdən qorumağa kömək edir. Sertifikatlı həyat kouçu Mitzi Bokmann bildirib ki, bütün valideynlər uşaqlarını sevir və doğulduqları gündən onları qorumağa, yaxşı həyat təmin etməyə çalışırlar. Lakin gündəlik qayğılar və şəxsi həyat təcrübəsi bəzən düzgün davranmağa mane olur. Bununla belə, uşağın valideyninə daha yaxın hiss etməsinə kömək edən sadə addımlar var.

Uşaqlarını diqqətlə dinləyirlər

Belə valideynlər uşaqlarının danışdıqlarına həqiqətən qulaq asırlar. Müəllif xatırladıb ki, övladları böyüyəndə onların dostları tez-tez evlərinə toplaşırdılar. Əvvəlcə bunun hazırladığı şirniyyatlarla bağlı olduğunu düşünsə də, sonradan uşaqların həmin evdə özlərini dinlənilmiş hiss etdikləri üçün gəldiklərini anlayıb.

Uşaqlar çox danışa və bəzən əhəmiyyətsiz görünən mövzulardan söz aça bilərlər. Lakin diqqətlə qulaq asmayan valideyn onların dediyi mühüm bir detalı gözdən qaçıra bilər.

Onlara uşaq kimi yaşamağa imkan verirlər

Müasir uşaqların gündəlik rejimi bəzən həddindən artıq dolu olur. Daimi nəzarət və çoxsaylı məşğələlər onların narahat böyüməsinə səbəb ola bilər. Sərbəst hərəkət etmək, palçığa bulaşmaq, velosipedlə dostunun yanına getmək, hətta yıxılıb dizini yaralamaq uşağın müstəqillik və özünəinam qazanmasına kömək edir.

Çətin anlarda yetkin davranırlar

Uşaq kobudluq etdikdə və ya çətin davranış nümayiş etdirdikdə valideynin də eyni şəkildə cavab verməsi düzgün deyil. Belə vəziyyətlərdə sakitliyi qorumaq, anlayış göstərmək və uşağın davranışını şəxsi hücum kimi qəbul etməmək vacibdir. Bəzən sərt cavab əvəzinə sadəcə qucaqlamaq daha təsirli olur.

Uşaqlarının arzularını dəstəkləyirlər

Bokmann universiteti bitirdikdən sonra gələcəklə bağlı böyük planlarını atası ilə bölüşdüyünü bildirib. Atası isə ona belə cavab verib:

“Düşünürəm ki, çox adi bir həyatın olacaq”.

Aradan 35 il keçməsinə baxmayaraq, həmin sözlər hələ də onun yaddaşından silinməyib və özünəinamına mənfi təsir göstərir. Valideynin bir cümləsi uşağın arzularını gücləndirə də, uzun illər ərzində özünə inamını sarsıda da bilər. Buna görə uşaqların xəyallarını kiçiltmək əvəzinə onları dəstəkləmək daha doğru yanaşmadır.

Uşağı həyatlarının əsas prioritetlərindən birinə çevirirlər

Uşaq bilməlidir ki, çətin və təhlükəli anlarda onun yanında dayanacaq bir insan var. Valideynin verdiyi təhlükəsizlik hissi uşağın emosional inkişafına, özünəinamına və gələcək münasibətlərinə ciddi təsir edir. Uşaq sevilib qorunduğunu yalnız eşitməməli, bunu gündəlik həyatda da hiss etməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 İyul 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri