Icma.az
close
up
RU
Uşağın özünə inamını artıran 5 ifadə

Uşağın özünə inamını artıran 5 ifadə

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Öz sərhədlərini qorumağı, kömək istəməyi və problemləri barədə danışmağı bacarmaq uşağın özünə daha çox güvənməsinə və çətin vəziyyətlərdən daha asan çıxmasına kömək edir.

Lent.az bu 5 ifadəni təqdim edir:

Valideynlər uşaqlara çoxsaylı vacib bacarıqlar öyrədirlər: oxumağı və yazmağı, oyuncaqları yığışdırmağı, başqaları ilə paylaşmağı, davranış qaydalarına əməl etməyi və nəzakətli olmağı. Lakin uşağın özünəinamına xüsusilə güclü təsir göstərə biləcək başqa bir bacarıq da var. Bu, çətin vəziyyətdə düzgün sözləri tapmaq və onları ucadan söyləməkdən çəkinməməkdir.

Özünəinam insan böyüdükcə avtomatik şəkildə yaranmır. O, tədricən təcrübə, yaxın insanların dəstəyi və müxtəlif vəziyyətlərin öhdəsindən müstəqil gəlmək imkanları sayəsində formalaşır. Buna görə də bəzi sadə ifadələri uşağın gündəlik danışığının bir hissəsinə çevirmək faydalıdır. Zaman keçdikcə həmin ifadələr uşağın öz sərhədlərini qorumasına, çətinliklərin öhdəsindən gəlməsinə və lazım olduqda dəstək istəməsinə yardım edən vasitələrə çevrilə bilər.

“Mən başa düşmürəm” və ya “Mənə kömək lazımdır”

Uşaq üçün cavabı bilmədiyini və ya tapşırığı başa düşmədiyini etiraf etmək bəzən çətin ola bilər. Uşaqlar bəzən daha az ağıllı görünməkdən və ya böyükləri məyus etməkdən qorxurlar. Buna görə də onlara izah etmək lazımdır ki, nəyisə bilməmək qüsur deyil, kömək istəmək isə insanın problemi müstəqil həll edə bilmədiyini göstərmir. Uşağa belə sadə ifadələr öyrətmək olar: “Mən başa düşmədim”, “Mənə bir də izah edə bilərsən?", “Bu nə deməkdir?" 

Böyüklər belə suallara sakit və anlayışla yanaşdıqda uşağın kömək istəmək qorxusu tədricən azalır.

Bu bacarıq yalnız uşaqlıq dövründə deyil, böyüklükdə də vacibdir. İnsan nəyisə anlamadığını vaxtında etiraf edib izah istəməyi bacarırsa, bu ona bir çox vəziyyətdə kömək edir.

“Mən bunun öhdəsindən gəlməyə çalışacağam”

Uşaq problemlə qarşılaşdıqda valideynlərin dərhal müdaxilə edib hər şeyi onun əvəzinə həll etmək istəyi yarana bilər. Lakin daimi yardım uşağın öz gücünə inanmasına mane ola bilər. Bəzən uşağa problemi müstəqil şəkildə həll etmək üçün vaxt vermək daha faydalıdır. Böyük isə sadəcə yanında olub dəstək göstərə bilər. “Sənin əlindən gələcək”, “Bir də cəhd et”, “Sən bunu həll edə bilərsən” kimi ifadələr uşağın özünü çətinliklərin öhdəsindən gələ bilən biri kimi görməsinə kömək edir.

Bundan başqa, uşağa böyük problemi bir neçə kiçik mərhələyə bölməyi öyrətmək olar. Məsələn: “Mən hər şeyi eyni anda etməli deyiləm. Əvvəlcə mən...”. Bu yanaşma narahatlığı azaltmağa və mürəkkəb tapşırığı ardıcıl, aydın addımlara bölməyə kömək edir.

Valideynlər öz davranışları ilə də nümunə göstərə bilərlər. Böyük insan qarşılaşdığı problemi necə həll etməyə çalışdığını sakit şəkildə səsləndirirsə, uşaq çətinlikləri panika səbəbi kimi deyil, həyatın normal bir hissəsi kimi qəbul etməyi öyrənir.

“Mən hiss edirəm ki...”

Uşaqların emosiyaları çox güclü ola bilər, lakin onları ifadə etmək üçün söz ehtiyatları həmişə kifayət etmir. Buna görə də uşağa daxilində baş verənləri adlandırmağı tədricən öyrətmək vacibdir: “Mən əsəbiyəm”, “Mən qorxuram”, “Mən kədərlənmişəm”, “Mən məyus olmuşam”.

Uşağın dərhal ideal ifadələr seçməsi vacib deyil. Əsas məsələ ona göstərməkdir ki, bütün emosiyalar qəbulolunandır və onlar barədə utanmadan danışmaq mümkündür. Zaman keçdikcə bu vərdiş uşağın hisslərini yalnız davranışlarla deyil, sözlərlə də ifadə etməsinə yardım edir. Əşyaları atmaq, qışqırmaq və ya qapını çırpmaq əvəzinə uşaq “Mən indi çox əsəbiyəm” deyə və bunun səbəbini izah edə bilər.

“Buna baxa bilərsən?"

Smartfonlar və sosial şəbəkələr dövründə uşağa internetdə anlaşılmaz və ya qorxuducu bir hadisə ilə üzləşdikdə böyüklərə müraciət etməyi öyrətmək xüsusilə vacibdir.

Naməlum link, qəribə mesaj, tanımadığı şəxsdən gələn şübhəli sorğu və ya xoşagəlməz yazışma uşağın utanmasına və qorxmasına səbəb ola bilər. O, hər şeyi silib heç kimə danışmamağın daha asan olduğunu düşünə bilər. Buna görə də uşağa əvvəlcədən izah etmək lazımdır ki, o hər zaman “Mən qəribə bir şey gördüm və nə edəcəyimi bilmirəm” deyə bilər və ya böyüklərdən həmin vəziyyətə birlikdə baxmağı xahiş edə bilər. Uşaq bilməlidir ki, internetdə səhv etdikdə və ya xoşagəlməz vəziyyətlə qarşılaşdıqda ilk növbədə onu danlamağa deyil, dəstəkləməyə və vəziyyəti anlamağa çalışacaqlar.

Uşaqlara rəqəmsal sərhədlər müəyyənləşdirməyi öyrətmək də vacibdir. Onların gec saatlarda mesajlara cavab verməmək, xoşagəlməz və yorucu qrup söhbətlərini tərk etmək və sosial şəbəkələrdə baş verən hər şeydən daim xəbərdar olmaq məcburiyyətində qalmamaq hüququ var.

“Mən önəmliyəm”

Bu qısa ifadə sağlam özünəinamın ən mühüm elementlərindən biri ilə, yəni insanın öz dəyərini hiss etməsi ilə bağlıdır. Uşağa özünün dəyərli olduğunu anlatmaq onu eqoist böyütmək demək deyil. Əksinə, uşaq tədricən anlamalıdır ki, onun hissləri, fikirləri, təhlükəsizliyi, bədəni, bacarıqları və şəxsi sərhədləri əhəmiyyətlidir. Uşaqlar yaxınlarının dəstəyini hiss etdikdə və ətrafdakı insanlar üçün önəmli olduqlarını bildikdə uğursuzluqların və həyatdakı çətinliklərin öhdəsindən daha asan gələ bilirlər.

Bunu kiçik bir ailə ənənəsinə də çevirmək olar. Məsələn, axşam yeməyi zamanı ailənin hər bir üzvü gün ərzində hansı vəziyyətdə başqa bir insana faydalı və ya önəmli olduğunu danışa bilər. Uşağın cavabı çox sadə görünə bilər. Məsələn, evdə yığışdırmağa kömək edib və ya iti gəzintiyə çıxarıb. Lakin məhz bu cür gündəlik hadisələr uşağın öz əhəmiyyətini və dəyərini hiss etməsinə kömək edir.

Özünəinamlı uşaq hər sualın cavabını bilən, heç vaxt səhv etməyən və bütün problemləri müstəqil həll edən uşaq deyil. Həqiqi özünəinam başqa şəkildə özünü göstərir. Uşaq bilmədiyini etiraf etməkdən qorxmur, kömək istəməyi bacarır, hisslərini ifadə edə bilir, nə vaxt böyüklərə müraciət etməli olduğunu anlayır və öz dəyərinin fərqində olur.

Bu ifadələr kiçik yaşlardan uşağın gündəlik ünsiyyətinin təbii hissəsinə çevrilərsə, zaman keçdikcə onun daxili səsinə çevrilə bilər. Bu daxili səs isə insana böyüdükdən sonra da özünə güvənməyə və çətin vəziyyətlərdə daxili dayaq nöqtəsini qorumağa kömək edər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Oktyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri