Icma.az
close
up
RU
Atası Hökumə Əliyevanın ev muzeyindən danışdı: “Dövlətimiz orada ev tikərsə...”

Atası Hökumə Əliyevanın ev muzeyindən danışdı: “Dövlətimiz orada ev tikərsə...”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bakıdan Çeçenistanın Qroznı şəhərinə uçan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının bir ilinin tamam olmasına sayılı gün qalıb.

Məhz 2024-cü il dekabrın 25-də pilotların və bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində qəza enişi həyata keçirilsə də, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u isə sağ qalıb.

Qeyd edək ki, sərnişinlərə son ana qədər təlimat verən, onları təmkinli olmağa çağıraraq “Hər şey yaxşı olacaq” deyən bələdçi Hökumə Cəlil qızı Əliyeva Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.

Onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Samux rayonunun Alıuşağı kəndində ev-muzeyi fəaliyyətə başlayıb.Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, dekabrın 25-i qəzada həlak olan digər ekipaj üzvləri - İqor Kşnyakin və Aleksandr Kalyaninovun da ildönümü olacaq və ailə həmin gün onların məzarını ziyarət etməyi planlaşdırır:

“Dekabrın 25-i İqor Kşnyakin və Aleksandr Kalyaninovun şəhid olmasının bir ili tamam olacaq. Yəqin ki, ora gedərik. Amma biz Hökumə Əliyevanı dekabrın 29-u dəfn etdiyimiz üçün həmin gün qapımızda yas mərasimi keçirəcəyik”.

Onun sözlərinə görə, mütəmadi şəkildə həm məktəblilər, həm də müxtəlif bölgələrdən gələn sakinlər muzeyə baş çəkirlər:

“Bəzən 3, bəzən 5, bəzən də 10 gündən bir məktəblilər və müxtəlif yerlərdən gələn sakinlər muzeyi ziyarət edirlər. Muzeyə ziyarətçilər xüsusən anım, zəfər və dəfn günlərində daha çox gəlir”.

Qeyd edək ki, Hökumə Əliyeva 1991-ci il avqustun 8-də Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub.Kəlbəcərin işğalı zamanı ailəsi ilə birgə Samux rayonunun Alıuşağı kəndinə köçüb. Doğulduğu kənddə ev muzeyinin yaradılması ilə bağlı sualımıza isə Cəlil Əliyev belə cavab verib:

“Dövlətimiz nə vaxt orada ev tikərsə, o zaman muzey barədə düşünərik. Hələlik orada heç nə yoxdur, yalnız şəklini asmışıq. Hazırda bulaq fəaliyyət göstərir və kənd camaatı ora gedənlər istifadə edir. Bulaq ümumi şəhidlərin adınadır. Kəndimizdə 5 şəhid var, qızım isə altıncıdır”.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib.

İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.

Son günlər isə qəza baş verməzdən əvvəl təyyarə salonunda lentə alınmış yeni görüntülər sosial şəbəkələrdə yayıldı. Paylaşılan kadrlarda sərnişinlərin sakit və təhlükəsiz şəkildə səyahət etdiyi açıq görünür.

Qazaxıstan rəsmiləri isə bu yaxınlarda açıqlama verərək AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaqın yekunlaşmaq üzrə olduğunu bildiriblər. İstintaqın son nəticələrinin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Buna baxmayaraq, Rusiya indiyədək hadisə ilə bağlı məsuliyyəti üzərinə götürməyib, nə də rəsmi şəkildə üzr istəyib. Eyni zamanda, təyyarənin vurulması faktı üzrə nə kompensasiya ödənilib, nə də məsul şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Hökumə Əliyevanın atası muzey

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri