Icma.az
close
up
RU
Atası nazir müavini, qardaşları rəis olan yüksək vəzifəli xanımın DOSYESİ

Atası nazir müavini, qardaşları rəis olan yüksək vəzifəli xanımın DOSYESİ

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Strateji Təhlil və Planlaşdırma Sektorunun müdiri olan xanım kimdir? 

Hurriyyet.Az Oxu24.com-a istinadla Azərbaycanda vəzifə tutan şəxslər barədə  maraqlı faktları təqdim etməkdə davam edir.

Bu layihədə məqsəd Dövlətin idarəçiliyində əməyi və rolu olan vəzifəli şəxslərin tanıdılması və onlar barədə ictimaiyyətin informasiya alması  ilə bağlıdır.

Sözügedən layihə çərçivəsində bu dəfə Qida Təhlükəsizlik Agentliyində yüksək vəzifə tutan xanım haqqında maraqlı faktları oxucularımıza təqdim edirik.

Söhbət  Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Strateji Təhlil və Planlaşdırma Sektorunun müdiri Nigar Nuriyevadan gedir.

Nigar Nuriyeva 1989-cu ildə anadan olub. 2011-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasını 2013-cü ildə elə həmin universitetdə Beynəlxalq münasibətlər ixtisasının magistratura dərəcəsini bitirib.

2017-ci ildə isə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) İctimai İdarəetmə ixtisasını bitirib. 2019-cu ildən Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Strateji Təhlil və Planlaşdırma Sektorunun müdiri vəzifəsində çalışır.

Nigar Nuriyevanın atası Ədliyyə nazirinin müavini Eldar Nuriyevdir.

Nigar Nuriyevanın qardaşı Cavanşir Nuriyev Dövlət Vergi Xidmətinin aparat rəhbəridir.

Digər qardaşı Orxan Nuriyev Dövlət Gömrük Komitəsində Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

Orxan Nuriyev Baş Prokuror Kamran Əliyevin kürəkənidir. 

Nigar Nuriyeva dövlət sektorunda strateji inkişaf və planlaşdırma sahəsində ixtisaslaşmış mütəxəssisdir.

O, təhsilini beynəlxalq münasibətlər və ictimai idarəetmə sahələrində tamamlamış, analitik düşüncə, strateji planlaşdırma və layihələrin səmərəli icrası üzrə geniş biliklərə malikdir.

Karyerası ərzində Nigar Nuriyeva əsasən dövlət qurumlarında strateji təhlil, layihələrin hazırlanması və icrası, uzunmüddətli inkişaf planlarının tətbiqi ilə məşğul olub.

O, idarə etdiyi komanda ilə birgə strateji layihələrin planlaşdırılması və həyata keçirilməsində effektiv metod və yanaşmaları tətbiq edərək, dövlət siyasətlərinin səmərəli icrasına töhfə verir.

Peşəkar fəaliyyəti zamanı Nigar Nuriyeva həm analitik, həm də rəhbərlik bacarıqlarını nümayiş etdirmiş, kompleks layihələrin koordinasiyası, risklərin qiymətləndirilməsi və strateji qərarların qəbulunda aktiv rol oynamışdır. Onun rəhbərliyi altında komanda innovativ idarəetmə və planlaşdırma yanaşmalarını tətbiq etməklə, dövlət sektorunda daha şəffaf və effektiv idarəetmə proseslərinin həyata keçirilməsinə dəstək göstərir.

Hazırladı: Miri Məcidli

Share

Tweet

Email

Share

Share

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Dekabr 2025 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri