Icma.az
close
up
RU
Atasının Cazziza, II Elizabetin Cazın şahzadəsi adlandırdığı ƏZİZƏ

Atasının Cazziza, II Elizabetin Cazın şahzadəsi adlandırdığı ƏZİZƏ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Bu gün caz-muğam musiqi növünün yaradıcısı Vqif Mustafazadə yolunu davam etdirən, dünyaca məşhur pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Mustafazadənin doğum günüdür.

Modern.az xatırladır ki, Əzizə Mustafazadə 19 dekabr 1969-cu ildə Bakı şəhərində dünyaya gəlib. Caz və muğam musiqilərini birləşdirərək yeni kompozisiya yaradan Vaqif Mustafazadə və onun ikinci həyat yoldaşı, əslən gürcü olan müğənni Eliza Mustafazadənin ailəsində dünyaya gəlib. Hələ uşaq yaşlarından musiqi duyumu ilə diqqət çəkən Əzizə ilk dəfə səhnəyə 3 yaşı olarkən atası ilə birlikdə çıxıb. Əzizəinin 10 yaşının tamam olmasına 3 gün qalanda, 39 yaşlı atası Daşkənddə ürəktutmasından vəfat edib (16 dekabr 1979-cu ildə).

“Atamın ölümünüdən sonra kədərdən başqa heç nə görməmişəm” deyən, atasına bağlılığı səbəbindən böhran yaşayan Əzizəni bu itkinin sarsıntısından xilas etmək üçün Eliza Mustafazadə öz karyerasına buraxıb və qızının musiqi təhsili üçün əlindən gələni etməyə çalışıb.

Əzizə hələ 17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik əldə edib. Elə həmin ildən anası ilə birlikdə Almaniyaya köçüb. 38 ildir Almaniyada yaşayan Əzizə caz-muğam ifaçısı kimi dünyada məşhurluq qazanıb. Hətta 2002-ci ildə caz musiqi sənətinin yaşayan əfsanəsi Bobbi Makferrinlə eyni səhnəni bölüşüb.

Onun ilk albomu 1991-ci ildə "Aziza Mustafa Zadeh" adı ilə çıxıb. "Always" adlı ikinci albomu ona yüksək alman musiqi mükafatı sayılan "Səs -Akademiyası Mükafat"ını və "Soninin Exo Mükafatı"nı qazandırıb. 2
Əzizə Mustafazadənin albomunun birinin adı isə “Jazziza” olub. Bunun səbəbi Vaqif Mustafazadənin öz qızına bu cür xitab etməsi olub. 1997-ci ildə İngiltərə kraliçası II Elizabet Əzizənin ifalarını dinlədikdən sonra onu “Cazın şahzadəsi” adlandırıb. Elə həmin vaxtdan bu ifadə onun əsas ləqəbinə çevrilib.

2018-ci ildə 49 yaşında Azərbaycanın Xalq artisti adına layiq görülüb.

Uzun müddətdən sonra 2007-ci ildə Caz festivalı üçün Azərbaycana gələn Əzizə Mustafazadə Prezident ilə də görüşüb. Növbəti dəfə 2010-cu ildə Vaqif Mustafazadənin 70 illiyinə həsr olunan konsertdə iştirak üçün Bakıya gəlib. 30 oktyabr 2022-ci ildə Bakı Konqres Mərkəzində konsert verən Əzizə Mustafazadə 55 illik yubleyinə həsr olunan konsertlə də sevənləri ilə görüşəcək.

Əzizə Mustafazadə iki dəfə evli olub. Onun birinci həyat yoldaşı ingilis olub. Ailə qurandan sonra Əzizə həyat yoldaşı ilə birgə bir müddət Londonda yaşayıb. Lakin bu evlilik uzun çəkməyib. Əzizə 2010-cu ildə Bakıya gələndə burada milliyətcə ləzgi bir oğlanı sevib və onunla ailə həyatı qurub. Əzizənin bu evlilikdən bir oğlu var. Oğlu Ramiz-Xan da caz-muğam ifaçısıdır və kiçik yaşlarından Azərbaycanı beynəlxalq tirubunalarda təmsil edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Dekabr 2024 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri