Icma.az
close
up
RU
Atasının işgəncə verdiyi qızdan ürək dağlayan ifadə

Atasının işgəncə verdiyi qızdan ürək dağlayan ifadə

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Atam evdə narkotik vasitədən istifadə edirdi. Mənə həmişə işgəncələr verib. 2023-cü ilin qış aylarında başımı odun sobasına salıb yandırmaq istəyirdi. Həmin vaxt çiynim yandı. Bir dəfə də əlini ağzıma salıb qanatmışdı. Sonra qanayan yerə duz tökmüşdü. Sağ ayağımın baş barmağının dırnağını da kəlbətinlə çıxarıb. 2024-cü ilin son aylarında yenə məni döyməyə başladı. Başımı su dolu vedrəyə salıb işgəncə verirdi. Sonra da göyə qaldırıb yerə çırpdı. Həmin vaxt da ayağım qırıldı”.

Gununsesi.info Musavat.com a istinadən xəbər verir ki, bu dəhşət dolu ifadənin müəllifi 14 yaşlı Azadədir (adı şərtidir). Doğma atası tərəfindən qeyd etdiyi dəhşətli işgəncələrə məruz qalan Azadəyə anası da kömək edə bilməyib. Bütün bu işgəncələr Azadənin anasının, 3 yaşlı bacısının və 4 yaşlı qardaşının gözləri qarşısında baş verib.

Hadisənin ən təsirli və dəhşətli hissəsi isə ondan ibarətdir ki, Azadə bütün bu işgəncələrdən sonra heç vaxt həkimə müraciət edə bilməyib. Həkimə aparılacağı təqdirdə cinayət əməlinin üstünün açılacağını bilən İbadov evdə qızını müalicə edirmiş. Atası onun sınmış ayağına belə evdə gips qoyubmuş…

Nəhayət, Azadə və anası bütün bu işgəncələrdən sonra polisə müraciət etməyi qərara alıblar. Bu şikayətlərdən sonra Azadənin atası İbadov həbs edilib. Ona övladına verdiyi işgəncələrə görə və narkotik ittihamı ilə cinayət işi açılıb.

İbadov məhkəmədə dindirilən zaman əməlini etiraf edib. Bu cür qəddar davranışlarını narkotik vasitə istifadəçisi olması və Azadənin dəcəllik etməsi ilə əlaqələndirib.

Azadəyə verdiyi işgəncələri təkrarən danışan İbadov əməlindən peşman olduğunu da dilə gətirib.

“Əsəbi olduğum zaman nə etdiyimi bilməmişəm. Qızımı bir neçə dəfə döymüşəm. Çiynini də yandırmışam, ağzını qanadıb, yerinə duz basmışam. Bunları edəndən sonra peşman olmuşam, amma qızımı həkimə aparmamışam. Qızıma nə üçün əsəbləşdiyimi xatırlamıram. Əsəbi olanda onun başını suya salıb, sonra qaldırıb yerə vurmuşam. Ayağı qırıldığı üçün aptekə gedib gips aldım. Qızımı döyəndə heç kim mənə mane ola bilmirdi. Qızım çox nadinc uşaq olub, anasını incidirdi. Anasının şikayətlərindən sonra bu hərəkətləri düşünmədən etmişəm”,- deyə İbadov ifadəsində bunları qeyd edib.

Peşman olduğunu deyən İbadov narkotik satışı ittihamının dəyişdirilməsini də məhkəmədən xahiş edib, yüngül cəza verilməsini xahiş edib.

İşin ilginc tərəfi budur ki, Azadə cinayət işi açılan, həbs edilən atasından sonradan şikayətçi olmayıb. Məhkəmədə atasını bağışladığını deyib.

Bu qandondurucu hadisədə diqqətçəkən məqamlardan biri də Azadənin anasının verdiyi qərar olub. Belə ki, İbadovlar ailə həyatı qurduqdan sonra 3 övladları dünyaya gəlib. Amma ailədaxili problemlər, İbadovun ailə üzvlərinə qarşı qəddar davranışı bu evliliyi bitirib. Onlar boşanıblar, amma sonradan bir yerdə yaşamağa başlayıblar. Birgə yaşadıqları müddətdə daha 2 övladları dünyaya gəlib. Həmin 2 uşağa isə nənəsi ilə babası baxır.

Azadənin anası da dindirilən zaman baş verənləri inkar etməyib. Susmasının səbəbini isə qorxması ilə izah edib. O, ərinin evdə narkotik vasitə çəkdiyini də etiraf edib. Amma ərinin narkotik vasitə satışı ilə məşğul olmadığını söyləyib. Əlavə edib ki, əri bir neçə dəfə narkotik vasitə almaq üçün ondan pul da alıb. Ana da qızı kimi onlara işgəncə verən İbadovu bağışlayıb.

İbadovun narkotik satışı ittihamı dəyişdirilib. Ona narkotik vasitədən istifadəyə və Cinayət Məcəlləsinin 127.2.2-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edilən əməlləri törətməkdə təqsirli bilinən İbadov ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Yanvar 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri