Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Bu rayona yeni polis rəisi təyin edildi

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Liqa 1: Marsel darmadağına sevindi

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Şair jurnalist Xatirə Rəhimlinin ürək dağlayan müraciəti

Şair jurnalist Xatirə Rəhimlinin ürək dağlayan müraciəti

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Şair, jurnalist, AYB üzvü Xatirə Rəhimli Prezident İlham Əliyevə müraciət edib. 

Onun müraciəti mənzil şəraitinin olmaması ilə bağlıdır. 

Xatirə Rəhimli deyir ki, jurnalistlər üçün ayrılmış binaların heç birindən ona mənzil verilməyib.

Gununsesi.info sözügedən müraciət məktubunu olduğu kimi təqdim edir:

Surəti:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov cənabına.

Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov cənabına.

Dövlət Neft Şirkətinin prezidenti cənab Rövşən Nəcəfə!

Yüksək vəzifəli məmurlara…

Birbaşa mətləbə keçirəm. Şair-jurnalistəm, 25 ildir ki, mətbuat sahəsində jurnalist kimi fəaliyyət göstərirəm. Evim-mənzilim yoxdur. Ailə üzvlərimlə birgə 39 dəfə kirayə “ev”lərə köçmüşük. (Əgər ev demək mümkünsə).

Çox böyük təəssüf hissilə deyirəm ki, jurnalistlər üçün tikilmiş 3 yaşayış binasının heç birində mənə mənzil verilmədi.

Mənzil problemimlə bağlı Azərbaycan Prezidentinə, dövlətin aidiyyatı qurumlarının rəhbərlərinə, məmurlara və yüksək vəzifəli şəxslərə açıq məktub şəklində yazılı müraciət etmək qərarına gəldim.

Alman filosofu, filoloqu, mədəniyyətşünası, şairi, bəstəkarı Fridrix Nitsşe belə söz deyib:

“Yaşamaq üçün səbəbiniz varsa, hər şeyin öhdəsindən gələ bilərsiniz”.

Bəli, tamamilə düzgün və çox düşündürücü sözlərdir. Elə mənim də yaşamaq üçün çox səbəbim var. Çünki mən YARADICI insanam, ədəbiyyat adamıyam, şair-jurnalistəm, yazıb yaratmalıyam.

Cənab məmurlar məni evlə təmin edin ki, kirayə daxmalarda min bir əzab-əziyyət içində yaşamaqdan canım qurtula bilsin…

Evim-mənzilim olmadığı üçün uzun illər ailə üzvlərimlə birlikdə məcburiyyət qarşısında qalaraq 39 dəfə kirayə “ev”lərə köçüb çox çətin şəraitdə yaşamışıq.

Kirayələrdə – başqalarının “ev”ində illər boyu zülüm içində, min bir əzablarla yaşamaq sözün əsl mənasında çox çətindir və çox ağrılıdır.

Azərbaycanda mənim kimi elə ziyalılar var ki, kirayə qaldıqları, divarından kifli qara su axan soyuq daxmaların küncündə, qaranlıq zirzəmilərdə çürüyərək ürəkləri qubar olub çərləyirlər.

Paytaxt Bakıda minlərlə hündürmərtəbəli yaşayış binaları tikilib. Həmin çoxmənzilli binaların hər birində yüzlərlə boş mənzillər var. O da məlumdur ki, həmin yaşayış binalarındakı yeni mənzillərin bir neçə faizi dövlətin tabeliyində olur.

Nə üçün o mənzillərdən digər ədəbiyyat adamlarına, sənət adamlarına və jurnalistlərə verildiyi kimi mənə verilmir? Mən niyə evlə təmin olunmuram?

Axı səhhətimdə çox ciddi problemlər var. Çünki neçə illər cəbhə bölgələrində ana Vətənin keşiyində dayanan qorxmaz, Vətənsevər əsgərlərin qarşısında şair-jurnalist kimi çıxış etmişəm.

Ədəbiyyat Adamı kimi və şair-jurnalist olaraq göstərdiyim fəaliyyətimlə Vətəni düşməndən qoruyan əsgərlərin ürəyində neçə illər Vətənpərvərlik ruhunu aşılamışam.

Uzun illərdir qələmimi süngüyə çevirib Qarabağ torpağına-cəbhə bölgələrinə dəfələrlə çoxlu sayda səfər etmişəm.

Cəbhənin ən qaynar nöqtələrində ayrı-ayrı N saylı hərbi hissələrdə, taborlarda, bölüklərdə gün ərzində-hətta elə olub ki, 7- 8 dəfə tədbir keçirmişəm, Vətənpərvərlik mövzusunda çoxlu sayda görüşlər təşkil etmişəm. Bu görüşlər Vətənin keşiyində duran əsgərlərimiz tərəfindən çox yüksək səviyyədə qarşılanıb.

Cəbhə bölgələrinin hər bir kəndində Vətəni düşməndən qoruyan igid oğullarımızın, əsgərlərimizin önündə şair-jurnalist kmi saysız-hesabsız görüşlərdə çıxışlarım olub.

Ağdamda, Tərtərdə, Füzulidə, Beyləqanda, Naftalanda, Qazaxda, Goranboyda, Tovuzda, Ağstafada, Şəmkirdə, Yuxarı Ağcakənddə, Aşağı Ağcakənddə, Gəncədə, Daşkəsəndə, Toğanalıda, Bakı və Bakı ətrafında, eləcə də ən yüksək zirvədə yerləşən Murovdağda, həmçinin digər rayon və kəndlərdə yurdum Azərbaycanın Vətənpərvər, igid əsgərlərinin qarşısında şair-jurnalist olaraq yaddaqalan görüşlər keçirmişəm, tədbirlərdə iştirak etmişəm…

Əsgərlərdə Vətənpərvərlik ruhunu aşılayıb, onlara ana Vətəni sevdirməyi bacarmışam. Böyük qürur hissilə deyirəm ki, həm bir VƏTƏNDAŞ kimi, həm də şair-jurnalist olaraq göstərdiyim və nümunə olacaq bu fəaliyyətimlə fəxr edirəm.

Fəxarətlə söyləyirəm ki, şair-jurnalist kimi əsgərlərin qarşısında çıxış etdiyim günlər ömrümün ən xoşbəxt, ən bəxtəvər günləridir.

Onu da qeyd edim ki, yuksəklikdə yerləşən Yuxarı Ağcakəndin, Aşağı Ağcakəndin, Toğanalının, Murovdağın, Əzgillinin, eləcə də digər rayon və kəndlərin sərt qışında, soyuğunda, şaxtasında ciyərlərim sətəlcəm olub, bronxlarımda allergiya, nəfəsimdə isə çatışmazlıq, nəfəsdarlığı yaranıb.

Vətənimə canım fəda. Təki VƏTƏN yaşasın!

Ürək ağrısı ilə deyirəm ki, neçə illərdir nəfəsdarlığına, nəfəsçatışmazlığına görə normal şəkildə nəfəs ala bilmirəm. Yəni səhhətimdə yaranmış problemdən sözün əsl mənasında əzab-əziyyətə, ağrılara düçar olmuşam.

Ayrı-ayrı dərman preparatlarından, eləcə də Almaniya istehsalı olan bir neçə adda aerozoldan istifadə etməklə nəfəs alıram. O da məlumdur ki, bu müalicələr böyük maliyyə hesabına başa gəlir.

Səhhətimdəki bu problemlər ucbatından neçə ildir ki, bronxial-astmadan əziyyət çəkirəm.

Hal-hazırda divarları su içində kifə bürünən, kommunal şəraiti olmayan, döşəməsi asfalt-daş örtükdən olan, divarlarından qapqara kifli su axan “ev”də (əgər ev demək mümkünsə) çox böyük çətinliklə baş-başa qalıb zülüm içində yaşayıram…

Mən şair-jurnalist kimi vətənimə xidmət edirəm…

Amma təəssüflər olsun ki, Bakı şəhərində yeni tikilmiş yüzlərlə yaşayış binaları olsa da, dövlətin aidiyyatı qurumlarının rəhbərləri məni evlə təmin etmirlər.

Çox sevdiyim vətənimə yetərincə xidmətim var. Təəssüf hissilə bir daha vurğulayıram ki, bu problemlə bağlı dövlətin aidiyyatı qurumlarına dəfələrlə yazılı müraciət etsəm də, yüksək vəzifəli şəxslər, məmurlar ailə üzvlərimlə birlikdə yaşamaq üçün mənə ev-mənzil vermirlər.

Vətəninə yüksək səviyyədə xidməti olan ziyalı bir xanıma qarşı, ədəbiyyat adamına qarşı nə üçün belə münasibət göstərilir?

Cənablar, bir daha sizlərdən artıq dərəcədə xahiş edirəm ki, məni evlə-mənzillə təmin edin, ömrümü-günümü öz ana VƏTƏNimdə kirayədə zülüm içində yox, normal şəkildə yaşaya bilim.

Bir daha qeyd edirəm ki, səhhətimdəki problemin ağırlığına, ciddiliyinə görə demək olar ki, hər ay müalicə qəbul edirəm.

Səhhətimlə bağlı qarşılaşdığım problemlər şair-jurnalist kimi yaradıcılığıma çox mane olur. Ən əsası isə evim-mənzilim olmadığı üçün YARADICI insan kimi, şair kimi, jurnalist kimi, ədəbiyyat Adamı kimi yaradıcılığımla çox ciddi məşğul ola bilmirəm.

İnsan məgər ömrü boyu kirayə evlərdə yaşayarmı? Ailə üzvlərimlə birlikdə köçüb yaşadığımız 39 kirayə “ev”də həqiqətən də çox böyük əzab-əziyyət çəkmişik.

Mən saysız-hesabsız təbii sərvətlərə malik, milyonlar səltənəti olan Azərbaycanın vətəndaşıyam axı.

Mənim çox zəngin ölkəm olduğu halda nəyə görə MƏN, kirayə “ev”lərdə dözülməz vəziyyətdə, məşəqqət içində yaşamalıyam?

Azərbaycanın ziyalı xanımı kimi düşünürəm ki, ölkə başçısının tapşırığı ilə çox yaxın günlərdə mənzil problemim öz həlli yolunu tapacaq!

Bu ay, yəni mayın 25-də ulu Şirvan yurdunda-Ağsuda dünyaya göz açdığım gündür. Ömrümün belə bir əlamətdar günündə Azərbaycan Prezidenti cənab İlham Əliyev məni evlə təmin etsə, bu, şair-jurnalist, ədəbiyyat Adamı kimi mənə dövlətim tərəfindən sözün həqiqi mənasında çox qiymətli hədiyyə olar!

Düşünürəm ki, ölkə başçısı şair-jurnalist kimi Vətənimə göstərdiyim yüksək əməyimi qiymətləndirər və məni də digər ədəbiyyat adamları kimi, jurnalistlər kimi evlə təmin edər.

İnanıram ki, milyonlar səltənəti doğma Vətənimdə tezlklə mənim də evim olacaq!

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 May 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see198

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see189

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see163

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see145

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see136

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see131

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see130

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see127

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see127

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri