Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı 1 aylıq həbs edildi
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda atasının telefonunu oğurlayan şəxs həbs edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Belə ki, 2002-ci il təvəllüdlü gənc iki dəfə oğurluq edib. O, Xalqlar metrosu yaxınlığında bir vətəndaşa məxsus 10 kiloqram fındıq və 5 kiloqram ləpəni götürüb. Daha sonra isə evdə olarkən atasına məxsus "Samsung" markalı mobil telefonu stolun üzərindən götürərək 60 manata satıb.
Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. O bildirib ki, borcları olduğu üçün bu addımı atıb və səhv etdiyini anlayır. Şəxs azadlıqda qalaraq zərərçəkənlərin pulunu ödəmək istədiyini deyib.
Zərərçəkmiş ata məhkəmədə bildirib ki, telefon təxminən 100–150 manat dəyərində olub və o, şikayətindən imtina etməyib. Digər zərərçəkmiş şəxslə də barışıq əldə olunmayıb.
Məhkəmə tərəflər arasında barışıq olmadığını və dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq, gənc barəsində bir ay inzibati həbs cəzası seçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 04 Yanvar 2026 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















