Icma.az
close
up
RU
Atdığım baltanın ölçüsü nə qədər idi? Ağadadaş Ağayev məhkəmədə hiddətlənib

Atdığım baltanın ölçüsü nə qədər idi? Ağadadaş Ağayev məhkəmədə hiddətlənib

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid qismində dindirilən "Medera" hospitalın tibb bacısı Aynurə Paşazadə bildirib ki, insident baş verən gün səhər saatlarında işə gələrkən söyüş səsləri eşidib:

"Ağadadaş müəllimin balta atdığını gördüm. Balta Nəzakət xanıma dəydi. O, söyüş söyürdü. Nurəddin də özünü qorumaq üçün qarşılıq verirdi. Sonra Nurəddin təcili yardıma yaxınlaşdı. Ağzı və burnu qan içində idi. Həmin gün növbəni təhvil alarkən gecə saatlarında daxil olan xəstələrin siyahısını da təhvil vermişdilər. Ağadadaş Ağayevin də həmin gecə bizim hospitala müraciət etdiyini bilirdim".

Ağadadaş Ağayev hiddətlənərək şahidə bir neçə sual ünvanlayıb.

"Atdığım baltanın ölçüsü nə qədər idi? Nə rəngdə idi? Ət baltası idi?", - xalq artisti şahidə sualında bildirib.

Aynurə Paşazadə sözügedən baltanın xüsusiyyətlərini prosesdə sadalayıb.

Daha sonra prosesdə ifadə verən şahid Firdovsi Səfərov deyib ki, taksi fəaliyyəti ilə məşğul olur və hadisə vaxtı "Medera" hospitalın qarşısında olub:

"Nurəddinin söyüş söydüyünü gördüm. Yaxınlaşıb niyə söyüş söydüyünü soruşdum. Dedi, Ağadadaş həkim istəyir. dedim ki, ayıbdır, həkim istəyir, çağır. Mən gələndə Ağadadaş müəllim yerdəydi, yaxınlaşıb yerdən qaldırdım".

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı tərəflər barışıblar. Bu gün Ağadadaş Ağayevin "Medera" hospitala, eləcə də hospitalın xalq artistinə qarşı qaldırdığı mülki iddiaya xitam verilib.

Lakin həm Ağadadaş Ağayevin, həm də Nurəddin Cəlilovun barəsində açılan cinayət işləri üzrə məhkəmə prosesləri davam edir.

Bu gün keçirilən iclasda məhkəmə xalq artistinin cinayət işi üzrə olan prosesi yanvarın 23-nə kimi təxirə salıb.

Xatırladaq ki, hadisə ötən ilin iyul ayında baş verib.

Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.

Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Yanvar 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri