Icma.az
close
up
RU
“Ateroskleroz və dislipidemiyanın idarəolunması: çağdaş yanaşmalar və perspektivlər” ekspertlər forumu

“Ateroskleroz və dislipidemiyanın idarəolunması: çağdaş yanaşmalar və perspektivlər” ekspertlər forumu

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda lipid məktəblərinin açılışına başlanılıb

Bakı, 16 noyabr, AZƏRTAC

Kardiologiya və lipidologiya sahəsində aparıcı mütəxəssislərin iştirakı ilə “Ateroskleroz və dislipidemiyanın idarəolunması: çağdaş yanaşmalar və perspektivlər” mövzusunda ekspertlər forumu keçirilib. Forum Azərbaycanda lipid məktəblərinin yaradılması təşəbbüsünün ilk rəsmi iclası olmaqla xüsusi əhəmiyyət kəsb edib.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutundan (ETKİ) məlumat verilib. Forumun açılışında ETKİ-nin direktoru professor Gülnaz Dadaşova lipidologiya sahəsində yeni mərhələnin başlandığını vurğulayıb. O deyib: “Bu Forum Azərbaycanda lipidologiya üzrə yeni fəslin başlanğıcıdır. Lipid məktəblərinin açılması ölkədə erkən diaqnostika, həkim təlimi və əhalinin maarifləndirilməsi sahəsində dönüş nöqtəsi olacaq”.

Sonra Forumun əsas qonağı — Avropa lipidologiyasının aparıcı simalarından biri, professor Alberiko L. Katapano (İtaliya) çıxış edib. Qeyd edək ki, professor Katapano sadəcə dünya miqyasında tanınan tədqiqatçı deyil, Avropa Ateroskleroz Cəmiyyətinin sabiq prezidenti, EAS/ESC dislipidemiya üzrə klinik təlimatların həmmüəllifi, lipid metabolizmi, ateroskleroz patogenezi, PCSK9 inhibitorları və lipoprotein(a) üzrə aparıcı araşdırmaların müəllifidir. Onun elmi nüfuzu və beynəlxalq təcrübəsi lipid məktəblərinin yaradılması prosesinə xüsusi strateji dəyər qatır. Katapononun rəhbərlik etdiyi yanaşmalar Avropada lipid idarəetməsinin qızıl standartı sayılır və bu biliklərin Azərbaycanda tətbiqi milli kardiovaskulyar risklərin idarə edilməsində yeni mərhələnin əsasını qoyur.

Birinci plenar müzakirə çərçivəsində ETKİ-nin elmi katibi tibb üzrə fəlsəfə doktoru Təranə Cavadova ölkədə lipid xidmətinin təşkili və Milli Lipid Xəritəsi Təşəbbüsü barədə geniş təqdimatla çıxış edib.

Daha sonra həkim-kardioloq, tibb üzrə fəlsəfə doktoru Ruslan Nəcəfov, professor Valeh Mirzəzadə, həkimlər Gülşən Süleymanova və Fuad Səmədov aterosklerotik ürək-damar xəstəliklərinin qlobal yükü, şəkərli diabet və dislipidemiya ilə bağlı müasir multiborbidlik yanaşmaları, aterosklerozun qeyri-invaziv görüntülənməsində innovativ həllər, lipid metabolizminə genetik yanaşmalar və fərdiləşdirilmiş tibbin imkanları mövzularında məruzələr təqdim ediblər.

Dialoq bölməsində PCSK9 inhibitorları, siRNA texnologiyası, lipoprotein(a) və digər müasir müalicə hədəfləri üzrə interaktiv müzakirələr aparılıb.

Bu Forum təkcə elmi fikir mübadiləsi deyil, həm də Azərbaycanda lipid məktəblərinin fəaliyyətinə rəsmi başlanğıcı elan edən ilk tədbirdir. Təşəbbüs ölkədə kardiovaskulyar risklərin azaldılması, lipid pozulmasının erkən aşkarlanması və həkimlərin müasir biliklərlə təchiz olunması istiqamətində yeni strateji mərhələ yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see177

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri