Icma.az
close
up
RU
Şəhərsalma forumu və çağdaş şəhər xoşbəxtliyi

Şəhərsalma forumu və çağdaş şəhər xoşbəxtliyi

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Şəhərsalma forumuna hazırlaşırıq. Əminəm, bu forum da ən azı COP29 qədər uğurlu keçəcək. Biz ölkə olaraq, adətən, beynəlxalq forumları, yarışları, konfransları və sair və ilaxır yaxşı təşkil edirik. Bunu bacarırıq.

Doğru sözümdür, şişirtmirəm. Biz təşkilatçılıqda bəs edincə təcrübə toplamışıq. Artıq çoxdan bilirik, nəyi, nə vaxt, necə etmək lazımdır.

Özünüz fikirləşin: Avroviziya mahnı yarışmasını hamıdan yaxşı keçirən ölkədə konsert keçirmək artıq su işmək kimi bir şeydir. Yaxud Avropa oyunlarını Olimpiya yarışları səviyyəsində gerçəkləşdirə bilən ölkə üçün hər hansı idman yarışı, futbol kuboku və sair... bunlar asan işlərdir. Bu işlərdə xeyli adamımız - əsasən gənclərimiz püxtələşdi. İndi başqa beynəlxalq yarışların təşkilində bizdən kömək istəyən ölkələr var. Xeyli gənc Azərbaycanlı dünyanın müxtəlif bölgələrində, müxtəlif ölkələrdə bu işlərdə çalışır, işləyir, çörəyini qazanır.

İndi də Azərbaycan şəhərsalma forumunu (WUF13) hazırlayır. Dünyanın dörd bir yanından yüksək səviyyəli qonaqlar gələcək, şəhərsalma, şəhər mədəniyəti üzrə, şəhər infrastrukturu sahəsində tanınmış, təcrübəli mütəxəssislər gələcək. Şəhərsalmanın problemləi də, perspektivləri də Bakıda müzakirə olunacaq.

Yeri gəlmişkən deyim: WUF13-ün təşkilat komitəsinə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev sədrlik edir. 50 yaşlı mühəndis iqtisadçı ABŞ-da magistr dərəcəsi də alıb. "İçərişəhər" Tarix-Memarlıq Qoruğu İdarəsinə, Mənzil İnşaatı Dövlət Agentliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik edib; necə deyərlər, öz işinin ustasıdır.

Ancaq Azərbaycanın başqa bütün ölkələr kimi şəhərsalma sahəsi üzrə öyrənəcəyi çox şey də var. Xeyli problemlər də var.

Bilirsiniz, istər Bakı şəhəri olsun, istər Gəncə, Sumqayıt və başqa irili-xırdalı şəhərlərimiz olsun, Sovet keçmişinin elementlərini hələ də yaşadırlar. Zamanında plansız-proqramsız tikintilər aparılıb. Bakının özündə bu işlər bəlkə də əsrlərlə fəhlə şəhəri konseptinə uyğun qurulmuşdu. Eləcə də, Sumqayıt olsun, ya Mingəçevir, Sovet sənayesinə, energetikasına hesablanmış şəhər modelləri kimi planlanıb (əgər buna "model" demək olarsa). Gəncə kimi tarixi siması və milli koloriti olan şəhəri də çarizm və Sovet işğalı dövründə başqalaşdırmağa çalışmışlar. Bunları aradan qaldırmaq, bu şəhərlərə sonradan doğma milli ruhu gətirmək asan deyildi.

Azərbaycanda urbanizasiya -şəhərləşmə prosrsi sürətli, həm də xaotik gedib. Kim harda, necə gəldi, nə istəyib tikib. Şəhərlərə axın artıb; şəhər infrastrukturu bacardığından çox yüklənib. Azərbaycanda əhalinin yarısından çoxu şəhərlərdə yaşayır. Xüsusilə, Bakı, daha sonra Gəncə və Sumqayıt daha çox yük götürməli olub. Hazırda dediyim kimi, Azərbaycan əhalisinin 50 faizindən çoxu şəhərlərdə yaşayır. 2050-ci ilədək bu rəqəmin 60 faizin üstündə olacağı, hətta 70 faizə çatacağı proqnozlaşdırılır. Bu, çox ciddi çağırışdır. Azərbaycanda kəndlərin boşalması və ifrat şəhərləşmə sonrakı dövrlərdə ölkə üçün müəyyən fəsadlara gətirib çıxara bilər. Hökumət də bunun fərqindədir. Dünyanın bir sıra başqa ölkələrində xüsusilə COVİD19 pandemiyası dövründə və ondan sonra iri şəhərlərdən nisbətən kiçik şəhərlərə, hətta kəndlərə köç başlamışdı və bu tenensiya dalğavari də olsa, hələ də gedir. Ancaq Azərbaycanda hələ də kənddən şəhərə axın azalmayıb, hətta artıb. Doğrudur, buna 1991-1993-cü illərdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin işğalı, Naxçıvan Muxtar Respublikasının faktik blokada vəziyyətinə düşməsi kimi amillər də səbəb olmuşdu. Ancaq bölgələrdə sosial-iqtisadi vəziyyət: is yerlərinin, iqtisadi fəallığın aşağı olması, əvvəlki illərdə enerji təchizatındakı çatışmazlıqlar və sair kimo rea storpaqlarının reallıqlar da var. Lakin hazırda əhalinin şəhərlərə sürətli köçünü önləmək üçün bir sıra qərarlar verilir, addımıar atılır.

Azərbaycan öz torpaqlarını azad etdikdən sonra "Böyük Qayıdış" proqramı əsasında Qarabağı və Şərqi Zəngəzuru sürətlə məskunlaşdırır. Bu bölgələrdə tor

könüllülük əsasında əhali yerləşdıirilir. Şuşada, Xankəndidə. Eləcə də, Füzulidə, Cəbrayılda, Xocalıda, Ağdamda tamam dağıdılmış şəhərlər yenidən qurulur. Həm də sıfərdan. Hökumət bu bölgələrdə "ağıllı kənd", "ağıllı şəhər" konseptlərini tətbiq edir. Dünyanın proqressiv təcrübəsinə əsaslanan, avtomobil mərkəzli deyil, insan mərkəzli, ekoloji və enerji tarazlığı olan, yığcam, yaşıl şəhərlər planlanır.

Ümumiyyətlə, əgər dünyanın ən "xoşbəxt" şəhərlərinə nəzər yetitsək, hamısında tarixi şəhər mərkəzləri qorunub saxlanılır, parklar bəzək üçün deyil, insanların istifadəsi - istirahəti üçün - funksionallıq meyarları üzrə layihələndirilir. Təhsil müəssisələrinin, səhiyyə ocaqlarının, sosial-mədəni obyektlərin əlçatan olması əsas kreteriyalar kimi götürülür. Şəhər mərkəzlərində avtomobillərin hərəkətinin məhdudlaşdırılması, ictimai nəqliyyat şəbəkəsinin bu ehtiyaca uyğunlaşdırılması, şəhərdə mikromobil nəqliyyat vasitələrinin hərəkəti üçün şəraitin artırılması kimi mütərəqqi həllər üzərində iş gedir. Azərbaycan şəhərlərini köhnə Sovet tipli fəhlə şəhərləri, yaxud aqrar mərkəzlər düşüncəsindən xilas etmək hökumətin qarşısında mühüm vəzifələr kimi dayanır. Bütövlükdə şəhər mədəniyyətini cəmiyyətin özü formalaşdırır; bu məsələlərə dair ictimai müzakirə platformalarını aktivləşdirmək lazımdır.

Çağdaş şəhər 15 dəqiqə ərzində gəzib-görməyin mümkün olduğu, stressin minimuma endirildiyi, "yaşıl enerji" təməlli rahat iş ortamı və yaşayış məskəni, eyni zamanda maraqlı gəzinti və istitahət məkanı kimi düşünülür. Şəhər "xoşbəxtliyi" bu özüllərin üzərində "inşa olunur". Sözün bütün mənalarında. Bu mənada Azərbaycanda keçiriləcək növbəti şəhərsalma forumu müasir şəhərsalma fəlsəfəsinə yeni çalarlar verəcək və yeni praktiki həllər gətirəcək.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 Fevral 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri