Atəşkəs Almaniya üçün daha böyük təhlükədir İşinqer
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Ukraynadakı müharibə bitərsə, Rusiyadan NATO-nun şərq cinahına təhdid daha da güclənə bilər.
Axar.az xəbər verir ki, bu sözləri alman diplomat, Münhen təhlükəsizlik konfransının rəhbəri Volfqanq İşinqer deyib.
İşinqer əlavə edib ki, ruslar hazırda həftədə minlərlə əsgər itirdikləri Ukraynaya qarşı döyüşməyə diqqət yetirirlər:
“Ukraynada atəşkəs əldə edildikdən sonra vəziyyət dəyişəcək. Bu halda Vladimir Putin sülh dövründə yenidən silahlanmaya davam edə biləcək və şərq cinahında NATO ölkələrinə təhlükə artacaq".
O bildirib ki, Ukraynada atəşkəs Almaniya üçün də daha böyük təhlükə yaradacaq.
İşinqer hesab edir ki, gələcək atəşkəs Rusiyanın qərbindəki hərbi mövcudluğunun əhəmiyyətli dərəcədə azaldılması ilə müşayiət olunmalıdır, lakin Moskvanın bununla razılaşması ehtimalı azdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 08 Fevral 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















