Icma.az
close
up
RU
Atəşkəs üçün atəş?

Atəşkəs üçün atəş?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

ABŞ Bəndər Abbasa zərbələr endirdi - danışıqlar prosesi davam edir

Yaxın Şərqdə sülhün əldə olunması istiqamətində danışıqlar prosesi gözlənilərkən yenidən silahlar işə düşüb. Belə ki, Fox News xəbər verir ki, ABŞ ordusu Hörmüz boğazında mina atan iki İİKK katerini, eləcə də ABŞ təyyarələrini hədəf alan İran hava hücumundan müdafiə sistemini vurduğunu açıqlayıb. ABŞ Mərkəzi Komandanlığının sözçüsü kapitan Tim Hokins bildirib ki, ABŞ ordusu özünümüdafiə məqsədilə İranın cənubunda İran qayıqlarını və raket buraxıcı qurğularını vurub. “Bu gün ABŞ qüvvələrinə təhdid yaradan hallardan qorunmaq üçün İranın cənubuna özünümüdafiə məqsədli zərbələr endirib. ABŞ ordusu açıqlamasında bildirib ki, hədəflər raket buraxıcı qurğular və mina atan İran qayıqları olub. Hokinsin sözlərinə görə, ABŞ İranla atəşkəs rejimi çərçivəsində “təmkinli davranmağa” davam edir. Qeyd edilib ki, İranın Bəndər Abbas limanında yer-hava raket sistemini vurub. O bildirib ki, SAM ABŞ hərbi təyyarələrini hədəfə alıb. Bildirilib ki, ABŞ zərbələri artıq başa çatıb. Xüsusi olaraq vurğulanıb ki, baş verənlər hücum xarakterli olmayıb, müdafiə xarakterli olub və atəşkəsi pozmaq cəhdi deyil.

İran xəbər agentliyi də Tasnim-dəki mənbələrə görə, Bəndər Abbasda üç partlayış səsi eşidildiyini yayıb.

Atəşkəs zamanı toqquşmalar...

Vurğulayaq ki, ABŞ ilə İran arasında aprelin əvvəlində elan edilən atəşkəs hələ də qeyri-rəsmi qüvvədədir. Lakin may ayında hər iki tərəf qarşılıqlı şəkildə Hörmüz boğazında zərbələr endirib. İran tərəfi bunu atəşkəsin pozulması hesab etsə də, Donald Tramp toqquşmanı “yumşaq zərbə” adlandırıb. Daha sonra ABŞ ordusu Bəndər Abbas limanına və Qeşm adasına zərbə endirmişdi, İran isə üç ABŞ esminesi - USS Truxtun, USS Rafael Peralta və USS Mason gəmilərinə hücum etmişdi. ABŞ gəmilərin zədələnmədiyini bildirmişdi.

Son günlərdə isə İran ilə ABŞ arasında danışıqlar da intensivləşmişdi və hər iki tərəf yekun razılaşma hazırladıqlarını bildirmişdilər. Axios-a görə, atəşkəsin 60 gün uzadılması nəzərdə tutulurdu.

İran cavab hazırlayır

Bu hadisədən sonra İran hərbçiləri ABŞ-nin yeni hücumunun cavabsız qalmayacağı barədə xəbərdarlıq ediblər. “Fars” agentliyinin məlumatına görə, İran Silahlı Qüvvələrinin yüksək rütbəli rəsmisi Əbülfəzl Şəkarçi bəyan edib ki, İrana qarşı “hər hansı yeni təcavüz” regionun hüdudlarından kənara çıxacaq “çox daha sərt”, genişmiqyaslı və amansız cavabla qarşılaşacaq. İran mediası ABŞ-nin bu hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) azı 4 hərbçisinin həlak olduğunu bildirsə də, rəsmi Tehran hələlik bu məlumatı təsdiqləməyib. Eyni zamanda, İranın vitse-prezidenti İsmail Səqab İsfahani ABŞ-ın “xoş məram dilini” anlamadığını və yalnız güc dilindən başa düşdüyünü vurğulayıb.

O qeyd edib ki, əgər İran Qətərdəki mayeləşdirilmiş təbii qaz (LNG) obyektlərinə “sarsıdıcı zərbə” endirməsəydi, düşmən ölkənin qalan infrastrukturuna və enerji sektoruna hücumlarını davam etdirəcəkdi.

İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni rəhbəri Məhəmməd Baqer Zolqədr isə xalqa ilk müraciətində ABŞ və İsrailə qarşı mübarizədə geri çəkilməyəcəklərini və düşməni diz çökdürəcəklərini bəyan edib.

İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari İran Silahlı Qüvvələrinin Baş Qərargahının ABŞ-ın zərbələrinə reaksiya verdiyini vurğulayıb. Bununla bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib. O, ABŞ-ın regiondakı hərbi fəaliyyətlərini sərt tənqid edib. Zülfiqari paylaşımda bildirib: “Amerikalılar regionumuzda hərbi avantüralarını davam etdirdikcə, heç bir razılaşma əldə olunmayacaq. ABŞ hökuməti dəfələrlə nümayiş etdirib ki, o, yalnız güc dilindən anlayır. Neftin bir barelinin 200 dollar olmasına salam deyin”.

Ekspertlər bu bəyanatı regionda gərginliyin daha da artacağına və qlobal enerji bazarlarına ciddi təsir göstərə biləcəyinə dair növbəti xəbərdarlıq kimi qiymətləndirirlər.

Uran Pekinə “yol alır”...

Qeyd edək ki, razılaşma ilə bağlı yaranan anlaşılmazlıq xüsusilə iki bənd üzrədir. Donald Tramp uranın İrandan ABŞ-a köçürülməsini və ya yerində məhv edilməsini tələb edir. “İran ya “dərhal” zənginləşdirilmiş uranın daha da məhv edilmək üçün ABŞ-a təhvil verməli, ya da onu “yerində” və ya “başqa bir uyğun yerdə” məhv etməlidir”, - deyə ABŞ prezidenti Donald Tramp sosial media platforması Thruth Social-da yazıb: “Zənginləşdirilmiş uran ya dərhal geri qaytarılma və məhv edilmək üçün ABŞ-a təhvil veriləcək, ya da İran İslam Respublikası ilə birgə və razılaşdırılmış şəkildə yerində (və ya başqa bir məqbul yerdə) məhv ediləcək”. Trampın fikrincə, məhvetmə prosesi MAQATE və ya oxşar komissiyalar tərəfindən izlənilməlidir.

Bundan əvvəl isə Əl-Hədə və Əl-Ərəbiyyə televiziya kanalları mənbələrə istinadən İranın yüksək zənginləşdirilmiş uranı Çinə veriləcəyi təqdirdə öz ərazisindən çıxarmağa hazır olduğunu bildirmişdilər. Uranın 3-cü ölkəyə verilməsi planı ilə bağlı Tehranın da şərtləri var. Mənbələrinə görə, Tehran ABŞ ilə müqavilə bağlamazdan əvvəl Pekindən zəmanət istəyir. Mənbələr həmçinin iddia edirlər ki, Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Munir danışıqlar üçün Dohaya səfər edəcək. Əl Hədə agentliyinin mənbələri əlavə edib ki, Munir Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdə Çin rəhbəri Si Cinpin arasında görüş keçirib. Onların sözlərinə görə, İslamabad Pekinin də İran və ABŞ arasında hər hansı bir razılaşmanın qarantı kimi çıxış etməsində israr edir.

Bu arada, İranın Tasnim xəbər agentliyi Əl-Hədə və Əl-Ərəbiyyə mənbələrinin iddialarını yalan adlandırmışdı. Mayın 21-də isə Reuters agentliyi İranın ali dini lideri Müctəba Xameneinin ölkədən yüksək dərəcədə zənginləşdirilmiş uranın ixracını qadağan etdiyini yaymışdı. Mayın 24-də isə The New York Times (NYT) ABŞ və İranın Hörmüz boğazının blokadasının qaldırılmasını və Tehranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını utilizasiya etmək öhdəliyini özündə ehtiva edə biləcək bir razılaşmanın parametrləri barədə razılığa gəldiyini yazmışdı.

Neftin qiyməti qalxır...

Reuters agentliyi ABŞ-ın İrana hücumlarının Brend markalı neftin fyuçerslərinin 1 faizdən çox artmasına və barel üçün 97,32 dollara çatmasına səbəb olduğunu yayıb. Neft qiymətlərinin enməsi isə yalnız əldə olunacaq anlaşmadan asılı ola bilər. Siyasi ekspertlər qeyd edib ki, bütün dünyanın gözləri bu anlaşmaya dikilib. Vaşinqton isə hələ də müqavilə ilə bağlı vaxt lazım olduğunu qeyd edir. Belə ki, ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ və Tehran arasında razılaşmanın bütün bəndlər üzrə yekunlaşdırılması bir neçə gün çəkə bilər: “Bu gün Qətərdə bəzi danışıqlar oldu, ona görə də nə qədər irəliləyiş əldə edə biləcəyimizi görəcəyik. Düşünürəm ki, ilkin sənəddəki konkret mətn haqqında çoxlu müzakirələr olacaq, ona görə də bir neçə gün çəkəcək”.

Dövlət katibi ABŞ prezidenti Donald Trampın İranla razılığa gəlmək niyyətində olduğunu bir daha təkrarlayıb: “Prezident bunu etmək istəyini ifadə edib. O, ya yaxşı bir razılaşma əldə edəcək, ya da heç etməyəcək”.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 May 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Braziliya prezidenti radioterapiya kursuna başladı

25 May 2026 23:41see198

“Bu məsələdə ABŞ rəhbərliyi vacibdir”

26 May 2026 00:47see192

Yastığın yuxuya təsiri

26 May 2026 00:12see190

Real Holannla bağlı planlar qurur

26 May 2026 04:15see177

Tbilisidə Röya Ayxan coşğusu!

27 May 2026 03:20see175

Apellyasiya məhkəməsi Azər Qasımlı ilə bağlı qərar verdi

25 May 2026 20:28see174

Alyona Əliyeva: Evinizə bolluq, bərəkət və ruzi dolu günlər arzulayıram

27 May 2026 01:19see170

Azərbaycanla Rusiya arasında kritik görüş

26 May 2026 00:09see169

Bakıda nəqliyyat sıxlığı kifayət qədər ciddi problemdir və getdikcə artır

25 May 2026 20:05see169

Dandan İlham Əliyevə məktub: Sizi ölkəmə dəvət edirəm!

25 May 2026 20:56see167

Zehni və sinir sisteminizi necə gücləndirmək olar..?

26 May 2026 20:49see165

Naxçıvanda qəzada xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb

26 May 2026 00:31see165

Zelenski elan etdi: Müharibə bu tarixdə başa çatacaq!

26 May 2026 07:00see164

Komandanı liqada saxladı: İstefaya göndərildi

26 May 2026 08:55see157

Yastığın yuxuya təsiri

26 May 2026 09:38see156

Kanada millisi DÇ 2026 ya bu heyətlə yollanır

25 May 2026 19:33see152

NASA hər ay Yerin peykinə pilotsuz gəmilər göndərəcək

27 May 2026 06:14see151

Azərbaycanda Qurban bayramı qeyd olunur

27 May 2026 00:03see149

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

27 May 2026 09:46see145

Yekun sənədi imzalayacağıq Mirzoyandan TRİPP AÇIQLAMASI

26 May 2026 23:17see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri