Icma.az
close
up
RU
Atəşkəsin uzunmüddətli və stabil sülh mexanizminə çevrilməsi ehtimalı zəifdir

Atəşkəsin uzunmüddətli və stabil sülh mexanizminə çevrilməsi ehtimalı zəifdir

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


ABŞ və İran arasında mümkün atəşkəs razılaşmasının davamlı olub-olmayacağı məsələsi ilk növbədə bu münasibətlərin struktur xarakteri ilə bağlıdır və bu struktur uzun illərdir ki, qarşılıqlı etimadsızlıq, geosiyasi rəqabət və dolayı qarşıdurma üzərində qurulub. Bu baxımdan belə bir razılaşmanın uzunmüddətli və sabit qalacağını düşünmək üçün kifayət qədər ciddi əsaslar yoxdur, lakin eyni zamanda onun dərhal pozulacağını iddia etmək də düzgün olmazdı.
Əsas problem tərəflərin strateji məqsədlərinin fundamental şəkildə ziddiyyət təşkil etməsidir. ABŞ regionda öz təsirini qorumağa və genişləndirməyə, İranın nüvə proqramını məhdudlaşdırmağa və onun regional təsir şəbəkəsini zəiflətməyə çalışır. İran isə əksinə, öz təhlükəsizlik konsepsiyasını məhz bu təsir şəbəkəsi üzərində qurur, nüvə proqramını pzünün suveren hüququ hesab edir və ABŞ-ın hərbi-siyasi mövcudluğunu birbaşa təhdid kimi görür. Bu qədər dərin strateji ziddiyyətlər fonunda atəşkəs yalnız taktiki fasilə rolunu oynaya bilər, yəni tərəflər müəyyən dövrdə eskalasiyadan geri çəkilə bilər, lakin əsas qarşıdurma səbəbləri aradan qalxmır.
Digər vacib amil bu münasibətlərin birbaşa deyil, çox vaxt dolayı xarakter daşımasıdır. Yəni tərəflər bir-biri ilə açıq müharibədən çox, regiondakı müttəfiqlər və proksi qüvvələr vasitəsilə rəqabət aparırlar. ABŞ-nin əsas müttəfiqi olan İsrailin hələ də Livan istiqamətində müharibəni davam etdirməsi, İrana bağlı Hizbullahın da bunun fonunda İsrailə zərbələr endirməsi atəşkəsin davamlılığını daha da zəiflədir. Başqa sözlə desək Abş və İran formal olaraq atəşkəsə sadiq qaldıqlarını desələr belə, sahədə gərginlik davam edir ki, bu da razılaşmanın “de-fakto” aşınmasına gətirib çıxarar.
Daxili siyasi faktorlar da mühüm rol oynayır. Həm ABŞ-da, həm də İranda xarici siyasət qərarları yalnız beynəlxalq reallıqlarla deyil, daxili siyasi dinamika ilə formalaşır. Əgər tərəflərdən hər hansı birində daxili siyasi təzyiq artarsa, atəşkəs “zəiflik” kimi təqdim oluna və daha sərt kursa keçid baş verə bilər.
Bununla yanaşı, atəşkəsin davamlı olmasını təşviq edən faktorlar da mövcuddur. Birincisi, genişmiqyaslı müharibənin hər iki tərəf üçün son dərəcə baha başa gələcəyi aydındır. İqtisadi, hərbi və siyasi xərclər o qədər yüksəkdir ki, tərəflər çox zaman eskalasiyanı müəyyən həddə qədər idarə etməyə çalışırlar. İkincisi, beynəlxalq aktorların, xüsusilə də Avropa və bəzi regional güclərin gərginliyin azalmasında maraqlı olması bu tip razılaşmaların qorunmasına müəyyən dəstək verir. Üçüncüsü, enerji bazarları və qlobal iqtisadi sabitlik kimi faktorlar da tərəfləri daha ehtiyatlı davranmağa sövq edə bilər.
Odur ki, belə bir atəşkəsin qısa müddətdə davam etməsi mümkündür, lakin onun uzunmüddətli və stabil sülh mexanizminə çevrilməsi ehtimalı zəifdir.
Yusif Bağırzadə, politoloq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Aprel 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri